"Moskovski teleqraf"[3] (rus. «Московский телеграф») — Rusiyada ilk ensiklopedik jurnal. 1825–1834-cü illərdə Avqust Semenin Moskva mətbəəsində Nikolay Polevoy tərəfindən nəşr edilirdi. Yeni jurnallar iki həftədən bir çıxırdı. Nəşrin həcmi ən az 4–5 çap vərəqi (120-dən çox A4 vərəqi) idi.
Moskovski teleqraf | |
---|---|
| |
Baş redaktor | Nikolay Polevoy |
Növ | ensiklopedik jurnal |
Təsis tarixi | 1825 |
Nəşrini dayandırıb | 1834[1][2][…] |
Ölkə | |
Dil | rus |
Vikianbarda əlaqəli mediafayllar |
Jurnalı nəşr etdirməyə başlayan Nikolay Polevoy, Avropa dövri mətbuatının təcrübəsi, yerli mətbuatın ənənələri və müasir sosial ehtiyacları nəzərə aldı. Jurnal ensiklopedik növdə idi və elm, incəsənət, ədəbiyyat və moda bölmələrinə malik idi, bundan başqa "Biblioqrafiya və tənqid" (rus. «Библиография и критика») və "Əxbar və qatışıq" (rus. «Известия и смесь») bölmələrini özündə cəmləşdirirdi. Əvvəlcə məzmununda əsasən qeyri-bədii ədəbiyyat üstünlük təşkil edirdi, lakin zaman keçdikcə aksent bədii ədəbiyyata yönəldi.
Jurnalın məqsədi açıq şəkildə "orta təbəqələri" maarifləndirmək idi. Xəlvəti olaraq Polevoy romantik cərəyanın ədəbiyyatda təbliğatı ilə məşğul olurdu və Rusiya ictimaiyyətini əsas təmsilçilərin (məsələn, V. Hüqonun) əsərləri ilə tanış edirdi. Polevoy jurnalında Pyotr Vyazemski, Yevgeni Baratınski və Aleksandr Puşkin kimi romantik istiqamətinin müəllifləri nəşr olunurdular.
Polevoy, jurnal nəşrlərinin icmalına həsr olunmuş "Moskva Teleqrafı" adlı rubrikada ilk dəfə "jurnalistika" sözünü istifadə etdi. Bu söz əvvəlcə lağa qoyulurdu.[4]
Polevoy, ən geniş oxucu kütləsinə ünvanlanan nəşrdə təqdim olunan materialları yüksək səviyyədə saxlamağı bacardı. Jurnalın senzoru mülaim və loyal münasibətilə seçilən Sergey Qlinka idi. 1830-cu illərdə jurnalın tirajı böyüdü və bağlandığı vaxta qədər Rusiyada görünməmiş tirajla (5000 abunəçiyə) çatdı.
Ticarət və sənaye təbəsinin maraqları və istəklərinin təmsilçisi olan Polevoy, Rusiya ticarət və sənayesinin uğurlarını hər cür şəkildə reklam edirdi və eyni zamanda ölkə iqtisadiyyatını hərtərəfli gücləndirməyin və yaxşılaşdırmağın lazım olduğunu bildirirdi.
Jurnal 1834-cü ildə I Nikolayın şəxsi göstərişi ilə bağlandı. Bəhanə kimi Polevoyun Nestor Kukolnikin "Tanrının əli vətəni xilas etdi" pyesinə yazdığı resenziya oldu. Polevoy əsərin yaltaq xarakterinə işarə edərək onu tənqid etdi, imperatorun isə pyes xoşuna gəlmişdir