Muğancıq, Muğan — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Üçkilsə (Eçmiədzin) rayonunda kənd.
Muğancıq | |
---|---|
40°11′01″ şm. e. 44°15′26″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 880 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rayon mərkəzindən 5 km məsafədə yerləşir. Kəndin adı sonralar Muğan kimi rəsmiləşdirilimişdir[2]. 1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə[3], 1728-ci il mənbələrində Muğanlı kimi[4], Qafqazın 5 verstlik xəritəsində Muğancıq kimi[5] qeyd edilmişdir.
Toponim muğanlı türk etnonimi[6][7] əsasında formalaşmışdır. Muğancıq muğan və Azərbaycan dilində kiçilmə mənası bildirən -cıq şəkilçisindən ibarətdir. «Kiçik Muğanlı» mənasını ifadə edir. Muğanlılar Muğan düzündə yaşamış türk dilli Azərbaycan tayfalarının ümumi adıdır. Sonralar muğanlıların bir hissəsi şahsevən türk tayfasının tərkibinə daxil olmuşdur[8]. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir.