Nestorianlar

Nestorianlıq (Nəsturilik) - Tanrı təbiətinin İsaya onun doğulmasından sonra daxil olduğunu iddia edən və buna görə əsas kilsələr tərəfindən heretik sayılan xristian təriqəti və cərəyanı.

Erkən xristianlıq
Yunandilli apologetika:

Yustin  • Tatian  • Afinoqor  • Teofil

Xristian ehkamlarının formalaşması
Rəsmi kilsəyə qarşı duran təriqətlər:

Arianlıq  • Donatizm

Latın qərbində Kilsə Ataları

Boesius  • Kassiodor  • Avqustin Avrelius
İyeronim Stridonlu  • İlarius Piktaviyalı

Xristian rahibliyi  • İsihazm

Nestoriusun fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

428-ci ildə imperator II Feodosius (Theodosius) Konstantinopol arxiyepiskopu vəzifəsinə Nestoriusu dəvət etmişdir. O isə, bu vəzifəni tutan kimi, müxtəlif "hereslərə" qarşı mübarizəyə başlamışdır. Onun birinci rəqibləri, İsada insan ruhunun deyil, əvəzində İlahi Loqosun olduğunu iddia edən Laodikiyalı Apolinariosun ardıcılları olmuşdurlar. Bu fikirləri rədd edən Nestorius, Loqosun İsaya sonra daxil olmasını və onda insani təbiətin İlahi təbiətlə qarışmamasını iddia edirdi. Ancaq bu fikir etirazlarla qarşılanmışdı. Məsələ bundadır ki, o dövrdə Həzrət Məryəmə sitayiş etmə çox geniş yayılmışdı. Onu Tanrı anası adlandırırdılar. Nestoriusun isə fikirlərindən belə çıxırdı ki, Məryəm Tanrını deyil, adi insanı doğmuşdur. Tanrı isə sonra öz Sözünü ona daxil etdi.[1] Buna etiraz edərək, Iskəndəriyyə yepiskopu Kiril Nestoriusa onun təlimini rədd edən məktub yazmışdır[2]. Edited and translated by P.E.Pusey, Oxford, 1872.

Edited and translated by P.E.Pusey, Oxford, 1872. Ancaq buna məhəl qoymayan Nestorius 428-ci ildə öz fikirlərini Konstantinopolun Müqəddəs Sofiya kilsəsində açıq bəyan etmişdir. Bundan sonra o, ona qarşı olanları təqib etməyə başlamışdır. Buna cavab olaraq misirli rahiblər və ilahiyyatçılar onu "heresdə" (küfrdə) ittiham etmişdir.

Daha sonra, 430-cü ildə, Nestorius imperiyanın qərbində təqiblərə məruz qalmış peliqiançıları qəbul etmiş, Konstantinopolda yerləşmişdir. Bu xəbəri alan Kiril, bu dəfə Roma papasına şikayət məktubu yazmışdır. Bundan sonra papa həmin ildə Romada Kilsə Məclisi yığıb, Nestoriusu pisləmişdi.

Bununla kifayətlənməyən Kiril, Nestoriusa daha bir məktub ünvanlamışdı[3]. Bu məktubda o, Nestoriusun təliminini rədd edib, onu lənətlənmişdi (Kilsədən xaric elan etmişdi).

Efes kilsə məclisi

[redaktə | mənbəni redaktə et]

Bu mübahisələrə son qoymaq məqsədi ilə imperator II Feodosius daha bir Ekumenik Kilsə Məclisinin yığılması üçün sərəncam vermişdir. Bu Məclis 431-ci ildə Efes şəhərində yığılmışdı. Burada Kiril Nestoriusa qarşı çıxış edib, onun tutduğu vəzifəsindən azad olunduğunu elan etmişdi. Lakin orada Nestoriusa dəstək verən antioxiyalı ilahiyyatçılar yox idi. Onların nümayəndələri bir qədər gecikərək, öz Məclislərini keçirib, Kiril və onu dəstəkləyən Efes yepispiskopu Memnonu pislədilər, və onları tutduğu vəzifələrindən azad olunduğunu elan etdilər. Getdikcə vəziyyət gərginləşirdi və keşişlər arasında qarşıdurmalar və zorakılıqlar başlandı. Vəziyyəti ələ almaq üçün, məclisdə iştirak edən imperatorun əmri ilə şəhərə, təcili surətdə, qoşun daxil edilmişdi.

Bu hadisələr zamanı Nestorius həbs edilib Liviyaya sürgünə göndərilmişdir. Bundan sonra Efes Kilsə Məclisi öz işini davam etdi. Orada Kirilin mövqeyi dəstəkləndi və İsada həm İlahi, həm də insani mahiyyətin birləşməsi, onların vəhdət təşkil etməsi ideyası bəyənildi.

Bütün problemləri həll etmək və sakitliyə nail olmaq üçün, imperator KiriliMemnonu da həps etmişdir, ancaq müəyyən vaxt keçdikdən sonra, onlar azad olundular.

Bütün səylərə baxmayaraq, ixtilaf həll edilməmiş qalırdı. Buna görə Kiril antioxiyalı ilahiyyatçılarla məktublaşmışdır və onları İsanın mahiyyəti haqqında ortaq və barışdırıcı fikrə dəvət etmişdi. Nəticədə antioxiyalılar barışdırıcı mövqe tutdular. Hər iki tərəf mövqelərini yumşaldaraq ortaq fikrə gəlmişdilər. Tərəflər belə qərara gəldilər ki, İsada İlahi və insani təbiət əvvəlcədən vardır, onlar vəhdət təşkil edir və Məryəm Tanrı anasıdır. Beləliklə antioxiyalıların bir hissəsi Efes Kilsə Məclisinin qərarı ilə razılaşdılar. Bu barədə 433-cü ildə Antioxiya sazişi (uniyası) imzalanmışdı.

Nestorianlığın təqib olunması

[redaktə | mənbəni redaktə et]

Ancaq Nestoriusun kifayət qədər çox tərəfdarları var idi. Onlar Efes kilsəsinin qərarlarını rədd etdilər. Buna görə Bizans imperiyasında onlara qarşı şiddətli təqiblər başlandı və onların çoxu İrana mühacirət edərək orada öz kilsələrini yaratmışdılar. Gələcəkdə onlar Asiyanın bir çox bölgələrində missioner fəaliyyəti ilə məşğul olmuşdular və kifayət qədər nüfuza malik idilər. Bu günə qədər onların kiçik saylı icmaları mövcuddur. Özəlliklə də Assuriya kilsəsi nestorian kilsəsi sayılmaqdadır.

  1. Eirini Artemi, Cyril of Alexandria's critique of the term THEOTOKOS by Nestorius Constantinople, Acta theol. vol.32 no.2 Bloemfontein Dec. 2012.
  2. "FIRST LETTER OF ST. CYRIL OF ALEXANDRIA TO NESTORIUS". 2021-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-10.
  3. "Cyril of Alexandria Second Letter to Nestorius". 2021-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-10.