Nübar Novruzova
Nübar Novruzova (tam adı: Nübar Qulu qızı Novruzova; 8 mart 1958, Naxçıvan) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan Respublikasının xalq artisti (2018), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2022-ci ildən).
Nübar Novruzova |
---|
Nübar Qulu qızı Novruzova |
Doğum tarixi |
8 mart 1958(1958-03-08) (65 yaş) |
Doğum yeri |
|
Milliyyəti |
azərbaycanlı |
Vətəndaşlığı |
|
Fəaliyyəti |
aktrisa |
Təhsili |
|
Mükafatları |
|
Nübar Qulu qızı Novruzova 1958-ci ilin martın 8-də (sənədlə 1 martdır) Naxçıvanda anadan olmuşdur. 1979-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsini bitirmişdir. Universitetdə oxuyarkən Adil İsgəndərov, Rza Təhmasib və Zəminə Hacıyeva kimi pedaqoqlardan təhsil almışdır.[1] 1980-ci ilin iyul ayından Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyor heyətinə qəbul edilmişdir.[2] Daim axtarışlar aparan, yorulmadan çalışan aktrisa az vaxt ərzində teatrın aparıcı aktrisası olub, baş rollarda müvəffəqiyyətlə çıxış etmişdir.
Aktrisanın əsas rolları bunlardır:
- "Qonşu qonşu olsa"
- Ağca — ("Qara qız" S. S. Axundov, A. Şaiq)
- Xumar — ("Qızaran üfüqlər")
- Leyla — ("Sən nə üçün yaşayırsan?", İmran Qasımov, Həsən Seyidbəyli)
- Qumru — ("Sabah çoxdan başlanır", Rəhman Əlizadə)
- Nazlı — ("Ərizə", Əli Əmirli)
- Bala Dovşan — ("Çal oyna", İskəndər Coşğun)
- Bahar — ("Ana laylası", İskəndər Coşğun)
- Qadın — ("Unutmağa kimsə yox", Kamal Abdulla)
- Naza — ("Məhəbbət, şeytan və lambada", Marat Haqverdiyev)
- Yetər — ("Hacı Qəmbər", Nəcəf Bəy Vəzirov)
- Şeytan — ("Toxmaq Əhməd", Rauf İçərişəhərli)
- Naza — ("Ləyaqət", Marat Haqverdiyev)
- Nargilə — ("Sən həmişə mənimləsən", İlyas Əfəndiyev)
- Jannina — ("Məzəli hadisə", Karlo Qoldoni)
- Sona xanım — ("Hacı Qara", Mirzə Fətəli Axundov)
- Böyükxanım — ("Aydın" C. Cabbarlı)
- Zalxa — ("Hekayəti-xırs quldurbasan" M. F. Axundov)
- Ana — ("Ələddinin sehrli çırağı" N. Kazımov)
- Tənbəl qız — ("Göyçək Fatma" Azərbaycan xalq nağılı)
- Missis Sauberi — ("Oliver Tvistin macəraları" Çarlz Dikkens)
- Qonşu — ("Viktoriya" Knut Hamsun)
- Sədəf qarı — ("Əcəl atı" Vaqif Əlixanoğlu)
- Səkinə — ("Mən səni sevirəm" Əli Əmirli)
- Dayə — ("Romeo və Cülyetta" U. Şekspir)
- Xeyransa — ("Buzovna kəndinin əhvalatları" Elçin)
- Yelena xala– ("Dörd əkizin nağılı" P. Pançev)
- Markolfa — ("İtalyansayağı xoşbəxtlik" D. Fo, P. Filippo)
- Ana — ("Ağ ölüm" V. Siqarev)
Teatr sənətinin inkişafındakı xidmətlərinə görə o, 1991-ci ildə Əməkdar artist fəxri adına layiq görülmüşdür. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə,[3] 6 may 2015-ci ildə[4], 6 may 2016-cı ildə[5], 1 may 2017-ci ildə[6], 9 may 2018-ci ildə[7], 10 may 2019-cu ildə[8], 7 may 2020-ci ildə[9] və 7 may 2021-ci ildə[10] Prezident Mükafatına layiq görülmüşdür.
10 dekabr 2018-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülmüşdür.[11]
10 may 2022-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.[12]
- Ağ atlar üçün vals (film, 1987) (tammetrajlı televiziya tamaşası) (Aztv)
- Bizim Bayram (film, 2008)
- Cin mikrorayonda (film, 1985)
- Çölçü (film, 2012)
- Duel (film, 1995)
- Həkimlər
- İmtahan (film, 1987)
- Koma 0,1 saniyədə (film, 2007)
- Kuklalar (film, 2009)
- Qəm pəncərəsi (film, 1986)
- Qəzəlxan (film, 1991)
- Qızıl uçurum (film, 1980)
- Mənim günahım (film, 1985)
- Şəkilçi və şəkilçi... (film, 1995)
- Unudulan adam (film, 1987)