Nükət-səza Qadınəfəndi

Nükət-səza Qadınəfəndi (d. 2 yanvar 1827 - ö. 15 may 1850) — 31. Osmanlı sultanı Əbdülməcidin doqquzuncu xanımı.

Nükət-səza Qadınəfəndi
نوخته سيزا زوجة
Şəxsi məlumatlar
Doğum adı خديجه باراس
Doğum tarixi
Doğum yeri Abxaziya, Şimali Qafqaz
Vəfat tarixi (23 yaşında)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti əsilzadə
Atası Yatuq bəy Baras
Anası Fərxundə xanım
Həyat yoldaşı I Əbdülməcid
Uşaqları Əhməd Əfəndi
Fatma Nazimə Sultan
Mehmed Burhanəddin Əfəndi

Nükət-səza xanım 1827-ci ildə Abxaziyada dünyaya gəlmişdir. Əsl adı Xədicə Baras idi. Atası abxaz əsilli Yatuq bəy Baras, anası isə gürcü əsilli Fərxundə xanım idi. 8 yaşında ailəsi tərəfindən İstanbula gətirilən Xədicə Osmanlı sarayına təslim edildi. Sarayda Validə Bəzmialəm Sultan tərəfindən himayəyə götürülən Xədicənin adı dəyişdirildi və Nükət-səza qoyuldu. Sarayda mükəmməl təhsil alan Nükət-səza pianoud çalmağı da öyrəndi.

Nükət-səza xanım Topqapı sarayında təhsilini bitirdikdən sonra 21 oktyabr 1841-ci ildə 14 yaşında Sultan Əbdülməcidlə evləndirildi və padşahın baş iqbalı oldu. Bu nigahdan ard-arda 3 övladı dünyaya gəldi: Şahzadə Əhməd Əfəndi, Fatma Nazimə Sultan və Şahzadə Mehmed Burhanəddin Əfəndi. Ancaq övladlarının ikisi körpə ikən vəfat etmiş, yalnız Mehmed Burhanəddin Əfəndi həyatda qala bilmişdi. Osmanlı sülaləsinin 44-cü rəisi Osman Bəyazid Əfəndinin böyük nənəsidir.

Nükət-səza xanım yayılan vərəm epidemiyasına tutulmuş, 1850-ci ildə vəfat etmişdir. Cənazəsi Yeni məsciddə dəfn edilmişdir. Bacısı Şəklibar xanım daha sonra saray xidmətinə alınmış və 1911-ci ildə İstanbulda vəfat etmişdir.

  • Günay Günaydın (2006). Haremin son gülleri. Mevsimsiz Yayınları. ISBN 978-9944-987-03-5.
  • Harun Açba (2007). Kadın efendiler: 1839–1924. Profil. ISBN 978-975-996-109-1.
  • The Concubine, the Princess, and the Teacher: Voices from the Ottoman Harem. University of Texas Press. 2010. ISBN 978-0-292-78335-5
  • M. Çağatay Uluçay (2011). Padişahların kadınları ve kızları. Ötüken. pp. 248–49. ISBN 978-975-437-840-5