Mxarqrdzeli

Ağtala monastır kompleksində Zaxarilər ciddi quruculuq işləri aparmışlar.

Mxraqdzeli, Mxraqdzeli-Zaxaryan və ya Dolqoruki (gürc. მხარგრძელი) – gürcüerməni[1][2][3][4] sülalələri ilə qohumluq əlaqələri olmuş qıpçaq əsilli[5][6] gürcü və ya erməni sülaləsi. Parfiyanın yeddi ən böyük sülaləsindən biri olan Karen-Pəhləvilər sülaləsinin qollarından biri hesab edilən Mxraqdzeli sülaləsi həm də Arşakilər xanədanının bir hissəsi hesab oluna bilər.

Sülalə II Artakserks Dolqorukinin xatirəsinə Mxraqdzeli (Dolqoruki) adlandırılmışdır. Lori/Taşir, Ani, Dvin, Qelarqunik, Amberd (1187–1358-ci ildə şaxələnib) knyazları məhz bu sülalənin nümayəndələri olmuşlar. Sülalənin Zaxarilər adlandırılması isə knyaz Zaxarinin (doğ. 1150) adı ilə bağlıdır. Mxraqdzeli – Arqutaşvili şaxələnməsi isə knyaz Arqutun (vəf. 1506) adı ilə bağlıdır. Pavlenişvili şaxələnməsi isə, bir versiyaya görə Pavneli (Pavnisi qalasının), ikinci versiyaya görə isə knyaz Pavleni Mxraqdzelinin adı ilə bağlıdır.[7]

Mxraqdzeli sülaləsi GürcüstanaErmənistana bir çox böyük siyasətçi və sərkərdə bəxş etmişdir. Zaxari sülaləsinin şaxələnməsi ilə Gürcüstandan asılı olan Qaq (indiki Ermənistanın şimalı) hakimləri olan Vaqramilər nəsli (erməni dilli mənbələrdə Vaqramyanlar) yaranmışdır. Vaqarmi-Qaqetsi knyaz sülaləsinin əsası Zaxare və İvanenin əmisi I Vəqram tərəfindən qoyulmuşdur.

Mxraqdzelilərin nümayəndələri müxtəlif vaxtlarda Gürcüstanda hərbi lider və xəzinədar vəzifələrini tutmuşlar. Onların ailələri gürcü çarlarının ailələri ilə həmişə sıx münasibətdə olmuşlar.

Mxraqdzelilərin ən parlaq nümayəndələrindən biri çariça Tamarın sərkərdəsi olmuş Zakaredir. Adlandırmanın özü Zakarenin atasının gürcü çarı Georgiyə (çariça Tamarın atası) xidmət etdiyi 1160-cı ildən əvvəl qazanılmışdır. Zakarenin atası Sərkis Mxraqdzeli ilk dəfə çar Georgi tərəfindən gürcülərə tərəfindən fəth edilmiş Ani şəhərinə hakim təyin edilməsi zamanı xatırlanır.

  1. Cyril Toumanoff. Armenia and Georgia // The Cambridge Medieval History. — Cambridge, 1966. — Т. IV: The Byzantine Empire, part I chapter XIV. — С. 593–637.:

    Later, in the twelfth and thirteenth centuries, the Armenian house of the Zachariads (Mkhargrdzeli) ruled in northern Armenia at Ani, Lor'i, Kars, and Dvin under the Georgian aegis.

  2. Böyük Sovet Ensiklopediyasında Taşir-Dzorakert çarlığı Arxivləşdirilib 2014-08-23 at the Wayback Machine məqaləsi.
  3. Всемирная история. Энциклопедия. Глава XXXIII. 2. — М.: 1957 Т. 3.:

    В царствование Тамары (1184–1213) были освобождены города Ани, Каре, Двин и весь север Армении, после чего там образовались вассальные владения армянских князей Захаридов, получивших название по имени одного из них, Захарии, выдающегося полководца, который находился на службе у грузинского царя и занимал высокий пост главнокомандующего Грузинского царства.

  4. АСЭ, հ. 4, էջ. 421, 1978
  5. Kırzıoğlu, Kıpçaklar, s. 139 
  6. Əkbər Nəcəf, SƏLCUQLU DÖVLƏTLƏRİ VƏ ATABƏYLƏRİ TARİXİ , s.40
  7. Cyrille Toumanoff — "Les maisons princieres Georgiennes de l’Empire de Russie", Rome, 1983