Monqolların Fələstin yürüşü

Monqolların Yaxın Şərq yürüşü (1256-1260) - Hülaku xanın komandanlığı altında, ismailli-nizarilərə, Abbasilər xilafətinə, Şam Əyyubilərinə və Misir məmlüklərinə qarşı yürüş. Yürüşün Yaxın Şərq müsəlmanlarına qarşı olmasında Mərkəzi Asiya nestorian xristianlarının böyük rolu olduğundan bəzən(R.Qrusse, Q.V.Vernadski, L.N.Qumilyov) Sarı səlib yürüşü adlandırılır.

Monqolların Yaxın Şərq yürüşü
Monqol İmperiyası
Monqol atlı oxçuları
Tarix 1256-1260
Yeri İran,İraq, Suriya,Fələstin
Səbəbi Müsəlman aləminin zəifliyi, Monqol İmperiyasının ekspansiyası
Nəticəsi Əyn Cəluddakı məğlubiyəti çıxmaqla monqolların ümumi qələbəsi
Münaqişə tərəfləri

Həşişilər, Abbasilər xilafəti, Məmlüklər

Monqol İmperiyası
Gürcülər
Kilikiya erməni çarlığı, Antakiyalı Boemund

İtkilər

Mülki əhali daxil olmaqla müxtəlif mənbələrə görə 200 mindən -2 mln. qədər(Bağdadın və Hələbin tamamilə dağıdılması)

nisbətən xeyli az, əsasən Əyn Cəlud vuruşunda

Yürüş hazırlığı

[redaktə | mənbəni redaktə et]

1251-ci ildə Monqol İmperiyasının xaqanı elan edilən Möngkə, Sun İmperiyasına və Yaxın Şərq dövlətlərinə qarşı savaşı davam etdirmək qərarına gəldi. Qəzvinİranın dağlıq rayonlarının əhalisinin, onlara zərər yetirən ismaillili-nizarilərdən şikayəti bəhanələrdən biri oldu.

Fəzlullah Rəşidəddinə görə, "kafirlərin haqsızlıqlarından ədalət axtaran bir çoxlarının, buğa ilində[1] Mönqkə xaqana şikayətlərinə cavab olaraq, o həmin kafirlərə qarşı öz kiçik qardaşı Hülakunu göndərdi".[2] Azərbaycanda və İranın şimalında[3] yerləşən monqol sərkərdəsi Baycu da ismaillilərdən və Abbasilərdən şikayət edirdi. Mönkge Hülakuya ismaillilərin dağ qəsrlərini dağıtmaq, lor və kürdlərin tabe edilməsini, və tabe olmasa, xəlifənin mülklərini də zəbt etməyi əmr etdi.

Qoşunların sayı

[redaktə | mənbəni redaktə et]

Şəmsəddin Cüveyni və onun ardınca Rəşidəddin xəbər verirlər ki, hər ulus Hülaku ordusuna hər on nəfər döyüşçüdən ikisini verməliydi. Lakin bu ancaq, "çox böyük qoşun" anlamında ifadə forması ola bilər, çünki həmin ifadəyə 1246-cı il üçün Cüveynidə, Güyükun İlcidayı ismaillilərə qarşı göndərməsi ilə bağlı, rast gəlmək olar.

15-ci əsr Şəcərət əl-Ətrak (Türklərin şəcərəsi) əsərinin anonim məllifi yazır ki, Mönkge Hülakuya xidmətə yararlı monqolların beşdən birini verdi, və bu 120 min təşkil etdi. Muin əd-Din Nətənzi xəbər verir ki, Hülaku Monqolustandan 70 minlik qoşunla çıxdı.

Müasir tətqiqatçılar, Hülakunun ordusunda olan 15-17 komandirin sayına istinadən onun sayını hesablamağa çalışırlar. Əgər hər komandir tümənbaşıdırsa onda bu 150-170 min etməlidir. Lakin tümən ancaq nəzəri olaraq 10 min adamdan ibarət idi, əslində isə bundan az da ola bilərdi.

