Mehmed Burhanəddin Əfəndi (Əbdülməcidin oğlu)

Mehmed Burhanəddin Əfəndi (22 may 1849, İstanbul4 noyabr 1876, İstanbul) — 31. Osmanlı sultanı Əbdülməcidin doqquzuncu oğlu, Osmanlı şahzadəsi.

Mehmed Burhanəddin Əfəndi
محمد برهان الدين أفندي
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Bəylərbəyi Sarayı, İstanbul, Osmanlı imperiyası
Vəfat tarixi (27 yaşında)
Vəfat yeri
Dəfn yeri Sultan Əbdülməcid türbəsi
Atası I Əbdülməcid
Anası Nükət-səza Qadınəfəndi
Həyat yoldaşları Məstiniyaz xanım
Sadruy xanım
Uşağı İbrahim Tofiq Əfəndi
Ailəsi Osmanlı xanədanı
Dini Sünni, İslam

Şahzadə Mehmed Burhanəddin Əfəndi 1849-cu ildə Bəylərbəyi sarayında dünyaya gəldi. Atası Sultan Əbdülməcid, anası isə onun doqquzuncu xanımı Nükət-səza Qadınəfəndi idi. Anasının vəfatından sonra atasının digər xanımı Nevəsər xanımın himayəsində böyümüşdür. Qərb musiqisiylə məşğul olmuş, bəstəkar bir şahzadə idi. Fleyta çalmağı bacarırdı. İlk təhsilinə qardaşları Rəşad Əfəndi, Kəmaləddin Əfəndi, bacısı Bəhicə Sultanla birlikdə 29 iyul 1853-cü ildə Çırağan sarayında başlayan Burhanəddin Əfəndi 9 aprel 1857-ci ildə Dolmabağça sarayında qardaşları Nurəddin Əfəndi, Rəşad ƏfəndiKəmaləddin Əfəndiylə birlikdə sünnət edildi. Atası vəfat etdiyi zaman 12 yaşında idi. Ögey qardaşı Şahzadə Əbdülhəmid Əfəndinin (II Əbdülhəmid) ən sevimli qardaşı idi. Bu səbəblə taxta çıxdıqdan dərhal sonra qardaşını öz yanına — Dolmabağça sarayına aldırmışdır. Ancaq bir neçə ay sonra Mehmed Burhanəddin Əfəndi vərəmdən vəfat etdi. Məzarı atası Sultan Əbdülməcidin türbəsindədir. Cənazəsi Yavuz Sultan Səlim külliyəsindəki Sultan Əbdülməcid türbəsində dəfn olunmuşdur. Sultan Əbdülhəmid qardaşının ağır itkisindən sonra oğullarından birinin adını da Mehmed Burhanəddin qoymuşdur.