Mirdasilər sülaləsi (ərəb. المرداسيون) — Hələb əmirliyini (1024–1080) idarə etmiş sülalə.
Tarixi dövlət | |
Mirdasilər sülaləsi | |
---|---|
مرداسيون | |
|
|
|
|
Paytaxt | Hələb |
Dilləri | ərəb dili |
Dövlət dini |
Şiə İslam Sünni İslam |
İdarəetmə forması | əmirlik |
Əmir | |
• 1024–1029 | Saleh ibn Mirdas |
• 1029–1038 | Nəsir Şibl əd-Dəvlə |
• 1042–1062 | Timəl Müizz əd-Dəvlə |
Davamiyyət | |
→ | |
Vikianbarda əlaqəli mediafayllar |
Mirdasilər əsrlər boyu Şimali Suriyadan yaşamış ərəb əsilli Banu Kilab tayfasından idilər.[1] Sülalənin hökmranlıq etdiyi ərazilərin əhalisi kimi onlar da şiə idilər.[2] Buna baxmayaraq, onlar səlcuq türklərinin Suriyada güclənməsinlər sonra sünniliyi qəbul etdilər.
Mirdasilər Suriyanın X əsrin axırların və XI əsrin əvvəllərində muxtariyyət və ya müstəqillik əldə edən digər ərəb tayfalarından fərqli olaraq, şəhərlərin inkişaf edilməsi ilə maraqlanırdılar. Nəticədə, Hələb şəhəri çiçəklənmə dövrünü yaşayır. Mirdasilər xristianlara qarşı olduqca tolerant yanaşırdı. Onlar xristian tacirlərini Hələb ərazisindən keçməyə icazə vermiş, hətta xristian vəzirlər təyin etmişdir. Bu siyasət dövlətin Bizans imperiyası ilə yaxşı münasibətlərinin olması ilə nəticələnmiş, ancaq müsəlman əhali tərəfindən pis qarşılanmışdır.
Mirdasilərin erkən tarixi Bizans və Fatimilər dövlətlərinin daimi təzyiqi ilə xarakterizə edilir. İkitərəfli diplomatiyadan[a] və hərbi qüvvədən istifadə edərək uzun müddət hakimiyyətdə qala bilmişdir.
Mirdasilərin yüngül ərəb süvarilərində üstünlüyü var idi və onlar regiondakı tayfalar tərəfindən dəstəklənirdi. Bizans və Fatimilər tədricən səlcuq türkləri ilə əvəz olunmuşdur. Yüngül türk süvariləri ərəbdəkilərdən daha üstün idi. Buna görə də Mirdasilər türk muzdlular götürürdü. Bu isə daha çox problemə səbəb olurdu.