Daş, ox atan, od saçan mexanizmlərin işlədilməsi üçün orduya, müxtəlif qaynaqlara görə min nəfərdən, dörd min nəfərə qədər çinli mühəndis təhkim olunmuşdu. Baycunun qoşunlarından başqa Hülakunun komandanlığına Kəşmirdəki Dair Bahadırın qoşunları da keçirdi. Ordunun hərəkət marşrutu üzrə hərtərəfli hazırlıqlar görülmüşdü: çaylar üzərindən körpülər salınmışdı, yollar təmir edilmişdi; ordunun hərəkət edəcəyi ərazidən bütün tayfalar köçürülmüşdü; böyük azuqə və sursat saxlancları hazırlanmışdı.

Xristianların iştirakı

[redaktə | mənbəni redaktə et]

Hülakunun buddistlərə simpatiyası vardı, lakin bütövlükdə o müxtəlif dinlərin nümayəndələrindən öz məqsədi üçün yararlanırdı. Ancaq onun böyük arvadı Doqquz Xatun, xristian idi və xristianlara himayə edirdi. Nayman Kit Buğa noyon nestorian idi. Nəhayət monqolların tərəfində Kilikiya hakimi I Hetum da çıxış edir, o qızını Boemunda verərək Antioxiya səlibçi knyazlığını da monqollarla ittifaqa cəlb edir. Bundan başqa monqolların yürüşündə gürcü qoşunları da iştirak edirdilər.

Yürüşün başlaması

[redaktə | mənbəni redaktə et]

Hulaku Monqolustanı 1253-cü ildə tərk etdi, lakin olduqca ləng hərəkət edirdi. 1254-cü ildə o, Cığatay ulusunun hakimi Erqen xatunun yanında Almalıqda və Ulu İve də idi, 1255-ci ilin sentyabrında isə Səmərqənd yanında onu Maverənəhrin monqol canişini, Mahmud Yalavacın oğlu Məsud bəy qəbul edirdi. Bu ləng yürüş, oranı Cuçilərin təsir dairəsi hesab edərək, Amudəryadan o yana moğol ordusunu buraxmaq istəməyən ulusunun başçısı Cuçinin Batı xana qarşı olması ilə bağlı idi. "Mönkqə xaqanı taxta çıxardıq, o bizə nəylə cavab verir? Onunla mı ki bizim dostlarımıza qarşı pislik edir və... mənim müttəfiqim olan xəlifənin torpaqlarına göz dikir. O yaxşı iş tutmur" deyən Batının qardaşı Berkənin sözləri də az təsir etmədi.

Mönkge Batı ilə aranı vurmaq istəmirdi, buna görə onun ölümünə (1255/1256) qədər qəti hücuma keçmirdi. Buna baxmayaraq, hələ 1252-ci ildə Monqolustandan Kit Buğa noyonun komandası altında, 1253-cü ilin martından, Girdəkuh qalasını mühasirəyə alaraq, Kuhistandakı ismaillilərə qarşı hərəkət edən 12 minlik avanqard çıxış etdi.

Nizarilərin darmadağın edilməsi

[redaktə | mənbəni redaktə et]
Ələmutun mühasirəsi Cüveyninin Tarix-i-cehanquşa əsərindən miniatür. 15-ci əsr əlyazması, Şiraz

