Nataliya Məmmədova (qızlıq soyadı: Skazka; d. 2 dekabr 1984; Donetsk, Ukrayna) — Azərbaycanı təmsil edən voleybolçu. Nataliya Məmmədova, Azərbaycan yığmasının heyətində 2006-cı ildə baş tutan Dünya Çempionatına qatılıb və 13-cü yeri tutub.
Nataliya Məmmədova | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 2 dekabr 1984 (39 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Voleybolçu məlumatları | |
Boyu | 195 sm |
Çəkisi | 79 kq |
Əsas əl | sağaxay[d] |
Mövqeyi | hücumçu |
Vikianbarda əlaqəli mediafayllar |
Nataliya Məmmədova 2 dekabr 1984-cü ildə Ukraynanın Donetsk şəhərində anadan olub.
Nataliya Məmmədova, 2005-ci ildə Azərbaycan yığması ilə birgə Xorvatiyada baş tutan Avropa Çempionatına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Azərbaycan yığması, Rusiya yığmasına 0:3 hesabı ilə məğlub oldu və Avropa Çempionatını 4-cü yerdə başa vurdu.
Nataliya Məmmədova daha sonra, 2006-cı ildə Yaponiyada baş tutan Dünya Çempionatına qatıldı. Yarışlarda, 4 dəfə qalib gələn, 5 dəfə isə məğlub olan Azərbaycan yığması, Dünya Çempionatını 24 yığma sırasında 13-cü yerdə başa vurdu.
Nataliya Məmmədova bir ildən sonra, 2007-ci ildə Belçika və Lüksemburqda baş tutan Avropa Çempionatına qatıldı. Yarışlarda, 1 dəfə qalib gələn, 7 dəfə isə məğlub olan Azərbaycan yığması, Avropa Çempionatını 16 yığma sırasında 12-ci yerdə başa vurdu.
Nataliya Məmmədova üçüncü dəfə Avropa Çempionatına, 2009-cu ildə Polşada baş tutan yarışda qatıldı. Yarışlarda, 1 dəfə qalib gələn, 7 dəfə isə məğlub olan Azərbaycan yığması, Avropa Çempionatını 16 yığma sırasında 12-ci yerdə başa vurdu.
Nataliya Məmmədova dördüncü dəfə Avropa Çempionatına, 2011-ci ildə İtaliya və Serbiyada baş tutan yarışda qatıldı. Yarışların pley-off mərhələsində Azərbaycan yığması, Niderland yığmasına 1:3 hesabı ilə məğlub oldu və Avropa Çempionatını 16 yığma sırasında 9-cu yerdə başa vurdu.
Nataliya Məmmədova sonuncu, beşinci dəfə Avropa Çempionatına, 2013-cü ildə Almaniya və İsveçrədə baş tutan yarışda qatıldı. Yarışlarda, bütün 3 oyunda məğlub olan Azərbaycan yığması, Avropa Çempionatını 16 yığma sırasında 15-ci yerdə başa vurdu.
Həmin, Avropa Çempionatından sonra Nataliya Məmmədova Azərbaycan yığmasından ayrıldı. Amma, 4 ildən sonra, 2017-ci ildə o, yenidən Azərbaycan yığmasına qayıtdı.