Namiq Əhmədov (əməkdar jurnalist)

Namiq Qədim oğlu ƏhmədovƏməkdar jurnalist.

Namiq Əhmədov
Namiq Qədim oğlu Əhmədov
Doğum tarixi (65 yaş)
Doğum yeri Alakol, Tovuz rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Elm sahəsi jurnalistika
İş yeri Xalq qəzeti
Təhsili ali

Namiq Əhmədov (Qədimoğlu) 1 sentyabr 1959-cu ildə Tovuz rayonunun Alakol kəndində anadan olub. Orta təhsilini Alakol kənd orta məktəbində alıb. 1977-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub və 1982-ci ildə təhsilini başa vurub. Ailəlidir, 3 övladı var.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində tələbə olarkən mətbuatda çalışmış, universitetin "Lenin tərbiyəsi uğrunda" qəzetinin müxbiri olmuşdur. Azərbaycan radiosunda və müxtəlif media qurumlarında ardıcıl çıxış etmişdir. 1982-ci ildə universiteti bitirdikdən sonra könüllü olaraq orduya zabit səfərbərliyininə qoşulmuş, Sibir, Belarus, Uzaq Şərq hərbi dairələrində "Sovetskiy voin", "Suvorovskiy natsk" kimi ordu qəzetlərində hərbi jurnalist kimi fəaliyyət göstərmişdir. Hərbi xidmətdən sonra Sov. İKP MK-nın Bakı Ali Partiya Məktəbinə göndərilmişdir. 1990-cı ilin iyuluna qədər burada kiçik elmi işci, elmi işci və kabinet müdiri vəzifələrində çalışmışdır. 1990–1991-ci illərdə "Azərinform" (indiki AZƏRTAC) Dövlət İnformasiya Agentliyinin Naxçıvan MR-da xüsusi müxbiri təyin olunmuşdur. Naxçıvan MR-nın müharibə və blokada şəraitinində yaşadığı ağır günlərdə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə aparılan tarixi, siyasi fəaliyyətin Azərbaycan cəmiyyətinə və dünya ictimaiyyətinə çatdırılmasında yaxından iştirak edən jurnalist kimi tanınmışdır. Muxtar respublikanın məruz qaldığı hərbi və informasiya blokadasının yarılması üçün Naxçıvan MR Ali Məclisinin, ictimaiyyətin və ziyalıların dövlətçilik mövqelərinin "Pravda", "İzvestiya", "Trud", "Respublika", "Mədəniyyət", "Yurddaş", "Ədalət", "Səs" kimi umumittifaq və respublika mətbuat orqanlarında yer almasında müstəsna səylər göstərmişdir. 1993–2006-cı illərdə əmək fəaliyyətini "Respublika", "Azərbaycan" və "Gün-Səhər" qəzetlərində xüsusi müxbir, şöbə redaktoru və baş redaktorun müavini vəzifələrində davam etdirmişdir. 2006-cı ildən "Xalq qəzeti"nin əməkdaşıdır. Jurnalistlik fəaliyyəti dövründə özünü peşakar və işgüzar jurnalist kimi göstərə bilmiş, nüfuzlu media mukafatları ilə təltif edilmişdir. Mətbuatda Azərbaycan-Türkiyə əlaqələrinə həsr olunmuş çoxsaylı məqalələrin və aktual mövzularda 6 kitabın müəllifidir. Redaksiyanın və Türkiyə Səfirliyinin göndərişi ilə dəfələrlə Türkiyədə ezamiyyətlərdə olmuş, beynəlxalq statuslu tədbirlərdə iştirak etmişdir.[1][2][3]

  • Baxıb türkün bayrağına – Bakı, 2011
  • Həyatda izi qalanlar – Bakı, 2012
  • İzmirli soydaşlarımızdan biri – Bakı, 2013
  • Şərəfli ömrün səhifələri (həmmuəlliflə) – Bakı, 2013
  • Bakıdan görünən Türkiyə – Bakı, 2014
  • Çanaqqalada nələr gördüm – Bakı, 2015
  • Azərbaycan-Türkiyə: gördüyüm, görüşdüyüm adamları ilə – Bakı, 2018