1256-cı ilin yanvarında Hulaku xan, öz ordusu ilə, Sartaqın verdiyi Cuçi xan dəstələri ilə artıraraq, Amudəryanı keçdi və Kuhistandakı(Alborz) nizari qalalarını mühasirəyə aldı. Ancaq hərbi qüvvəyə arxalanmayaraq, Hülahu, nizarilərin imamı Rükn əd-Din Hürşahdan təslim olmağı tələb edərək, diplomatik hücuma da keçdi. İsmaillilərin arasında, Nəsirəddin Tusinin və, Hülagilərin məşhur naziri Rəşidəddinin nəvəsi həkim Müvəffəq əd-Dövlənin də qoşulduğu monqolpərəst partiya vardı. Bu partiyanın təsiri ilə Hürşah qalaları həyatlarına və mülklərinə zəmanət müqabilində təslim etmək qərarına gəldi. Lakin Hülagu, Hürşahın vaxt udmaq üçün danışıqları uzatdığını duyan kimi, o imamın da olduğu Məymundiz qalasına hücum etdi. Nəticədə Hürşah təslim oldu. Hülagu onu Monqolustana göndərdi. 9 mart 1257-ci ildə Orta Asiyada yolda, ehtimal, Mönkqenin gizli sərəncamı ilə öldürülür. Eyni zamanda Nəsirəddin Tusi Hülagunun müşaviri və şəxsi münəccimi oldu.vKuhistandakı ismailli qalalarının çoxusu, bir ilin ərzində döyüşsüz təslim oldu və dağıdıldı. Ancaq bəziləri, o cümlədən 15 dekabr 1256-ci ildə təslim olan məşhur Ələmut qalası, zəif müqavimət göstərdilər. Monqollar üçün ən böyük çətinliyi Girdəkuh qalası törətdi, onun mühasirəsi illərə uzandı.

Hülaguya xidmət edən tarixçi Cüveyni Ələmutun zəngin kitabxanası ilə tanış oldu. Həsən ibn Sabbaha həsr olunmuş "Sərgüzəşti- Seyyidna" əlyazmasından, Cüveyni öz əsəri üçün yararlandı.

Bağdadın yenilməsi, Rəşidəddinin Cəmi ət-Təvarix əsərində təsvir.

Nizarilərin işini bitirib, Hülagu Bağdad xəlifəsi Möstəsimdən boyun əyməyi tələb etdi. Xəlifə, ona qarşı çıxarılası qüvvəsi olmasa da, yekəxanalıqla monqolların ultimatumunu rədd etdi. Xəlifənin əyyanları arasında bu məsələ barədə yekdil fikir yox idi. Bundan başqa əl-Möstəsim muzdlu qoşunun məvacibini verməkdən imtina etdi, buna görə də o buraxılmışdı.

Fəthəddin ibn Kərranın komandanlığı altında Abbasilərin səhra ordusu Dəclənin qırağında Baycu tərəfindən məğlub edildi. 1258-ci ilin əvvəlinə doğru Hülagu, Baycu və Kit Buğa Bağdadın dövrəyə alınmasını bitirdilər. Divardələn və daş atan maşınların işə salınmasından sonra, şəhərə hücum etdilər. Fevralın ortasında Bağdad monqolların əlində idi. Şəhərin döyülməsində , ( Hülagunun böyük arvadı Duqquz –xatunun xahişiylə) xristianlara və yəhudilərə aman edildi, həm də monqollar onlara öz müttəfiqi kimi baxırdı. Təslim olan əl-Möstəsim, Abbasi xəlifələrinin gizli xəzinəsini təhvil verməli oldu, sonra isə, 20 fevralda edam edildi.

Həmin mərhələdə Uruktu noyon İrbil şəhərinin alınması üçün göndərildi. Onun hakimi Tac əd-Din Salaya monqollara tabe oldu, ancaq qalanı müdafiə edən kürdlər boyun əyməkdən imtina etdi. Uzun mühasirə uğur gətirmədi. Ancaq yay istisi kürdləri İrbili tərk etməyə məcbur etdi, və onu monqolların müttəfiqi Mosul atabəyi Bədr əd-Din Lulu tutdu.

Suriya kampaniyası

[redaktə | mənbəni redaktə et]
Monqollarin Fələstində irəliləməsi(1260)

Bağdadın zəbt edilməsindən sonra Hülaku xan dincəlmək üçün Marağada dayanır. 1258-ci ildə o burada, o cümlədən Bədr əd-Din Lulu, Fars atabəyi Sə’əd, Konya sultanlığından olan II İzəddin Key Kavus və IV Rükn əd-Din Qılınc Arslan qardaşları olmaqla, müsəlman hakimlərini qəbul edir. Bədr əd-Din Lulu oğlu Salehi Hülakunun xidmətinə göndərir.

