Naqao Ariqa

Naqao Ariqa (有賀 長雄, Ariqa Naqao?, 13 noyabr 1860, Osaka prefekturası17 iyun 1921)Yaponiya hüquqşünası və sosioloqu. Hüquq tarixibeynəlxalq hüquqla maraqlanmışdır.

Naqao Ariqa
yap. 有賀長雄
Doğum tarixi 13 noyabr 1860(1860-11-13)
Doğum yeri
Vəfat tarixi 17 iyun 1921(1921-06-17) (60 yaşında)
Təhsili
Fəaliyyəti hüquqşünas, tarixçi, universitet müəllimi[d], sosioloq, vəkil
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Naqao Ariqa 1860-cı ildə Yaponiyanın Osaka şəhərində doğulmuşdur. Atası vaka şairi idi və yapon mədəniyyəti üzrə araşdırmalar aparırdı. Naqanonun qardaşı Naqabumi "Mitsui Bank"ın direktoru olmuşdur. Naqao 1879-cu ildə Tokio Universitetinə daxil olmuşdur. Universitet illərində ingilis dilindəki bacarıqlarına görə tanınmış, hətta Edvard Morze 1882-ci ildəki bir çıxışında ondan tərcüməçi kimi istifadə etmişdir.[1] Universitetdə Toyama Masakazu[2]Ernest Fenollosanın tələbəsi olmuşdur.[3]

1882-ci ildə Tokio Universitetindən məzun olmuşdur.[4] 1886-cı ildə hökumət təqaüdü qazanaraq Berlin Universitetində siyasi fəlsəfə və hüquq təhsili almışdır.[1] Lorens fon Şteynin tələbəsi olmuşdur.[5] Avstriyada olarkən sosiologiya oxumuşdur.[2]

1887-ci ildə Yaponiyaya qayıtdıqdan sonra Yaponiya Məxfi Şurasının və Nazirlər Kabinetinin katibi təyin olunmuşdur. Birinci Çin-yapon müharibəsində (1894–1895) və Rus-yapon müharibəsində (1904–1905) Yaponiya ordusunun baş qərargahının hüquq məsləhətçisi kimi fəaliyyət göstərmişdir.[4] 1890-cı ildə Yaponiya Hərbi Akademiyasının təlimçisi təyin olunmuşdur. 1897-ci ildə Vyanada keçirilmiş Beynəlxalq Qırmızı Xaç Konfransında çıxış etmişdir.[1] Tokio Universitetində beynəlxalq hüquq üzrə dərslər demiş, İmperator Akademiyası Mükafatını qazanmışdır. Çin hökumətinin hüquq məsləhətçisi olmuş, 1913-cü ildə Pekinə gedərək Çin prezidenti Yuan Şikaya Çin konstitusiyasının tərtib olunmasında kömək etmişdir.[4]

Bir çox Avropa sosioloqunun əsərlərini, eləcə də, Ernest Fenollosanın əsərlərini yapon dilinə tərcümə etmişdir.[5] O, Yaponiyada ilk sistematik sosiologiya əsərinin müəllifi olmuş, Herbert Spenserdən təsirlənmişdir.[6] 1896-cı ildə "Beynəlxalq hüquq baxımından Çin-yapon müharibəsi" əsərini yazmışdır.[7] Fransız dilində yazılmış və Parisdə nəşr olunmuş 300 səhifəlik bu kitabda müharibənin tarixindən və hüquqi əsaslarından bəhs etmişdir.[1]

  1. 1 2 3 4 Harrell, Paula. Asia for the Asians: China in the Lives of Five Meiji Japanese (ingiliscə). MerwinAsia. 2012. ISBN 9781937385200. 2024-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 avqust 2024.
  2. 1 2 Sonoda, Shigeto. "Development of Empirical Sociology and China Studies in Japan" (PDF) (ingiliscə). 2024-08-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 16 avqust 2024.
  3. Kodansha Encyclopedia of Japan (ingiliscə). II cild (Const–F). Tokio: Kodansha. 1983. səh. 251–252. ISBN 0-87011-622-3. 2022-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 avqust 2024.
  4. 1 2 3 The Japan Biographical Encyclopedia & Who's Who. səh. 61
  5. 1 2 Frédéric. səh. 44
  6. Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild (Sake–Temm). Tokio: Kodansha. 1983. səh. 218. ISBN 0-87011-627-4. 2022-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 avqust 2024.
  7. Doğrul, Mürsel. "Meiji'den Günümüze Japonya'da Uluslararası İlişkiler Disiplininin Tarihsel Gelişimi". Journal of Gazi Academic View (türkcə). 16 (12). iyun 2023: 209–229. doi:0.19060/gav.1315143 (#bad_doi). İstifadə tarixi: 16 avqust 2024.