Elmi nəşrlərdə

  • Yeni dünya düzənində Türkiyə-Azərbaycan münasibətləri //- Bakı: Avrasiya Universitetinin "Sivilizasiya" elmi-nəzəri jurnalı, — 2017. № 3, Cild 6, — s.55–65
  • Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövründə Türkiyə ilə münasibətlərin qurulması // — Bakı: AMEA M. Füzuli adına Əlyazmalar İnstitutu, Filologiya məsələləri jurnalı, — 2017. № 17, — s.360–369.
  • Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçivan dövrü mətbuat müstəvisində // — Bakı: Odlar Yurdu Universitetinin Elmi və Pedaqoji xəbərləri, — 2017. № 46, --s.242–250
  • Cümhuriyyət dövrü milli mətbuatimiz və dövlətçilik // — Bakı: Azərbaycan Universitetinin Elmi Jurnalı. İpək Yolu, — 2018, № 1, — s. 36–40.
  • Turkiyə mövzusu 60-cı illər Azərbaycan Sovet mətbuatında ("Kommunist" qəzetinin materiallari əsasinda) // — Bakı: Azərbaycan Dövlət Pedaqoji Universitetinin Xəbərləri, Hümanitar, ictimai və pedaqoji-psixoloji elmlər seriyası, — 2018. Cild 66, № 1, — s.126–138.
  • Sovet hakimiyyətinin ilk illərində Azərbaycan mətbuatinda Türkiyə və türkçülük // — Bakı: AMEA M. Füzuli adına Əlyazmalar İnstitutu, Filologiya məsələləri jurnalı, — 2018. № 3, — s.348–356.
  • Türkiyəyə məhəbbətlə (Azərbaycan yazıçılarinin yaradıcılığında Türkiyə mövzusu) // — Bakı: Azərbaycan Yazıçılar Birliyinin aylıq ədəbi-bədii orqanı, "Azərbaycan" ədəbi-bədii jurnalı, — 2018. № 4, — s.176–180.
  • Azərbaycan Xalq Cümhuriyyəti irsi mətbuatda // — Bakı: Azərbaycan Universitetinin Elmi Jurnalı. İpək Yolu, — 2018, № 2, — s.130–134.
  • Azərbaycan sovet yazarlarının yaradıcılığında Turkiyə mövzusu (1960–1980-ci illərin qaynaqları əsasında) // — Türkiye: Turan Stratejik Araştırmalar Mərkəzi, Turan-SAM Uluslararası Bilimsel Hakemli Dergisi, — 2018. Sayı 40, — s.298–303.
  • Sovyet dönemi Azerbaycan gazeteciliğinde Türkiye konusu // — Türkiyə: Bolu Abant İzzet Baysal Üniversitesi, Fen-Edebiyat Fakültesi, Türk Dili ve Edebiyatı Bölümü. Dil, Edebiyyat ve Halkbilimi Araştırmaları Dergisi TÜRÜK, --2018. Sayı 15, — s.209–220.
  • Azərbaycan mətbuatı və 15 iyul FETO hadisələri // — Bakı: Azərbaycan Dillər Universiteti. Elmi Xəbərlər, — 2018. №.1, — s.136–143.
  • Türk bırlığı düşüncesine Azerbaycandan ilmi-nazari bir baxış // — Türkiye: Turan Stratejik Araştırmalar Mərkəzi, Turan-SAM Uluslararası Bilimsel Hakemli Dergisi, — 2019. Sayı 41, — s.420–429.
  • Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçivan dövrü və müstəqillik ideyalari "Şərq qapısı" qəzetində // — Bakı: Azərbaycan Milli Elmlər Akademiyası. Filologiya və Sənətşünaslıq Ədəbiyyat Məcmuəsi, — 2019. № 1, s. 13–20.
  • Azerbaycan Basınında Türkiye ve Türkçülük Konusu (Sovyet Hâkimiyetinin İlk Yıllarında ‘Komünist’ Gazetesi Kaynaklarına Bir Bakış) // — İzmir: Ege Universitesi Sosial Bilimler Dergisi, — 2019. № 1, — s. 68–75
  • Azerbaycan basini ve 15 temmuz FETO olayları (Halk gazetesi’nin kaynaklarina dayanan analiz) // — İzmir: Ege Universitesi İletişim fakultesi Media ve İletişim Araştırmaları Bilimler Dərgisi EGEMİA, — 2019. № 4, — s. 68–78.
  • Azerbaycan-Sovyet yazarlarının yaratıcılığında Türkiye: 1960–1980denem kaynaklarına bir bakış // — İzmir: Dokuz Eylul Universiteti Sosial Bilimler Dərgisi, — 2019. Cilt 21, Sayı 1, — s.269–276.
  • Azərbaycan Xalq Cümhuriyyəti: "Azərtac"in yaranma zərurəti və keçdiyi yol // — Muş: Alparslan Üniversitesi Sosyal Bilimler Dergisi Anemon, — 2019. Sayı 7(3), — s. 291–297.[4]
  • Aзербайджанская демократическая республика и национальная печать // — Ужгород: Науковий вıcник Ужгородского Нацıoнального Унıверситету. Серiя Mıжнароднı

Bıдносини, Випуск 4. — 2018. — c.73–81.

