Naxçıvan MR Ali Məclisi

Naxçıvan Muxtar Respublikasının Ali MəclisiNaxçıvan Muxtar Respublikasının ali qanunverici orqanı.

Ali Məclis
VI çağırış
Ümumi məlumatlar
Növü təkpalatalı parlament
Quruluşu
Üzvlərin sayı 45
Komitələr
  • Hüquq Siyasəti Komitəsi
  • Sosial Siyasət Komitəsi
  • Humanitar Siyasət Komitəsi
  • İqtisadi Siyasət Komitəsi
  • İntizam Komissiyası
  • Hesablayıcı Komissiya
Ünvan
Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 50
Sayt
alimajlis.gov.az

1938–1990-cı illərdə Naxçıvan MSSR-in parlamenti Ali Sovet adlanıb.

Kommunist partiyasının rəhbərliyi ilə son seçkilər XII çağırış Naxçıvan MSSR Ali Sovetinə 30 sentyabr 1990-cı ildə keçirilmişdir. Həmin seçkilərin keçirilməsi üçün Naxçıvan MSSR-də 110 seçki dairəsi yaradılmışdır. Naxçıvan MSSR Ali Sovetinə 110 deputat seçilmişdir. [a]

17 noyabr 1990-cı il tarixində XII çağırış Naxçıvan MSSR Ali Sovetinin ilk iclasında Ali Sovetin Rəyasət Heyətinin sədri Ali Sovetin 2 nömrəli M. F. Axundov seçki dairəsindən deputatı Heydər Əliyev seçilmişdir.[1]

Həmin sessiyada ilk növbədə, "Naxçıvan Muxtar Sovet Sosialist Respublikası"nın adından "Sovet" və "Sosialist" sözləri çıxarıldı, onun "Naxçıvan Muxtar Respublikası" adlandırılması haqqında qərar qəbul edildi. Eyni zamanda, Naxçıvan MR Ali Sovetinin Ali Məclis adlandırılması barədə qərar qəbul olundu.[1][2]

1991-ci il sentyabrın 3-də Heydər Əliyev muxtar respublikanın Ali Məclisinə sədr seçildi.[1]

Ali Məclisin çağırışları

[redaktə | mənbəni redaktə et]
Seçkilər Çağırış İllər Qeyd
1990 Naxçıvan MSSR Ali Sovetinin XII çağırış 1990
18 oktyabr 1991-ci ildə Azərbaycan müstəqilliyini yenidən qazandı.
Keçid dövrü Naxçıvan Ali Məclisinin ilk çağırışı 1990–1995 [b]
Azərbaycan Respublikasının Seçki Qanunu və Parlamentlə bağlı qanunlar qəbul edildi.
1995–1996 Naxçıvan Ali Məclisinin I çağırışı 1995–2000
2000 Naxçıvan Ali Məclisinin II çağırışı 2000–2005
2005 Naxçıvan Ali Məclisinin III çağırışı 2005–2010
2010 Naxçıvan Ali Məclisinin IV çağırışı 2010–2015
2015 Naxçıvan Ali Məclisinin V çağırışı 2015–2019
2020 Naxçıvan Ali Məclisinin VI çağırışı 2020–2024 [c]
2024 Naxçıvan Ali Məclisinin VII çağırışı 2024 — [d]

Azərbaycan Respublikasının Konstitusiyasına görə muxtar respublikada dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir; qanunvericilik hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Ali Məclisi — parlamenti həyata keçirir.

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasından çıxarışlar:

Maddə 11. Qanunvericilik hakimiyyətinin həyata keçirilməsi

Naxçıvan Muxtar Respublikasında qanunvericilik hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Ali Məclisi həyata keçirir.

Maddə 12. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin say tərkibi

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 45 deputatdan ibarətdir.

Maddə 13. Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının seçkilərinin əsasları

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səs vermə yolu ilə seçilirlər.

Naxçıvanşünaslıq Mərkəzi

[redaktə | mənbəni redaktə et]

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi Naxçıvana həsr olunmuş çoxlu sayda kitab, albom, elmi-kütləvi məqalə, qəzet və jurnal materiallarının, sənədli filmlərin, elektron daşıyıcıların qorunub saxlanması, tədqiq və təbliğ olunmasını təmin edən qurumdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi kitabxanasının və Naxçıvan Muxtar Respublika Kitabxanası "Naxçıvanşünaslıq" bölməsinin bazasında yaradılmışdır[3].

Mərkəz üçün bina ayrılmış və əsaslı surətdə yenidən qurulmuşdur. 2013-cü il fevralın 9-da Naxçıvanşünaslıq Mərkəzinin açılışı olmuşdur.

