Naukan yupikləri – Rusiya Federasiyasına tabe olan Çukotka Muxtar Dairəsində Naukan (Посёлок Наукан) ilə Dejnyov (Посёлок Дежнёв) adlı iki kənddə yaşayan və nəsli tükənmək üzrə olan Yupik qolundan bir eskimos xalqıdır.
Çukotka Muxtar Dairəsində Yupik eskimos coğrafiyası 6 – Çukça rayonu (Чукотский район) və Lavrentiya (Лаврентия; eskimosca Ӄышы) qəsəbəsi. Rayonun şimal-şərqindəki uzantı Naukan kəndidir 4 – Provideniya rayonu (Провиденский район) və Provideniya (Провидения ) qəsəbəsi. Bu rayonun sahillərində Sirenik yupikləri ilə Sibir (Çaplino) yupikləri tapılar. | |||
Yaşadığı ərazilər | |||
---|---|---|---|
| |||
Dili | |||
Dini | |||
Qohum xalqlar | |||
Sibir yupikləri , Sirenik yupikləri , Alyaska yupikləri, İnyupiklər |
Naukan yupikləri Rusiya ərazisində olan eyni adlı kənddə yaşayırlar. Naukan kəndi 1958-ci ildə köçürülmüşdür.Kənd köçürülənə qədər Avrasiyanın ən şərq nöqtədə yerləşən kəndi idi. Naukan kəndi təxminən 14-cü əsrdə salınmışdır. 1958-ci ildə köçürmədən əvvəl təxminən 400 nəfərin yaşadığı kiçik bir kənd idi. ABŞ və SSRİ arasında ola biləcək bir döyüş təhlükəsinə görə strateji mövqedə olan kəndin 1954-cü ildə köçürülməsi müzakirə edilirdi. Rəsmi olaraq 20 noyabr 1958-ci ildə Çukça rayonu soveti tərəfindən kəndin köçürülməsinə və ən əsası Naukan yupiklərinin köçünə qərar verildi. Köç etdirilən Naukan ailələri, Çukotka Muxtar Dairəsinin müxtəlif istiqamətlərinə, Uelen (Уэлен), Lavrentiya (Лаврентия), Lorino (Лорино) kənd və qəsəbələrinə yerləşdirilirdilər. Bu gün, Novoye Çaplino (Новое Чаплино), Sireniki (Сиреники) və Uelkal (Уэлькаль) qəsəbələrində də Naukan yupiyi vardır. Bu evakuasiya və köç, Naukan yupiklərinin mədəniyyətlərinin yox olması prosesini sürətləndirmişdir.[1]
2005-ci ildə aparılan hesablamalara görə bu dil cəmi 50 [2] tərəfindən istifadə edilir.
(Qarqi) İnyupikcə[3]; Çupikcə qaygiq [4] Sibirdə eskimoslar xalqları arasında yalnız Naukan yupikləri tərəfindən istifadə edilən daxma formalı yaşayış yeri.Alyaskada İnyupiklər ilə Yupiklərin tikdiyi formadan istifadə edilir.Qarqilər yalnız kişilər tərəfindən istifadə edilir.
Bütün eskimos xalqları kimi Naukan yupikləri də ovçu və yığıcıdır. Bu ovçu və yığıcılığın izləri ay adlarında aşkar şəkildə görünür:
Naukan yupikləri dəniz məməliləri arasında daha çox morj, suiti, ağ ayı ovlayırlar. Çukçalardan şimal maralını əhiləşdirməyi öyrənmişlər.Qütb tülküsüdə ovlanan heyvalar arasında yer alır.