Natiq Hacı oğlu Cavadov (8 mart 1955, Əliağalı, Ağdam rayonu) — Milli Aerokosmik Agentliyinin (MAKA) baş direktoru, texnika elmləri doktoru, professor, Beynəlxalq və Azərbaycan Mühəndislik Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikasının Kosmik Məsələlər üzrə Şuranın üzvü.
Natiq Cavadov | |
---|---|
Natiq Hacı oğlu Cavadov | |
Doğum tarixi | 8 mart 1955 (69 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elmi dərəcəsi | texnika elmləri doktoru |
Elmi adı | |
İş yeri | Milli Aerokosmik Agentliyinin baş direktoru |
Təhsili | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Natiq Cavadov 8 mart 1955-ci ildə Ağdam rayonunun Əliağalı kəndində anadan olmuşdur. 1971-ci ildə Bakı şəhərindəki 132 nömrəli orta məktəbi bitirmiş, elə həmin il Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuş və 1979-cu ildə oranı bitirmişdir. 1975-1977-ci illərdə hərbi xidmətdə olmuşdur. 1978-2003-cü illərdə Azərbaycan Milli Aerokosmik Agentliyində texnik, böyük texnik, mühəndis, böyük mühəndis, aparıcı mühəndis, partiya komitəsinin katibi, daha sonra Ağdam "Mikropribor" Elmi-Texniki Kompleksinin direktoru, Ağdam Mexaniki zavodunun direktoru və Bakı şəhərindəki Kosmik Cihazqayırma zavodunun direktoru vəzifəsində işləmişdir. 2003-cü ildən 2019-cu ilədək Azərbaycan Respublikası "Sənayeavtomatika" İstehsalat Birliyinin Baş direktoru olmuş, elə həmin il Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin müvafiq əmri ilə Azərbaycan Milli Aerokosmik Agentliyinin Baş direktoru vəzifəsinə təyin olunmuşdur. 18 oktyabr 2011-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Respublikanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir. Ailəlidir, 2 övladı var.
1997-ci ildə - texnika elmləri namizədi, 2007-ci ildə texnika elmləri doktoru elmi adlarını almışdır. 2008-ci ildən Azərbaycan Texniki Universitetinin professoru, həmçinin Beynəlxalq Ekologiya və Təbiətdən İstifadə Akademiyasının akademikidir. 2003-cü ildən Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvü, 2006-cı ildən Azərbaycan Mühəndislik Akademiyasının həqiqi üzvü, 2024-cü ildə Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvüdür. 300-dən artıq elmi məqalənin, o cümlədən 5 monoqrafiya, 5 dərslik, 5 müəlliflik şəhadətnaməsinin, 15-dən çox patent müəllifidir. 90-dan çox elmi məqaləsi xarici ölkələrdə - İspaniya, Yunanıstan, İran, Türkiyə, Rumıniya, Rusiya, Belarus, Ukrayna, Avstriya və Latviyada çap edilmişdir.