Miyake Setsurey

Miyake Setsurey (三宅 雪嶺?, 7 iyul 1860, Kanazava26 noyabr 1945) və ya doğum adı ilə Miyake YuciroYaponiya filosofu, tarixçisi, jurnalisti və publisisti. Yaponiyanın Qərb dünyasını təqlid etməsi tənqid etmişdir.

Miyake Setsurey
yap. 三宅雪嶺
Doğum tarixi 7 iyul 1860(1860-07-07)
Doğum yeri
Vəfat tarixi 26 noyabr 1945(1945-11-26) (85 yaşında)
Həyat yoldaşı
Təhsili
Fəaliyyəti jurnalist, filosof, tənqidçi
Mükafatları "Mədəniyyət" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Miyake Setsurey 1860-cı ildə Yaponiyanın İşikava prefekturasında yerləşən Kanazava şəhərində doğulmuşdur. Atası Kanazava klanına mənsub konfusiçi həkim idi.[1] 1883-cü ildə Ernest Fenollosanın tələbəsi olduğu və fəlsəfə təhsili aldığı Tokio Universitetindən məzun olmuşdur.[2]

Miyake bir neçə təhsil müəssisəsində dərs dedikdən sonra Qərb dünyanın hədsiz dərəcədə təriflənməsinin qarşısını almaq üçün Şiqa Şiqetaka, Suqiura Cuqo və digərləri ilə birlikdə təşkilat qurmağa qərar vermişdir. 1888-ci ildə Siyasi Təhsil Cəmiyyətini (Seykyoşa) və onun "Nihonjin" (hərf."Yaponlar") adlı jurnalını təsis etmişdir. 1907-ci ildə "Nihon Oyobi Nihonjin" adını alan bu jurnal dövrün siyasətinə təsir edən hanbatsuları tənqid edən və Aşio mis mədəni qiyamı kimi hadisələri işıqlandıran platforma olmuşdur.[2] O, tez-tez Meyci hökumətini tənqid etdiyi üçün nəşrləri senzuraya məruz qalırdı.[3]

Miyake "Jitsugyo no Nihon" kimi nəşrlər üçün yazmış, Haseqava NyozekanTaoka Reyun kimi jurnalistlərin hamisi olmuşdur. 1920-ci ildə həyat yoldaşı Kaho Miyake ilə birlikdə "Josei Nihonjin" (hərf."Yapon qadınları") jurnalını təsis etmişdir.[2] 1923-cü ildə "Gakan" jurnalını yaratmışdır. 1943-cü ildə "Mədəniyyət" ordeni ilə təltif olunmuşdur.[1]

Miyake 1891-ci ildə yazdığı "Yaponların yaxşılığı, dürüstlüyü və gözəlliyi" (Şinzenbi Nihoncin) və "Yaponların pisliyi, bədxahlığı və çirkinliyi" (Qiakuşu Nihoncin) əsərlərində saf milliyyətçilik fikrini müdafiə etmişdir. 1889-cu ildə "Tetsuqakukenteki" adlı fəlsəfi əsəri nəşr olunmuşdur.[1] 1908-ci ildə nəşr olunmuş "Kainat" (Uçu) əsərində Qərb və Şərq fəlsəfələrini sintezləyərək fəlsəfi sistem yaratmağa çalışmışdır. Altı cilddən ibarət "Dociday şi" əsərində dövrünün tarixi hadisələrini yazmışdır.[2]

  1. 1 2 3 "Miyake Setsurei". Portraits of Modern Japanese Historical Figures (ingiliscə). Milli Diet Kitabxanası. 2023-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 avqust 2024.
  2. 1 2 3 4 Kodansha Encyclopedia of Japan. səh. 218
  3. The Japan Biographical Encyclopedia & Who's Who. səh. 878