Nansen adası (Frans-İosif Torpağı)

Brays adasıFrans-İosif Torpağı arxipelaqı daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Adanın sahəsi 162 km², maksimal hündürlüyü isə 372 metrdir.

Nansen adası
rus. Остров Нансена
Ümumi məlumatlar
Sahəsi 164 km²
Hündür nöqtəsi 372 m
Əhalisi 0 nəfər (2012-ci il)
Yerləşməsi
80°28′53″ şm. e. 54°07′03″ ş. u.
Ölkə  Rusiya
Vilayət
Arxipelaq
Akvatoriya
Nansen adası xəritədə
Nansen adası
Nansen adası

Cənub-qərbdən adalar qrupundan Allen-Yuqaqn booğazı, cənub-şərqdən Sidorov boğazı, şimal-şərqdən Markam boğazı, qərbdən isə Britaniya kanalı ilə ayrılır. Adada yerləşən burunlar: Artur (şimal), Uşakov (cənub-şərqdə), Koba-Teylor (cənub). Ada Arktika araşdırmaçısı Frityof Nansenin şərəfinə adlandırılmışdır. O, Frans-İosif Torpağı arxipelaqını ətraflı şəkildə araşdırmışdır.

Yaxınlığında yerləşən adalar

[redaktə | mənbəni redaktə et]
  • Kyotlis adası - arxipelaqın mərkəzində, Nansen adasından 6 km qərbdə, Quker adasından 9 km şimalda yerləşir. Müvafiq olaraq həmin adalardan Robert Pil və Allen Yuqn boğazları ilə ayrılır.
  • Uilton adası - arxipelaqın mərkəzi hissəsində, Nansen adası sahillərində, Esinov buxtasında yerləşir. Dairəvi formaya malikdir. Diametri 2 km-dir. Ən hündür nöqtəsi 225 metrdir. Ada şotland araşdırmaçısı, Cekson-Harmsvord ekspedisiyasının üzvü Devid Uiltonun şərəfinə adlandırılmışdır.
  • Bromic adası - arxipelaqın mərkəzində yerləşir. Adadan 3 km şimal-şərqdə Nansen adası, cənubunda yerləşən Nyukom boğazının digər hissəsində (800 m) Pritçett adası, cənub-şərqində Sadko boğazının digər hissəsində (2,5 km aralıda) Brays adası yerləşir.
  • Brays adası - arxipelaqın mərkəzində yerləşir. Adadan 4 km cənubda Breydi adası (Sidorov boğazı), qərb və şimal qərbdə isə Bliss, Priçett və Bromic adaları yerləşir (Sadko boğazı).
  • Pritçett adası - arxipelqın mərkəzində yerləşir. Ən hündür nöqtəsi 401 metrdir. Nansen adasın ondan şimal-qərbdə yerləşir. Ondan 2 km-lik Hamilton boğazı ilə ayrılır. Bromic adası isə ondan şimal-şərqdədir. Bu iki adanı 800 metrlik Nyukom boğazı ayırır.
  • Bliss adası - uzunsov formaya malikdir. Uzunluğu 6 km, eni 3 km-dir. Adanın böyük hissəsini hündürlüyü 300 m olan buzlaq yerləşir. Blis adasının cənub qutaracağında yerləşən Beresford brnundan 50 m aralıda Zub adası yerləşir.
  • Cefferson adası - şimal-qərbdən cənub-şərqə doğru uzanır. Adanın hündürlüyü 102 metrdir. Ada 1901-ci il qütb ekspedisiyasının üzvü olmuş Tomas Ceffersonun şərəfinə adlandırılmışdır. Sahillərini Barens dənizi yuyur. Şimal-şərq ahillərində hündürlük 36 metrə çatır. Cənub-qərbdə isə dərinlik 107 metrdir. Cefferson adası Kral Cəmiyyəti adasından Allen-Yuqn boğazı ilə ayrılır.