Monteverde

Qomera adasındakı Monteverde

Dəfnə meşələri dəniz səviyyəsindən ən yüksək dağlara qədər mövcud olan rütubətli meşələrə xasdır, lakin nəzərə çarpan dərəcədə quru mövsümü olan bölgələrdə zəif təmsil olunur.[mənbə göstərin] Bu meşələr il boyu bol yağış yağan rütubətli ekosistemə ehtiyac duyur. Dəfnə meşələri, adətən, okeandan gələn nəmli havanın yağıntı və ya duman kimi düşdüyü və torpaqların yüksək nəm səviyyəsinə malik olduğu tropik və ya subtropik dağların yamaclarında mövcud olur.[1] Bəzi həmişəyaşıl ağac növləri qısa donmadan canlarını qurtarsa da, lakin əksər növlər sərt donmaya və uzun müddət davam edən soyuq havaya dözə bilmir. Bu cür növlərə okeanın yaxınlığı ilə tənzimlənən illik temperatur göstəricilərinə malik mülayim bir iqlim lazımdır. Bu temperatur və rütubətlilik şərtləri dörd fərqli coğrafi bölgədə meydana gəlir:

  • 25°-35° enliklərdə qitələrin şərq sahillərində;
  • 35° və 50° arasındakı enliklərdə qərb kontinental sahillər boyunca;
  • 25° və 35° və ya 40° enliklər boyunca yerləşən adalarda;
  • Tropiklərin rütubətli montan regionlarında;[2][3][4]

Bəzi dəfnə meşələri dumanlı meşələrin bir növüdür. Dumanlı meşələr dəniz yamaclarında, dənizdən və ya okeandan sıx buxarlanmanın olduğu yerlərdə mövcud olur. Havadakı rütubət, yağıntı və ya duman kimi yoğunlaşır və havada və torpaqda sərin, rütubətli şərait ilə xarakterizə olunan bir yaşayış mühiti yaradır. Yaranan iqlim rütubətli və mülayimdir və temperaturun illik göstəriciləri okeanın yaxınlığı ilə tənzimlənir.

Xüsusiyyətlər

[redaktə | mənbəni redaktə et]

Dəfnə meşələri 40 metr (130 ft) hündürlüyünə çatan həmişəyaşıl və sərt gövdəli ağaclarla xarakterizə olunur. Meşədəki bəzi növlər həqiqi dəfnə cinsinə və ya Lauraceae fəsiləsinə aid olsa da, bir çoxu konvergent təkamül səbəbiylə Lauraceae ilə oxşar bitkilərə də malikdir. Digər yağış meşələrində olduğu kimi, dəfnə meşələrinin də bitkiləri yüksək yağıntı və rütubətə uyğunlaşmışdır.

Meşədə yetişən və Laurofil və ya lauroid adlanan bu bitkilərin yarpaqları, xüsusi bir mum təbəqəsi ilə xarakterizə olunur və onları xarici görünüşdə parlaq edir. Bundan əlavə yarpaqları dar, uclu oval formasındadır və bu, yarpaqlara rütubətə baxmayaraq suyu axıdaraq tənəffüsə və tərləməyə imkan verir. Tez-tez Lauraceae fəsiləsinə bənzəyən digər bitki ailələrinin növlərini də adlandırmaq üçün laurina, laurifolia, laurophylla, lauriformislauroides kimi elmi adlardan istifadə olunur.[5] Yarpaqların parlaq səthinə istinad edən Lucidophyll termini ilk dəfə 1969-cu ildə Tatuo Kira tərəfindən təklif edilmişdir.[6] Bu gün Daphne [7] (Yunanca "dəfnə" mənasını Δάφνη-dan), laural, lauriformis, laurocerasus, laurus, Prunus laurocerasus, Prunus lusitanica kimi adlandırmalar Lauraceae fəsiləsinə bənzər digər bitki növlərini təyin edir.[5]

Monteverde (rus. Монтеверде) və ya Dəfnə meşəsi — yüksək rütubət və nisbətən sabit, mülayim temperaturu olan ərazilərdə yayılmış subtropik meşə növüdür. Meşə həmişəyaşıl, parlaq və uzunsov yarpaqları olan geniş yarpaqlı, xüsusilə də dəfnəkimilər fəsiləsinə daxil olan ağac növləri ilə xarakterizə olunur. Meşədə bu fəsiləyə daxil olan bitkilər yerindən asılı olaraq mövcud ola da bilər, olmaya da bilər.