  • Almas İldırım: nakam şair, nakam vətəndaş // III Beynəlxalq Həmzə Nigari Türk Dünyası Mədəni İrsi Simpoziumu materialları, — Şamaxı, Azərbaycan: — 17 may, — 18 may, — 2017, — s.469–475.
  • Azərbaycan-Türkiyə əməkdaşlığından bütün bölgə və geniş çoğrafiya faydalanmaqdadır // IV Uluslararası Türk Dünyası Araştırmaları Simpoziumu, — Nigde, Türkiyə: — 26 nissan, — 28 nissan, — 2017, — s. 675–680.
  • Azerbaycan Basını: 15 Temmuz FETO olaylarından bir gün sonra (Azərbaycan mətbuatı: 15 iyul FETO hadisələrindən sonra) // I. Uluslararası İpekyolu Akademik Çalışmalar Sempozyumu. Sempozyumun özet kitabı. — Nevşəhər, Türkiyə: −21 eylul, — 23 eylul, — 2017, — s.455.
  • Müasir dövrdə Azərbaycan-Türkiyə münasibətlərinin Azərbaycan mətbuatında əksi" // ADPU və Kastamonu Universiteti "Azərbaycan-Türkiyə münasibətləri" II Beynəlxalq Elmi konfransı, — Bakı, Azərbaycan: — 12 oktyabr, — 14 oktyabr, — 2017, — s.43–49.
  • Azərbaycan Xalq Cümhuriyyəti və milli mətbuatımızın dövlətçilk ənənələri // Müsəlman Şərqində ilk Parlamentli Respublika. Azərbaycan xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Elmi Konfrans, — Bakı, Azərbaycan: 21 may, — 23 may, — 2018, — s. 825–827.
  • Azərbaycan-Türkiyə münasibətlərində Heydər Əliyev faktoru // AR Təhsil Nazirliyi Azərbaycan Memarlıq və İnşaat Universiteti. Ümummili Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş "Milli-mənəvi dəyərlər: ənənə və müasirlik" mövzusunda Beynəlxalq Elmi Konfrans, — Bakı, Azərbaycan: −2 may — 4 may, — 2018, — s. 235–240.
  • Azərbaycan Xalq Cümhuriyyəti irsinin təqdimatinda mətbuatin rolu // Bakı Slavyan Universiteti, Ümummili lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş "Azərbaycanşünaslığın Aktual Problemləri" IX Beynəlxalq Elmi Konfrans, — Bakı: — 3 may, — 4 may, — 2018,- s.127–129.
  • Azerbayan-Türkiye stratejik işbirliği (Halk gazetesi kaynaklarina göre) // Avrasya Sosyal ve Ekonomi Araştırmaları Dergisi’nin ASEAD III. Uluslararası Sosyal Bilimler Sempozyumu. Sempozyumun özet kitabı, — Antalya, Türkiyə: 5 mayıs, — 7 Mayıs, — 2018, — s. 166–167.
  • Heydər Əliyev və mətbuat (Ulu Öndərin siyasi fəaliyyətinin Naxçivan dövrü) // Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş "Davamlı inkişaf və humanitar elmlərin aktual problemləri-2018" Azərbaycan Universiteti, Beynəlxalq konfrans. – Bakı, Azərbaycan: – 14 may, −15 May, – 2018, — s. 424–427.
  • Sovet hakimiyyətinin ilk illərində Azərbaycan mətbuatında Türkiyə və türkçülük // İCSSCA.7. Uluslararası Çin'den Adriyatik'e Sosyal Bilimler Kongresi. Konqre özet kitabı. — Bakü – Azerbaycan: — 11 ekim, — 14 ekim, — 2018, — s. 65.
  • Türkiyədə, eləcə də xaricdə çalışmış ilk azərbaycanlı jurnalist Azad Şərifovun yaradıçılığına bir nəzər. // İCSSCA.7. Uluslararası Çin'den Adriyatik'e Sosyal Bilimler Kongresi. Konqre özet kitabı. — Bakü – Azerbaycan: — 11 ekim, — 14 ekim, — 2018, — s. 66.
  • Bakı-Tbilisi-Qars dəmiryolunun açılış mərasimi Türkiyə mediasının gündəmində // Uluslararası Türk Dünyası Araştırmaları Simpoziumu. – Almatı, Kazakistan. — 12 oktyabr, −14 oktyabr, — 2018, — s.313–316.

Dövru mətbuatda

  1. "Azərbaycanlı jurnalist beynəlxalq simpoziumda çıxış etdi" (azərb. ‎). 525.az. 15.05.2018. 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19.09.2020.
  2. "Azərbaycanlı jurnalist beynəlxalq simpoziumda məruzə etdi" (azərb. ‎). kaspi.az. 26.09.2017. 2017-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19.09.2020.
  3. "Samsunda beynəlxalq konfransda azərbaycanlı jurnalist məruzə ilə çıxış etmişdir" (azərb. ‎). xalqqazeti.com. 13.10.2010. 2019-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19.09.2020.
  4. "Cümhuriyyətin AzərTAc yadigarı: yaranma zərurəti və keçdiyi yol haqqında" (azərb. ‎). 525.az. 07.03.18. 2020-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19.09.2020.
  5. "Azərbaycan Respublikası Prezidentinin Fərmanları və Sərəncamları: Biblioqrafik göstərici. № 2 (13). Bakı, 2010. s.31" (PDF) (azərb. ‎). files.preslib.az. 21.07.2010. 2020-01-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 19.09.2020.
  6. "Bu jurnalistlər "Zərdabi mükafatı" aldılar" (azərb. ‎). kaspi.az. 19.07.2013. 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19.09.2020.