Mqer (Meger) Manukoviç Abeqyan (erm. Մհեր Մանուկի Աբեղյան; 26 yanvar 1909[1], Üçkilsə[3] – 20 noyabr 1994[2], İrəvan) — SSRİ və Ermənistan rəssamı və qrafiki, Ermənistan SSR xalq rəssamı (1960).
Mqer Abeqyan | |
---|---|
Doğum tarixi | 26 yanvar 1909[1] |
Doğum yeri | |
Vəfat tarixi | 20 noyabr 1994[2] (85 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Atası | Manuk Abeqyan[3] |
Fəaliyyəti | rəssam, qrafika ustası[d] |
Təhsili | |
Mükafatları |
|
Mqer Abeqyan 26 yanvar 1909-cu ildə Rusiya imperiyasında, Üçkilsə şəhərində anadan olmuşdur. O, 1922–1927-ci illərdə İrəvan Rəssamlıq və Sənaye Texnikumunda Stepan Ağacanyan və Sedrak Arakelyanla birlikdə təhsil almışdır. 1927–1930-cu ildə Moskva Ali Rəssamlıq və Texniki İnstitutunda oxumuşdur. 1930–1931-ci illərdə Leninqrad Rəssamlıq Akademiyasında oxumuş, baş müəllimi Sergey Gerasimov olmuşdur.
Lirik mənzərələrin, rəngarəng natürmortların, eləcə də portretlərin və landşaft janrlı rəsmlərin, incə əhvali-ruhiyyə ilə hopmuş çoxsaylı dəzgahlı qrafik mənzərələrin müəllifidir. Cənubi Qafqazda baş vermiş inqilabi hadisələrə həsr olunmuş rəsmlər, eləcə də İkinci Dünya müharibəsi hadisələri mövzusuna dair silsilə ofortlar çəkmişdir. 1937–1945-ci illərdə rəssamlıq məktəbində, 1954-cü ildən isə İrəvan İncəsənət və Teatr İnstitutunda dərs demişdir.[4]