Kitab və arxiv fondu

[redaktə | mənbəni redaktə et]

Mərkəzin kitab və arxiv fondu Naxçıvanşünaslığa dair mühüm çap və arxiv materialları ilə zənginləşdirilmişdir. Kitablar, jurnal və qəzetlər, xəritə və atlaslar, avtoreferatlar, albom və fotomateriallar, sənədli filmlər Naxçıvanşünaslıq Mərkəzində toplanaraq sistemləşdirilmişdir. Hazırda mərkəzin Kitabsaxlayıcı şöbəsində 3374 nüsxə çap materialı vardır. Bunlardan 2550 nüsxəsi kitab, 29-u miniatür kitab, 92-si avtoreferat, 703-ü isə qəzet və jurnal materiallarıdır.[4]

Mərkəzdə müasir kitabxana texnologiyaları və metodları sahəsində bir çox yeniliklər tətbiq edilmişdir. Mərkəzin kitabxanası və arxivi ən müasir informasiya avadanlıq və daşıyıcıları ilə təmin olunmuş, elektron kitabxana və elektron arxiv zənginləşdirilmişdir. Bundan başqa, istifadəçilər onlara verilən şəxsi parol vasitəsilə elektron informasiya köşkünə yaxınlaşaraq istənilən kitabı sifariş verə bilirlər. Elektron köşk istifadəçilərə kitab fondunun elektron kataloqu ilə tanış olmaq, sorğulara operativ cavab almaq və virtual sifariş imkanı yaradır. Oxu və dövri mətbuat zalında istifadəçilər üçün fonddakı kitablardan, qəzet və jurnallardan, eləcə də internetdən istifadə imkanı yaradılmışdır. İstifadəçilər elektron kataloq vasitəsilə mərkəzin fondunda olan ədəbiyyatlardan, sənədlərdən, əlyazmalardan, video və audio materiallardan, fotolardan və xəritələrdən istifadə edə bilərlər. Həmçinin üç dildə hazırlanan "www.e-merkez.alimeclis.az" internet saytı mərkəz ilə səmərəli informasiya mübadiləsi aparmağa imkan verir.

Naxçıvan Muxtar Respublikası hüquqi statusuna görə Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Ali vəzifəli şəxsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədridir.

Maddə 29. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə aid tələblər

I. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən seçilir, ona tabedir və ona hesabat verir. O, Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən geri çağırıla bilər. II. Yaşı otuzdan aşağı olmayan, Naxçıvan Muxtar Respublikasının ərazisində beş ildən az olmayaraq daimi yaşayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin hər bir deputatı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilə bilər.[21] III. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin seçkisi qaydasını Naxçıvan Muxtar Respublikasının Ali Məclisi müəyyən edir.

Ali Məclisin sədri
Sıra Şəkil Ad Başlama tarixi Bitmə tarixi Partiya
1
Afiyəddin Cəlilov 17 noyabr 1990 aprel 1991 Azərbaycan Kommunist Partiyası
2 Əkbər Əliyev aprel 1991 sentyabr 1991
3
Heydər Əliyev 5 sentyabr 1991 23 iyun 1993 Bitərəf
Yeni Azərbaycan Partiyası
- Rəşid Həsənov 3 iyul 1993 4 aprel 1994 Yeni Azərbaycan Partiyası
4 Namiq Həsənov 4 aprel 1994 16 dekabr 1995
5
Vasif Talıbov 16 dekabr 1995 21 dekabr 2022
- Azər Zeynalov 21 dekabr 2022 5 oktyabr 2023
- Anar İbrahimov 5 oktyabr 2023 Hal-hazırda
Qərar Yetərsay
Ali Məclisin səlahiyyətlərinin təsdiqi (ilk iclasın təşkili) 31
  1. 30 sentyabr seçki günü - 110 deputatdan 74-ü, 14 oktyabrda – 20 deputat, 16 dekabrda – 7 deputat, 30 dekabrda – 2 deputat, 3 mart 1991-ci ildə - 6 deputat, nəhayət 17 mart 1991-ci ildə sonuncu – 110-cu deputat seçildi.
  2. Naxçıvan MSSR Ali Sovetinin XII çağırışı üzvlərindən təşkil olundu.
  3. İlk dəfə parlament buraxılaraq növbədənkənar seçkilər keçirildi.
  4. İkinci dəfə parlament buraxılaraq növbədənkənar seçkilər keçirildi.
  1. 1 2 3 "Arxivlənmiş surət". 2020-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-24.
  2. "Arxivlənmiş surət". 2020-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-24.
  3. "Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin yaradılması haqqında" Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli Sərəncamı. alimeclis.az Arxivləşdirilib 2021-09-16 at the Wayback Machine (az.)
  4. "Arxivlənmiş surət". 2020-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-11.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]