12 sentyabr 1259-cu ildə Hülakunun ordusu qərbə çıxış edir. Öndə Kit Buğanın qüvvələri hərəkət edir, sağ cinahda –Baycu və Şiktur, solda –Suncaq, mərkəzi Hülakunun özü idarə edir. Monqollar Hilatı tutur, ətraf dağlarda kürdləri dağıdırlar. Saleh Amidin (Diyarbəkir) işğalına göndərilir, Hülaku isə Edessanı tutur. Sonra isə Nisibin və Harran işğal edilir.

Monqollar Fəratı keçərək , Hələbin canişini əl-Müəzzəm Turan şahı şəhəri təslim etməyə çağırdılar. Onun imtinasına cavab olaraq 18 yanvar 1260-cı ildə Hələbi hasara alındı. Mühasirədə Hülakunun xristian müttəfiqləri olan kilikiyalı erməni I Hetum və Antakyalı Boemund iştirak edirdilər. Şəhər bir həftəyə alındı, ancaq mərkəzi istehkam 14 başqa mənbələrə görə 26 fevrala qədər dayana bildi. Alınmasından sonra monqollar, əhalini, Hülakunun əmri ilə altı gündən sonra dayandırılan qırğına verdilər . İstehkam müdafiəçilərindən ancaq bir zərgər ermənini sağ qoydular. Hetum, yakobit kilsəsini qoruyaraq, Hələbin məsçidini yandırdı. Hülaku Hələb hakimləri tərəfindən erməni hakimindən alınan torpaqları n bəzilərini ona qaytardı. Boemunda isə Səlahəddinin vaxtından müsəlmanların əlində olan torpaqları verildi.

31 yanvarda Əyyubi sultanı Yusuf ən-Nasir, Hələbin yenildiyini eşidərək, qoşunları ilə Dəməşqdən Qəzzaya çəkildi. Dəməşq monqollara döyüşsüz təslim oldu, və 14 fevralda (başqa mənbələrə görə -1 martda) Kitbuğa şəhərə daxil olaraq, oraya monqol hakim təyin etdi.

Kit Buğanın əməliyatları

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Əyn Cəllud vuruşu

Böyük xaqan Mönkgenin ölüm xəbərini alandan sonra Hülaku ordunun əsas hissəsi ilə Azərbaycana çəkildi(1260-ın iyunu). Guman ki yayla əlaqədar olaraq, monqol atlı qoşun kütlələrinin cənuba hərəkət etməsi imkansızlaşırdı. Kitbuğaya, erməni və gürcü müttəfiqləri də daxil olmaqla, nisbətən kiçik (10-20 min arası) qüvvələr verildi. Hülaku ehtimal ki, Misirdəki qüvvələr barədə Suriyadakı əsirlərdən aldığı yanlış məlumat əsasında, Kit Buğaya bu qədər az qoşun saxladı.

O biri tərəfdən, Hülaku Mönkgenin ölümündən sonra qaçılmaz olaraq Cuçilərlə Azərbaycan uğrunda qızışa biləcək mübahisə ehtimalını nəzərə alaraq bura qoşun çəkdi. Kit Buğaya isə, istila ediləni qorumaq tapşırılmışdı(Bəybars əl-Mənsuri). İbn əl-Amidin məlumatına görə, o həm də dənizqırağı səlibçi firəng dövlətlərinə göz qoymalıydı. Hülaku özü 1262-ci ildə, Fransa kralı Lüdovika məktubunda xəbər verir ki, Kit Buğaya Suriyadakı ismailli qalalarının fəth edilməsi tapşırılıb. Kit Buğa Suriyadan cənuba - Fələstinə hərəkətini davam etdirdi. Onu Əyn Cəludda qarşılamaq üçün Quduz və Beybarsın komandası altında misirli məmlük ordusu çıxdı. 3 sentyabr 1260-cı ildə Əyn Cəludda baş verən toqquşma nəticəsində monqol qoşunu məğlub edildi. Kit Buğa əsir düşdü və edam edildi.

  1. Təxminən 1253-cü ilə təsadüf edir.
  2. Rəşidəddin. Cəmi ət Təvarix. rusça — 1960. — Т. 2. — S. 144.
  3. yenə orada, T.3, səh. 22.