Madeyranın Monteverdesi
Laurisilva of Madeira [* 1]
Ölkə Portuqaliya Portuqaliya
Tip Təbii
Kriteriya (ix)(x)
Keçid 934
Region Afrika [* 2]
Daxil edilməsi 1999  (23 sessiya)


Makaron və Aralıq dənizi hövzəsi

[redaktə | mənbəni redaktə et]

Monteverdə, Atlantikanın şərqindəki Makaronesziya adalarında, xüsusən də Azor, MadeyraKanar adalarında 400-1200 mert arasındakı yüksəklikdən etibarən yayılmışdır. Bu ərazilər üçün Apollonias (Lauraceae), Ocotea (Lauraceae), Persea ( Lauraceae ), Clethra (Clethraceae), Dracaena (Ruscaceae) və Picconia (Oleaceae) kimi ağac növləri xarakterikdir.[8] Qomera (İspaniya) adasındakı Qaraxonay Milli Parkı, 1986-cı ildə UNESCO tərəfindən Ümumdünya irsi təyin edilmişdir. Bu ərazilər böyük biomüxtəlifliyinə və yaxşı qorunmasına görə Avropadakı monteverdenin ən yaxşı nümunəsi hesab olunur.

Milyonlarla il əvvəl, Aralıq dənizi hövzəsi ətrafında dəfnə meşələri geniş yayılmış, pliosen və buz dövrü zamanı isə regionda baş verən quraqlıq bu meşələrin məhv olmasına səbəb olmuşdu. Bu gün həmin meşələrdən qalan nəcib dəfnə ( Laurus nobilis ) və şişyarpaq şümşə ( Ilex aquifolium ) kimi relikt növlər Aralıq dənizi hövzəsi ətrafında kifayət qədər geniş yayılmışdır.

  1. Abstract Arxivləşdirilib 2021-04-22 at the Wayback Machine at NASA – MODIS: Izquierdo, T; de las Heras, P; Marquez, A (2011). Vegetation indices changes in the cloud forest of La Gomera Island (Canary Islands) and their hydrological implications". Hydrological Processes, 25(10), 1531–41: "[R]esults prove the absence of summer drought stress in the laurel forest implying that the fog drip income is high enough to maintain enough soil moisture".
  2. Resumen Arxivləşdirilib 2019-06-20 at the Wayback Machine, Aschan, G., María Soledad Jiménez Parrondo, Domingo Morales Méndez, Reiner Lösch (1994), "Aspectos microclimaticos de un bosque de laurisilva en Tenerife / Microclimatic aspects of a Laurel Forest in Tenerife". Vieraea: Folia scientarum biologicarum canariensium, (23), 125–41. Dialnet. (isp.)
  3. Ashton, Peter S. "Floristic zonation of tree communities on wet tropical mountains revisited". Perspectives in Plant Ecology, Evolution and Systematics. 6 (1–2). 2003: 87–104. doi:10.1078/1433-8319-00044.
  4. Tang, Cindy Q.; Ohsawa, Masahiko. "Altitudinal distribution of evergreen broad-leaved trees and their leaf-size pattern on a humid subtropical mountain, Mt. Emei, Sichuan, China". Plant Ecology. Springer Nature. 145 (2). 1999: 221–233. doi:10.1023/a:1009856020744. ISSN 1385-0237.
  5. 1 2 Otto E. (Otto Emery) Jennings. "Fossil plants from the beds of volcanic ash near Missoula, western Montana" Memoirs of the Carnegie Museum, 8(2), p. 417 Arxivləşdirilib 2022-04-06 at the Wayback Machine.
  6. Box, Elgene O.; Chang-Hung Chou; Kazue Fujiwara. "Richness, Climactic Position, and Biogeographic Potential of East Asian Laurophyll Forests, with Particular Reference to Examples from Taiwan" (PDF). Bulletin of the Institute of Environmental Science, Yokohama National University. 24. 1998: 61–95. 2015-02-26 tarixində orijinalından (PDF) arxivləşdirilib.
  7. Sunset Western Garden Book, 1995:606–607
  8. Madeira Laurel Forest Arxivləşdirilib 2012-03-09 at the Wayback Machine, Madeira Wind Birds 2005