Səd ibn Ubadə (güm. 580-ci illər, Mədinə – 636 və ya 635[1], Hövran, ərəb. ) — Məhəmməd peyğəmbərin səhabələrindən biri, 7-ci əsrin islam siyasəti xadimi, Mədinədəki Xəzrəc qəbiləsinin başçılarından biri.
Səd ibn Ubadə | |
---|---|
ərəb. سعد بن عبادة | |
Doğum tarixi | güm. 580-ci illər |
Doğum yeri | |
Vəfat tarixi | 636 və ya 635[1] |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi, Bayraqdar |
Vikianbarda əlaqəli mediafayllar |
Onun tam adı Sad ibn Ubad ibn Dulaim ibn Haris ibn Numan ibn Əbu Həzeym əl-Ənsari əl-Səidi əl-Xəzrəcdir. Səid şəcərəsinin başçısı idi. Akabedə ikinci beyyət zamanı İslamı qəbul edir. O, Məhəmməd peyğəmbərin Məkkədən Mədinəyə köçməsinin təşəbbüskarlarından olub. Qureyşlilər bundan xəbər tutur və Akabedən qayıdarkən onun izinə düşərək Məkkəyə gətirirlər. Orada ona işgəncə verilir, lakin Cübeyr ibn Mutim və Haris ibn Hərbin sayəsində Mədinəyə qayıtmağı bacarır. Səd varlı bir insan idi və var-dövlətini gənc müsəlman cəmiyyətinin ehtiyaclarına xərcləyirdi. Mədinənin yazmağı bacaran azsaylı sakinlərindən biri olmuşdur.
Müsəlmanların Mədinəyə köçürülməsindən sonra Səd müsəlman dövlətinin möhkəmlənməsində fəal iştirak edir. Bədr, Uhud, Xəndək, Xeybər döyüşlərində, eləcə də Məkkənin fəthində iştirak etmişdir. Oxatmada dəqiqliyi ilə seçilmiş və ənsarların əsas bayraqdarı olmuşdur.
Məhəmməd peyğəmbərin vəfatından sonra ənsarlar onu xəlifəliyə namizəd göstərir, lakin sonda bu məclisdə ilk xəlifə olaraq Əbu Bəkr əs-Siddiq seçilir. Bundan sonra Səd Suriyaya gedir və 635-ci ildə orada dünyasını dəyişir.