Natiq Əliyev (26 avqust 1964, Əmirxeyir, Krasnoselsk rayonu) — Azərbaycan Müdafiə Nazirliyi Tibb baş idarəsinin sabiq rəisi.[1] Əczaçılıq elmləri namizədi, Ehtiyatda olan hərbi zabit.[2] General-mayor.
Natiq Əliyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Əmirxeyir, Krasnoselo rayonu, Ermənistan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Təhsili |
Azərbaycan Dövlət Tibb İnstitutu (1982-1987) Azərbaycan Kooperasiya Universiteti (2001-2004) |
Fəaliyyəti | farmakoloq, hərbi qulluqçu |
Uşaqları | Türkər Əliyeva, Namiq Əlizadə |
Rütbəsi | general-mayor |
|
|
Təltifləri |
Natiq Əliyev 26 avqust 1964-cü ildə Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Krasnoselo rayonunun Əmirxeyir kəndində anadan olub. 1970-ci ildə ilk təhsilinə başlayıb 1982-ci ildə təhsilini bitirərək, Azərbaycan Dövlət Tibb İnstitutuda Əczaçılıq fakültəsidə təhsil alıb. 1987-ci ildə təhsilini bitirdikdən sonra elə həmin ildə Sovet Ordusunda həqiqi hərbi xidmətdə olub və 65407 nömrəli Naxçıvan qarnizonu hospitalının tibbi təhcizat rəisi kimi calışıb. Natiq Əliyev müxtəlif illərdə Silahlı Qüvvələrin Hərbi Tibbi İdarəsinin baş zabiti, Müdafiə Nazirliyinin ‘’Goradil’’ və ‘’Mərdəkan’’Hərbi İstirahət Evlərinin rəis, Bakı qarnizonu hospitalının rəis, Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəis kimi fəaliyyət göstərib. 2001-ci ildə Azərbaycan Kooperasiya Universitetidə Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində daxil olub. 2004-cü ildə təhsilini başa vurub. 2012–2020-ci illərdə Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. 2021–2022-ci illərdə Sumqayıt Olimpiya İdman Kompleksinin direktoru vəzifəsində çalışıb. Karate-do idman növü üzrə 3-cü dan idman dərəcəsinə malikdir.[3]
"Azərbaycan Respublikasında Dopinq nəzarətinin təşkilinin öyrənilməsi" elmi əsərinin müəllifidir. Əczaçılıq elmləri namizədidir. Azərbaycan Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin və AFFA-nın İcraiyyə Komitəsinin üzvüdür. Beynəlxalq Hərbi İdman Şurasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir.[4] 1999–2012-ci illərdə Müdafiə Nazirliyi Mərkəzi Ordu İdman Klubunun rəisi vəzifəsində çalışmışdır.[5] Azərbaycan Respublikasında dopinq nəzarətinin təşkilinin öyrənilməsi elmi əsərinin və Bitki mənşəli dərman vasitələri kitablarının müəllifidir.
Universal Döyüş üzrə Avropa Federasiyasının prezidenti, Gənclər və İdman Nazirliyinin Antidopinq komitəsinin üzvü, Beynəlxalq Hərbi Tibbi Komitəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri.
Respublikası Müdafiə Nazirinin əmri ilə ‘’Azərbaycan Respublikası SilahlıQüvvələrinin 10 illiyi (1991–2001)’’ yubiley medalı
Respublikası Müdafiə Nazirinin əmri ilə ‘’Qüsursuz xidmətə görə’’ 3-cüdərəcəli medalı
Respublikası Müdafiə Nazirinin əmri ilə ‘’Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918–2008)’’ yubiley medalı
Respublikası Müdafiə Nazirinin əmri ilə ‘’Qüsursuz xidmətə görə’’ 2-ci dərəcəli medalı
fəxri adı
Respublikası Müdafiə Nazirinin əmri ilə ‘’Hərbi xidmətdə fərqlənməyə görə’’ 3-cü dərəcəli medalı
Respublikası Müdafiə Nazirinin əmri ilə ‘’Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918–2013)’’ yubiley medalı
Respublikası Müdafiə Nazirinin əmri ilə ‘’Qüsursuz xidmətə görə’’ 1-ci dərəcəli medalı
Respublikası Müdafiə Nazirinin əmri ilə ‘’Hərbi xidmətdə fərqlənməyə görə’’ 2-ci dərəcəli medalı
Respublikası Müdafiə Nazirinin əmri ilə ’’Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Veteranı’’ medalı
Respublikası Müdafiə Nazirinin əmri ilə ‘’Hərbi xidmətdə fərqlənməyə görə’’ 1-ci dərəcəli medalı
Respublikası Müdafiə Nazirinin əmri ilə ‘’Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918–2018)’’ yubiley medalı
Respublikası Dövlət Sərhəd Xidməti Rəisinin əmri ilə ‘’Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919–2019)’’ yubiley medalı