Əliağalı — Azərbaycan Respublikasının Ağdam rayonunun Əlimədətli kənd inzibati ərazi dairəsində kənd.[2]
Əliağalı | |
---|---|
40°02′18″ şm. e. 46°46′34″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ0220[1] |
Kənd 1993-cü il iyunun 12-də Ermənistan ordusu tərəfindən işğal olunmuşdur[3].
1930-cu ilə qədər Əliağalı kəndi Yelizavetpol quberniyasının Cavanşir qəzasının tərkibində olub.
Əliağalı kəndi rayon mərkəzi Ağdam şəhərindən 30 km. şimal-qərbdə, Xaçın çayının sol sahilində, Qarabağ silsiləsinin şimal-şərq tərəfindəki dağətəyi düzənlikdə yerləşir. 20.11.2020-ci il Tarixində Azərbaycan Ordusu Tərəfindən Azad Edildi.
İşğala qədərki dövrdə Əliağalı kəndində orta məktəb, klub, kitabxana, tibb məntəqəsi, uşaq bağçası, kəndli-gənclər məktəbi və müxtəlif ticarət-iaşə obyektləri var idi. Azərbaycanın işğala məruz qalmış bütün yaşayış məntəqələrində olduğu kimi, erməni işğalçıları Əliağalı kəndində də hər şeyi dağıdıb yerlə yeksan ediblər.
"1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, kənddə 65 evdə 324 şiə tatar yaşayırdı.[4]