Muğancıq (Üçkilsə)

Muğancıq, Muğanİrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Üçkilsə (Eçmiədzin) rayonunda kənd.

Muğancıq
40°11′01″ şm. e. 44°15′26″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 880 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.044 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Muğancıq xəritədə
Muğancıq
Muğancıq

Rayon mərkəzindən 5 km məsafədə yerləşir. Kəndin adı sonralar Muğan kimi rəsmiləşdirilimişdir[2]. 1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə[3], 1728-ci il mənbələrində Muğanlı kimi[4], Qafqazın 5 verstlik xəritəsində Muğancıq kimi[5] qeyd edilmişdir.

Toponim muğanlı türk etnonimi[6][7] əsasında formalaşmışdır. Muğancıq muğan və Azərbaycan dilində kiçilmə mənası bildirən -cıq şəkilçisindən ibarətdir. «Kiçik Muğanlı» mənasını ifadə edir. Muğanlılar Muğan düzündə yaşamış türk dilli Azərbaycan tayfalarının ümumi adıdır. Sonralar muğanlıların bir hissəsi şahsevən türk tayfasının tərkibinə daxil olmuşdur[8]. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir.

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. Армянская ССР. Административнотерриториальное деление, Ереван, «Айастан», 1976. s.228
  3. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.169
  4. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.47
  5. Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.178
  6. Шопен И., Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine, СПб, Типография императорский Академии Наук, 1852. s.535-537
  7. ASE, VII c., B., 1983, s.85
  8. ASE, VII c., B., 1983, s.85