Mustafa bəy Muğanlı

Mustafa bəy Muğanlı (rus. Мустафа бек Муганский) və ya Mustafa xan Muğanlı (rus. Мустафа xан Муганский) — Şirvan xanlığı, daha sonra ləğv olunaraq Rusiya imperiyasının idarəçiliyi altında Şirvan əyalətinin Şahsevən elinə mənsub olan Muğan mahalının naibi.

Mustafa bəy Muğanlı
Mustafa bəy Məhəmmədsalah xan oğlu Muğanlı
1815 – 1845
ƏvvəlkiMəhəmmədsalah хan
SonrakıRüstəm bəy
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Qalaqayın, Muğan mahalı
Vəfat tarixi
Vəfat yeri Qalaqayın, Muğan mahalı
Dəfn yeri Qalaqayın
Atası Məhəmmədsalah хan
Uşaqları Bəyim xanım, Musa bəy (1830-?), Xədicə xanım, Məmmədmirzə bəy
Dini Şiə İslam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mustafa bəy haqqında məlumatlar məhduddur. Amma rus arxivindən aldığımız məlumata görə Mustafa bəy Məhəmmədsalah хanın oğlu, praporşik Rüstəm bəy adlı qardaşı və Musa bəy (20 yaşında) adlı oğlu olduğu, qeyd edilib.[2][3] Cavad xanlığınınMuğan mahalının hakimi Həsən xan Muğanlının əmisi oğlu olduğu qeyd edilib.[4] Onun Muğan hakimliyi dövründə məhdud və mühüm tarixi hadisələri qeyd edirik. Polkovnik Mişşenkonun general-adyutant Paskeviçə 23 oktyabr 1826-cı il tarixli Cavad kəndi düşərgəsində olarkən məruzəsində;

" Mən dərhal Salyanı mühafizə edən yüksək rütbəli Haşım xandan məlumat aldım ki, Cavad keçidindən qovulan fars (Qacar) qoşunları qaçdıqdan sonra Sarıqamışda dayanıblar və onları dərhal 2000 sərbaz qarşılayıb. Muğan qalası Qalaqayını işğal etmək üçün Cavad keçidində onlara kömək etmək üçün dayandılar və hələ də oradadırlar, nə etmək niyyətindədirlərsə hələ bilmir, amma o maraqlandığı məlumatı aldıqdan sonra mənə hesabat verəcək. Xain Mir Həsən xan bütün ailəsini Lənkərana göndərərək Ərkivandakı izdihamı ilə birlikdədir.

Muğanlı Mustafa bəy bu gün düşmən haqqında kəşfiyyat aparmaq üçün Araz çayının hər iki sahilinə patrul göndərdi və məlumat toplamaq, düşmənin hərəkət və niyyətlərini öyrənmək üçün Talış xanlığına iki qasid göndərdi.[5]

"

Polkovnik Mişşenkonun general Yermolova 26 oktyabr 1826-cı il tarixli № 347 hesabatında (Cavad keçidində düşərgədə):

" Məndə hədsiz dərəcədə süvari çatışmazlığı var: 230-a qədər qubalı, 160-a qədər şirvanlı və muğanlı Kürün sahilində qarovuldadırlar; insanlar və atlar hərəkət etmək və Muğan çölündə gəzmək qabiliyyətinə malik deyillər. Muğanlı Mustafa xan və Elat naibi Məmməd bəy Əmirsəliyev, mənim əmrimlə imkan daxilində Muğan çölünə patrul göndərirlər, lakin indiyə qədər düşməndən heç nə aşkarlanmayıb.

Muğanlı Mustafa bəyin ifadəsinə görə, ərazidə Muğan kəndlilərindən 150-dən çox ailə qalmamış, qalanları Həsən xan tərəfindən İrana aparılmışdır.[6]

"

Həşim xanın (Şirvan xanı Ağası xanın oğlu, 1773-1845-ci illərdə yaşayıb, Baba Samid qəbirstanlığında basdırılıb) oğlu Abbas bəy 1843-cü ildə Muğanlı Mustafa xanın qızı Bəyim xanımla evlənib.[7] Həşim xanın oğlu Allahqulu bəy 1852-ci ildə Muğanlı Mustafa bəyin qızı Xədicə xanımla evlənib.[8] Həşim xanın oğlu Abul bəyin qızı Balabəyim xanım (anası Məmmədəli bəy Əlvəndlinin qızı Tükəzban xanım) (d.1847) 1862-ci ildə Mustafa bəy Muğanlının oğlu Məmmədmirzə ilə evlənib.[9]

  1. "Описание Ширванской провинции, составленное въ 1820 году, по распоряжению главноуправляющего въ Грузии А.П.Ермолова, генералмаером князем Мадатовымъ и действи- тельным статским советником Могилевским. Тифлис: типо- графия Главного Управления наместника Кавказского. 1867. Страница 130 (səh.130)". 2024-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-06.
  2. ARDTA, Камеральное описание селений Муганского участка, Ленкоранского уезда за 1850г. ,Φ. 10 Оп. 1, Док. 29
  3. Rəzzaq Xansuvar, Ağaəli Varsaman. LƏNKƏRAN QƏZASININ (Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar, Sabirabad, Saatlı, İmişli) KAMERAL TƏSVİRİ, 1849-CU İL., 2024. səh. 837
  4. Nailə Bayramova. Şamaxı xanlığı, 2009. səh. 29
  5. "Рапорт полковника Мищенко генерал-адъютанту Паскевичу от 23-го октября 1826 года. Лагерь при сел. Джевате". 2024-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-06.
  6. "Рапорт полковника Мищенко генералу Ермолову от 26-го октября 1826 года № 347. — Лагерь при Джеватской переправе". 2024-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-06.
  7. Под ред. А. Д. Берже|başlıq=Акты, собранные Кавказской Археографической комиссией : [В 12-ти т.] / Арх. гл. упр. наместника Кавк.; Под общ. ред. А. Д. Берже. — Тифлис : Тип. гл. упр. Наместника Кавк., 1866–1904. Т. 5 : [1811–1816] / Под ред. А. Д. Берже. — 1873. — 1170 с.[ölü keçid]
  8. "Под ред. А. Д. Берже|başlıq=Акты, собранные Кавказской Археографической комиссией : [В 12-ти т.] / Арх. гл. упр. наместника Кавк.; Под общ. ред. А. Д. Берже. — Тифлис : Тип. гл. упр. Наместника Кавк., 1866–1904. Т. 5 : [1811–1816] / Под ред. А. Д. Берже. — 1873. — 1170 с." 2023-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-06.
  9. "Под ред. А. Д. Берже|başlıq=Акты, собранные Кавказской Археографической комиссией : [В 12-ти т.] / Арх. гл. упр. наместника Кавк.; Под общ. ред. А. Д. Берже. — Тифлис : Тип. гл. упр. Наместника Кавк., 1866–1904. Т. 5 : [1811–1816] / Под ред. А. Д. Берже. — 1873. — 1170 с." 2023-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-06.