Nəcməddin Çalışkan

Nəcməddin Çalışkan (1973, Malatya ili) — ilahiyatçı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.[1]

Nəcməddin Çalışkan
Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı
Vəzifədədir
2 iyun 2023-cü ildən
Seçki dairəsi2023Hatay
Şəxsi məlumatlar
Doğum tarixi 1973
Doğum yeri
Vətəndaşlığı Türkiyə Türkiyə
Partiya
Təhsili

Nəcməddin Çalışkan 1973-cü ildə Malatya ilinin Darende ilçəsində anadan olub. İmam Hatip Liseyində təhsil alıb. Əlcəzairin Əl-Əzhər Universiteti İlahiyat Bölməsindən məzun olub. Ankara Universitetində magistrPhD dərəcələri alıb. Hatay Mustafa Kamal Universitetində yardımçı dosent və dosent elmi adları alıb.[1]

Kənd təsərrüfatı, sənaye, ixrac və satış sahələrində uzun illər çalışıb. Ticarət və Sənaye Palatası Məclisinin sədr müavini, Hatay Mustafa Kamal Universiteti İlahiyyat Bölməsinin Kafedra müdirinin müavini, Əsas İslam Elmləri Bölməsinin müdiri və müəllim vəzifələrində çalışıb. Hatay Jurnalistlər Cəmiyyətinin (HGC) Fəxri Şurasının üzvü olub. Kitabları çap edilib, Millî Gazetedə məqalələri dərc olunub.[1]

Siyasi fəaliyyəti ərzində Rifah Partiyası, Fəzilət Partiyası və Səadət Partiyasının üzvü olub. Rifah Partiyasında TBMM qrupu üzvünün müşaviri olub. 12 il Səadət Partiyasının Hatay il şöbəsinin sədri olub. Hazırda Səadət Partiyası İdarə Heyətinin üzvüdür.[1]

2023-cü il mayın 14-də Səadət Partiyasının namizədi olaraq Cümhuriyyət Xalq Partiyasının siyahısından Hatay ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Müraciət Komissiyasının üzvü vəzifəsində təmsil olunub.[1]

İngiliscəərəbcə bilir.[1]

  1. 1 2 3 4 5 6 TBMM. "Necmettin ÇALIŞKAN". www.tbmm.gov.tr (türk). 10.01.2024. 2024-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.01.2024.