Muğirə ibn Şube

Muğirə ibn Şube (ərəb. مغيرة بن شعبة‎; 600, Taif, Məkkə bölgəsi[d]671) — islam peyğəmbəri Məhəmmədin səhabəsi və Əməvilər dövrünün dövlət xadimi.

Muğirə ibn Şube
Doğum tarixi 600
Doğum yeri
Vəfat tarixi 671
Vətəndaşlığı Raşidi xilafət
Əməvilər xilafəti

600-cü ildə Taif şəhərində anadan olmuşdur. Bu şəhərdəki Bəni Sakif tayfasının Əklaf qoluna mənsubdur. Onun müsəlman olması ilə bağlı mənbələrdə müxtəlif məlumatlar var. Ümumi qəbul olunan odur ki, o, 626-cı ildə Xəndək döyüşü zamanı və ya döyüşdən qısa müddət sonra Misir səfərindən qayıtdışın ardından İslamı qəbul etmişdir. Mənbələrdə onun bu səfərdə eyni qəbilədən olan bir neçə yoldaşını öldürdüyü, qan davası səbəbindən Taifə qayıtmadığı, Mədinəyə gələrək müsəlman olduğu bildirilir.

Müsəlman olduqdan sonra Hüdeybiyyə müqaviləsi ilə bağlı danışıqlarda iştirak edir. O, bu görüşlərdə Məhəmməd peyğəmbəri qorumaq vəzifəsini öz üzərinə götürür. Daha sonra müsəlmanların həyata keçirdiyi bütün hərbi əməliyyatlarda iştirak edib. O, Peyğəmbərin öz məmləkətinə qoyduğu lat bütünü məhv etmək tapşırığını yerinə yetirən iki sərkərdədən biri olur. Savadlı olduğu üçün vəhy katibliyi də etmişdir. O, peyğəmbərin Ərəbistan yarımadasındakı qəbilələrə yazdığı məktubların və müqavilə mətnlərinin bir qismini də yazmışdır.

Muğirə ibn Şube peyğəmbərin Mütə üçün hazırladığı orduda xidmət edərkən, peyğəmbərin xəstəliyini eşidəndə Mədinəyə qayıtmışdır. O, Peyğəmbərin vəfat etdiyi Aişənin otağında olan insanlar arasında olmuşdur.

Xəlifələr dövrü

[redaktə | mənbəni redaktə et]

Muğirə peyğəmbərin vəfatından sonrakı günlərdə xəlifə seçimində çaşqınlığın qarşısını almaqda mühüm rol oynamışdır[1]. Mədinə əyanları öz məclislərində xilafət olmağa haqqlarının olduğunu iddia edərək Səd ibn Ubadəni bu vəzifəyə təyin etmək qərarına gəlir. Bunu eşidən Muğirə Ömər ibn Xəttaba xəbərdarlıq edərək, bu vəziyyətə müdaxilə etməsini istəyir. O, həmçinin Mədinənin görkəmli şəxsiyyətlərinin Əbu Bəkr və başqaları ilə, o cümlədən Muğirə ilə görüşdüyü yerə getmiş və məclisdə Əbu Bəkrə beyət etmək qərara alınmışdır. Əbu Bəkr, Əli başda olmaqla, beyət etməyənlər qrupu haqqında Muğirə də daxil olmaqla, yüksək siyasi istedada malik səhabələrlə məsləhətləşmişdir. Muğirə Haşimilər qəbiləsinin ağsaqqalı Abbasa tövsiyə edərək hadisəyə müdaxilə etməsini və Əlini beyət etməyə razı salmasısı istəmişdir. Ömər ibn Xəttab Mədinədə səhər namazı vaxtı Muğirə ibn Şubenin fars əsilli qulu Əbu Lulunun xəncərlə hücumuna məruz qaldıqdan sonra ölümcül yaralanmışdır[2].

  1. Aktaş, Ömer (2018), Muğire b. Şu’be’nin Hayatı ve Kişiliği, Ağrı İslâmi İlimler Dergisi (AGİİD), 2018 (2), 29-56"
  2. Altındiş, Ceyla - NTV Tarih - Sayı 34 - Kasım 2011 - İstanbul 1308-7878