Misir heroqliflərində Ölülər kitabı | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Heroqlif |
| |||||||
Transkripsiyası | Er nu peret em xeru | |||||||
Mənası | İşığa doğru qalxma | |||||||
Qədim Misir Ölülər kitabınıdan təsvirlər, Britaniya muzeyi | ||||||||
Ölülər kitabı - Qədim Misirdə ölümündən sonra axirət dünyasında mərhumun üzləşə biləcəyi maneələri, çətinlikləri asandlaşdırmaq və ya ölümdən sonrakı həyatının rahatlığı üçün qəbirüstü türbə və ya sərdabəyə həkk edilmiş Qədim Misir ayinlər, dualar və dini mətnlərindən ibarət bir külliyyatdır. Bu külliyyata 160-190 müxtəlif variyasiyalı, bir-birindən fərqli və müxtəlif həcmli (uzunuzadı poetik ayinlərdən tutmuş, birsətirli magik formullaradək) başlıqlar daxildirlər. Külliyyata bu adı misirşünas R. Lepsius tərəfindən verilmişdir. Əslində bu külliyyatı "Yenidən dirilmə" və ya "Yenidən peyda olma" adlandırılması daha düzgün olardı. belə ki, onun Misir dilindəki adı "Er nu peret em xeru" olub hərfi mənası "İşığa doğru qalxma (ayılma və ya dirilmə) haqqında başlıqlar" Bu əsərin tarixi çox qədim olub, hələ I sülalə fironu Semtin hakimiyyət dövrünə təsadüf edir. Təxminən 5000 ildən artıq yaşa malik külliyyata qərinələr boyu əlavələr edilməklə, üzü köçürülərək nəsillərdən nəsillərə ötürülərək günümüzə gəlib çıxmışdır. Hər bir Qədim Misir sakini daim bu kitaba müraciət edərək; müddəalarını və göstərişlərini əsas tutaraq onu qoruyaraq yaşamışlar. Əbədi həyata və xoşbəxtliyə qovuşmaq üçün "Ölülər kitabı"nın ayinlərinə, dualarına və göstərişlərinə ümidlər bəstləmişlər. "Ölülər kitabı"nın ən yaxşı nümunəsi mədəniyyətin çiçəklənən dövrü – XVIII sülalə zamanında papirus üzərində yazılmış olan nüsxəsi sayılır. Məhz bu dövrdən etibarən sarkofaq və sərdabə külliyyatları papiruslara köçürülərək yeni mərhələyə qədəm qoymuş olur. "Ölülər kitabı" külliyatının çoxlu papirus mətnləri Fiv şəhərindəki kahinlərin və onların ailə üzvlərinin qəbr sərdabələrindən və sarkofaqlarından tapilmışdır. Bu papirus əlyazmaları incə səhnələrlə: ayin, axirət dünyası, qiyamət günü rəsmləri ilə bəzədilmişdir Bundan başqa külliyyatın XXVI sülalə dövrünə aid köhnə mətnlərin üzü köçürülmüş, təzədən işlənilmiş və səliqəyə salınmış Sait kitab versiyası da mövcuddur.
"ÖlüƏn qədim dövrlər kitabı" külliyyatı orta qədim dövr – "Sarkofaq mətnləri" və ən qədim dövr – "Ehram mətnləri" ilə sıx bağlıdır. Ən qədim dövrdə ölmüş fironları axirətə şifahi dua və ayinlər oxumaqla yola salarmışlar. Sonralar bu şifahi nəğmə, ayin və duaları yazıya alaraq, sərdabə və sarkofaqlar üzərinə həkk etməyə başlamışlar. Qədim dövrdən etibarən nəğmə, ayin və duaları papirus və bəzən dəri üzərinə yazmağa başlamışlar. Beləliklə bütün bu yazılar külliyyatı "Ölülər kitabı" şərti adını almışdır.
İlk olaraq bu dini-magik məcmuə xaotik dualar, ayinlər, əhdlər külliyyatı təsiri bağışlasa da tədricən onun məzmununda mənəviyyat elementləri öz əksini tapır. 1, 18, 30 və 125 ci hissələrdə ədəb-ərkan, etik dünyagörüşləri yer almaqdadır. 30 cu hissədə mərhum öz ürəyinə and verir ki, axirətdə heç zaman qiyamət günündə ona qarşı çıxmayacaqdır. Bu qarışıq ifadə onu göstərir ki, külliyyat əsrlər boyu çoxlu redaktələrə məruz qalmış, qədim mətn saxlanılsa da onun nə məqsəd güdməsi və məna kəsb etməsi aydın deyildir.
Külliyyatın 125 ci hissəsi tədqiqat baxımından çox maraq kəsb edir. Burada mərhum Osirisin mərhum üzərində qurduğu qiyamət məhkəməsi təsvir edilir: yuxarıda 42 tanrının təsvirləri altında başında tac və əlində hakimiyyət əsası – skeptron tutaraq taxta oturmuş, axirət çarı və hakimi Osiris əks etdirilmişdir. Mərkəzdə qoyulmuş tərəzidə Horus və Anubis mərhumun ürəyini (Qədim Misirdə canın, qəlbin tərənnümü kimi) çəkməsi səhnəsi təsvir edilmişdir. Tərəzinin bir gözündə mərhumun ürəyi, digər gözünə isə ilahə Maatın büstü qismində həqiqət qoyulmuşdur. Günahlı mərhumun ürəyi ağır, günahsızın ki, isə Maata bərabər tutulur. Burada Osirisin qiyamət məhkəməsi firon divanının tam oxşarı kimi qeyd olunmuşdur. Qiyamət məhkəməsində mərhum Osirisə və 42 tanrının hər birinə bəraət üçün ancaq sözün düzünü düyəcəyini əminləyərək qollarını qaldıraraq bu mətnlə müraciət edərmiş:
Həmin müraciyyətin digər bir tərcümə forması belə səslənir:
Mən adamlara qarşı heç bir ədalətsizlik etmədim. Mən yaxınlarımı sıxışdırmadım. Mən kasıbları soymadım. Mən tanrılara xoş getməyəcək işlər görmədim. Mən qulluqçuları ağalarına qarşı qaldırmadım... 42[2]:
Günahsız olanlar cənnətə yola salınarmış, günahlılar isə timsah başlı aslana -Amanta yem olarmış. Bu səhnə adi məhkəməni və buradakı 42 tanri isə and altında olanları (andlıları) xatırladır. Sabit sosial və iqtisadi həyat norması olan bu ədəb-ərkan elementlərinin Qədim Misirdə ilk öncə dinlə sonra isə qanunlarla təsbit olunduğu görünür.