Əbükamil Nəsir ibn Saleh ibn Mirdas (ərəb. نصر بن صالح آل مرداس), ləqəbi Nəsr Şibl əd-Dəvlə (ərəb. شبل الدولة،; "Sülalənin aslan balası"; v. 1038) — Hələb əmirliyinin Mirdasilər sülaləsindən olan ikinci əmiri (1029–1038). O, Mirdasilər sülaləsinin banisi Saleh ibn Mirdasın ən böyük oğludur. Nəsir Əl-Ükvanə döyüşündə atası ilə birlikdə vuruşur. Əl-Ükvanə Fatimilər ilə aparılan döyüşdə həlak olur. Nəsir daha sonra qardaşı Timəl Müizz əd-Dəvlə ilə birlikdə əmirliyə rəhbərlik edir. Gənc əmirlər çox keçmədən Bizans imperatoru III Roman tərəfindən həyata keçirilmiş hücum ilə üzləşir. Azsaylı bədəvi süvarilərinə rəhbərlik edən Nəsir Azəz döyüşündə Bizans ordusunu məğlub edir.
Əbükamil Nəsir ibn Saleh ibn Mirdas | |
---|---|
ərəb. نصر بن صالح آل مرداس | |
| |
may 1029 – 22 may 1038 (ləqəbi: Nəsr Şibl əd-Dəvlə) | |
Əvvəlki | Saleh ibn Mirdas |
Sonrakı | Timəl Müizz əd-Dəvlə |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | 1038 |
Fəaliyyəti | siyasətçi |
Atası | Saleh ibn Mirdas |
Həyat yoldaşı | Əl-Səidə Ələviyyə bin Vətab |
Uşağı | Mahmud Rəşid əd-Dəvlə |
Ailəsi | Mirdasilər sülaləsi |
Dini | şiə islam |
Nəsir bu qələbədən sonra Timəli Hələb şəhərindən qovur və ölkəni Bizans vassalına çevirir, ancaq Fatimilər ilə də münasibətləri yaxşı saxlamağa çalışır. O, 1037-ci ildə Fatimi süzerenliyini qəbul edir. Buna görə də ona Homs şəhərinin nəzarəti verilir, hansı ki, bir neçə il əvvəl itirilmişdi. Suriya qubernatoru Anuştəkin Nəsirin Homsu almasına etiraz edir. O, 1038-ci ildə Həma şəhərinə doğru yürüş edir və şəhərin yaxınlıqlarındakı döyüşdə Nəsiri öldürür. Timal Nəsirin xələfi olur, ancaq Hələb bir neçə həftə sonra Anuştakin tərəfindən fəth edilir. Buna baxmayaraq, Mirdasilər sülaləsinin hakimiyyəti bərpa edilir.
Nəsir Hələb şəhərini müasirləşdrir və dövlətin paytaxtına çevirir. Hələb şəhəri müsəlman kəndlilərin axınına uyğunlaşmaq üçün yerli xristian vəzirin köməyi ilə genişləndirilir. Nəsirin hakimiyyəti əmirliyin Şimali Suriya hissəsində idi. Dövlətin Cəzirədəki qalalrı Timəlin nəzarəti altında idi.
Nəsir Mirdasilər sülaləsinin banisi Saleh ibn Mirdasın ən böyük oğlu idi.[1][2] 1025-ci ildə Hələb mərkəzli Mirdasilər əmirliyi Şimali Suriya, Qərbi Cəzirə və Mərkəzi Suriyanı əhatə edirdi. O, baxmayaraq ki, əmirliyi müstəqil şəkildə idarə etdi, 1029-cu ildə Fatimilərin süzeranlığını qəbul edir. O, 1029-cu ildə Anuştəkin əl-Dizbariyə qarşı müttəfiqi Cərrahi əmiri Həsən ibn Müfərrici dəstəkləyir. 1029-cu ilin may ayında Əl-Ükvanə döyüşü baş verir. Bədəvi müttəfiqlər məğlub olur, Saleh və ən kiçik oğlu həlak olur, Mirdasilərin Mərkəzi Suriyadakı torpaqları isə itirilir.[3]
Nəsir atası ilə birlikdə vuruşur,[3] ancaq Əl-Ükvanədən qaçır və Hələb şəhərinə, kiçik qardaşı Timəl Müizz əd-Dəvlənin yanına qayıdır.[1] Saleh ölməzdən bir il əvvəl Timəli öz varisi seçir.[4] Buna baxmayaraq, Nəsir və Timəl əmirliyi birlikdə idarə edir.[5]