Mənim günahım (film, 1985)

Bəzən elə olur ki, vəzifə insana xoşbəxtlik gətirmir. Əksinə insanın əlindən ən müqəddəs saydığı amilləri alıb aparır. Lakin bu amilləri qoruyub saxlamaq çox çətindir və bir çox fədakarlıqlar tələb edir...

Mənim günahım
Fayl:Mənim günahım (film, 1985).jpg
Janr dram
Rejissor Amaliya Pənahova
Əsərin müəllifi İlyas Əfəndiyev
Baş rollarda Amaliya Pənahova — Nurcahan
Rəfael Dadaşov — Sahib
Operator Eldar Abbasbəyli
Rəssam Rafiq Əbdülrəhimov
İstehsalçı Azərbaycan Televiziyası
İlk baxış tarixi 1985
Filmin növü tammetrajlı televiziya film-tamaşası
Müddət 182 dəq.
1-ci seriya: 74 dəq.
2-ci seriya: 108 dəq.
Ölkə Azərbaycan Azərbaycan
Dil azərbaycanca
İl 1985
Texniki məlumatlar 2 seriyalı
Rəng rəngli
Sahiblə (Rəfael Dadaşov) Nurcahan (Amaliya Pənahova) aralarındakı yaş fərqinə baxmayaraq xoşbəxt ömür-gün yoldaşıdırlar. Nurcahan 40 yaşında və tezliklə səhnəylə vidalaşmağa məcbur olan balerinadır. Sahibin şəhərin sədri seçilməyi ona sanki bir təskinlik verir. Lakin tezliklə vaxtilə Sahibə yardım edən şəxslər indi ondan çox böyük xahişlər edirlər. Sahib isə öz vicdanına qarşı gələ bilmir və bu dələduzların xahişlərini rədd edir. Beləliklə bu paxıl, mərdiməzar və aravuranlar Sahiblə Nurcahanın ailə həyatına zərbə endirməyə çalışırlar. Və nəticədə onların xoşbəxt ailə həyatı dağılır. Nurcahan Sahibi və şəhəri tərk etməyə məcbur olur...

Film-tamaşa haqqında

[redaktə | mənbəni redaktə et]

Film-tamaşanın heyəti

[redaktə | mənbəni redaktə et]

Film-tamaşa üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Əsərin müəllifi: İlyas Əfəndiyev
Quruluşçu rejissor: Amaliya Pənahova
Televiziya rejissoru: Məhərrəm Bədirzadə
Quruluşçu operator: Eldar Abbasbəyli
Operator: İzzət Əzizov, Elxan Nəbiyev
Rəssam: Rafiq Əbdülrəhimov
Musiqi tərtibatçısı: İsmayıl Dadaşov
Səs rejissoru: Vaqif Quliyev
Videoyazı mühəndisi: Asim Babayev, Manaf Quliyev, Tofiq İbrahimov, Zoya Teymurova
Rejissor assistenti: Mirzə Ağayev
Musiqilərindən istifadə edilən bəstəkar: Rauf Əliyev ("Qaladan tapılan mücrü" filmindən), Xəyyam Mirzəzadə ("Bağ mövsümü" filmindən), Polad Bülbüloğlu ("Ürək...Ürək..." filmindən), Pol Moria-Simpatiya (Paul Mauriat — Sympathy) (titrlərdə yoxdur)
Repertuarından istifadə edilən müəllif: Maykl Cekson, Modern Tokinq (titrlərdə yoxdur)
Amaliya Pənahova — Nurcahan
Rəfael Dadaşov — Sahib
Hamlet Qurbanov — Tahir
Zülfiyyə Cəfərova — Ayqız
Abbas Qəhrəmanov — Xansu
Məcnun Hacıbəyov — Əlimurad
Gülşən Qurbanova — Gözəl
Rafiq Əzimov — Səxavət
Nübar Novruzova — Natəvan
Mirzə Ağayev — Ceyranzadə
İftixar Piriyev — diskotekadakı müştəri
Nəcəf Həsənzadə — limandakı sərxoş
Rüstəm Əliyev — limandakı sərxoş
Firuz Xudaverdiyev — limandakı sərxoş
Rasim Şükürov
Tofiq Dadaşov
Gülcənnət İbrahimova

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]