Ənənəvi rəqs (agnguaq) paltarı içində bir Supik rəqsçisi
| |||
Ümumi sayı | |||
---|---|---|---|
3000 | |||
Yaşadığı ərazilər | |||
| |||
Dili | |||
Dini | |||
Xristianlıq (əksəriyyətlə Pravoslavlıq) | |||
Qohum xalqlar | |||
Supiklər, Alyutiklər və ya Pasifik yupikləri (öz dilində olan adı: Sugpiaq tək Sugpiak iki Sugpiat cəm və ya Alutiiq tək Alutiik iki Alutiit cəm; İngiliscə Alutiiq, Sugpiaq, Pacific Yupik) — Amerika Birləşmiş Ştatlarında, Alyaska ştatının cənub cəhətində yaşayan Yupik qolundan bir Eskimos xalqıdır.
Yupik xalqları içində ən cənubda yaşayan xalqdır. Mədəni olaraq Yupiklərə deyil Aleutlara yaxındır. Ona görə digər adları olan Alyutik adı Aleutların adından gəlir
Özlərini suk ('insan') və -piaq ('gerçək') sözlərinin birləşməsindən əmələ gəlmiş "Supiklər", dillərini isə Sugcestun və ya Sugt'stun, Sugtestun ('insana bənzər, insan kimi') adlandırırlar.
Alyaska'yı Aleut adalarından kəşfə başlayan rus kaşif, kürk kürk taciri və məskunlaşmaçılar tərəfindən Aleut (rus. Алеут) adı verilen yerlilər, o zamanın Rusçasında bugünkü Aleutları ve Kodiak adasındaki yupik eskimoslarını (ing. Alutiiq) əhatə edirdi. Rusçadaki Aleut adının, Rusiyanın şimalında yaşayan Çukçaların dilindən olan "daimi sahil sakini"[2] sözündən yarandığı ehtimal olunur. 1784-ci ildə Kodiak adasında olan Three Saints koyuna (supikcə Sun'alleq) yerləşən rus kürk tacirləri (промышленник), Supiklərlə qarşılaşan ilk Avropalılardır. Supiklər, mədəni olaraq Aleutlara ən çox bənzəyən eskimoslardır.[3] İndiki vaxtda Alyaskadaki eskimosların üç mədəniyyət qrupundan birini Aleutlar ilə Supiklər yaradır[4] Aleutlar ilə Supikləri bir tutub eyni adla anan ruslar, Aleut adalarındakı Aleutlardan (Unangan) ayırmaq üçün Kodiak adasındakı Supikləri "Kodiak Aleutu" (dövrün Rusçasıyla Алеутъ Кадьякскiй) və dillərini də "Kodiak Dili" (Кадьякскiй Языкъ) olaraq adlandırmışlar. Uzun illər ruslaşma asimilasyonu keçirən Kodiak Supikləri, ruslardan qalma Aleut adını indiki vaxtda Alutiiq formasında özlərinə ikinci ad olaraq verərlər. Bu Alutiiq adı ingiliscədə Supiklerin ümumi adı olaraq yayılmaqdadır. Atka Aleutları ruslardan qalma Aleut adını Aliguutax̂ formasında özləri üçün istifadə edirlər.
2000 ABŞ Əhali saymasında Supiklər "Alutiiq Aleut", "Bristol Bay Aleut", "Chugach Aleut", "Koniag Aleut" və "Sugpiaq" kimi adlarla ayrı-ayrı keçərkən Əsl Aleutlar "Unangan Aleut" adıyla yer alır.[5]
Eskimos qəbilə adları "-miut" ('xalq') əki ilə törədilər.
Supiklər dil və mədəniyyətlərinə görə iki əsas qrupa bölünür:
Supiklərin qonşuları olaraq qərbdə Unangan da deyilən Aleutlar (supikcə Taya'uq), kuzeybatıda Alyaska yupikləri (supikcə Pamanarmiut) ilə Denağina xinduları (supikcə Kenaayuq), kuzeydoğuda Ahtna xinduları və şərqdə də Eyak və Tlingit (supikcə Swaciit) xinduları tapılar.
Ruslar ilə amerikalılardan başqa, sonradan gələn Çinlilər (supikcə Cing'iyak) və Yaponlar (supikcə Yapuunsaq) da kontakt qurulan xalqlardır
Alyaskada 1980 və 1992-ci illərdə, Eskimo-Aleut dillərində dannışa bilən əhali [6]
Ayaska | etnik sayı | anadilində danışa bilənlərin sayı | % | danışa bilənlərin orta yaş həddi |
1980 | . | . | . | . |
Sibir Yupikləri | 1.100 | 1.050 | 95 | Orta nəslin çoxu və uşaqların hamısı |
Yupikler | 17.000 | 14.000 | 80 | Orta nəslin çoxu və uşaqların bir qismi |
İnyupikler | 12.000 | 5.000 | 40 | Orta nəslin çoxu və uşaqların bir qismi |
Supikler | 3.000 | 1.000 | 33 | Orta nəslin çoxu və uşaqların bir qismi |
Aleutlar | 2.200 | 700 | 35 | Orta nəslin çoxu və uşaqların bir qismi |
1992 | . | . | . | . |
Sibir Yupikləri | 1.100 | 1.050 | 95 | Orta nəslin hamısı və uşaqların böyük bir qismi |
Yupiklər | 18.000 | 12.000 | 67 | Orta nəslin hamısı və uşaqların kiçik bir qismi |
İnyupiklər | 13.000 | 4.000 | 31 | Orta nəslin çoxu və uşaqların bir qismi |
Supiklər | 3.100 | 600 | 19 | Orta nəslin çoxu və uşaqların bir qismi |
Aleutlar | 2.100 | 400 | 19 | Orta nəslin çoxu və uşaqların bir qismi |
Təxminən 3000 nəfərlik Supik əhalisindən 400 qədəri ana dilini danışa bilir.
1987-1988 dövründə Alyaska məktəb bölgələrində Supik şagirdlərin sayı:[7]
məktəb bölgəsi | anadilində danışa bilənlərin sayı | danışamayanlar | ümumi şagird sayı |
Anchorage | . | 2 | 2 |
Kenai | 1 | 66 | 67 |
Lake & Peninsula | . | 47 | 47 |
CƏMİ | 1 | 115 | 116 |
Ənənəvi Supik ovçuluğu digər eskimos xalqlarıyla bənzərlik göstərir. Alyaskanın təbiətinin çətin olması, aclıq (kaik) qayğısıyla dənizdə (imaq) və quruda (nunat) yeyilə biləcək hər şeyin avlanılmasını və ya yığılmasını lüzüm edər. Supiklərin yaşadığı coğrafiya Alaskadakı ən cənub bölgə olduğu üçün şimaldakı Yupik və İnyupik coğrafiyasına nəzərən daha yaxşı vəziyyətdədir.
Ov vasitə və vəsaitləri arasında kayak (qayaq) ilə qayıq (angyaq) və kürək (anguaq) ova çatma və daşıma işində qiymətlidir. Silah olaraq ox (ruuwaq) və yay (qitguyaq) ilə zıpkın (ayaquq) istifadə edilər. Qərblilərdən gördükləri qızdırmalı silahlar (nutek) da sonradan ova daxil olmuşdur. Ov şapkası (caguyaq) və ov torbası (ekgwik) ovun olmazlarındandır.
Quru məməliləri olarak şimal maralı (tuntuq), qonur ayı (taquka'aq), samur (aaquyaq), dovşan (kuskanat), tülkü (kaugya'aq), gəlincik (amitatuk) və sünbülqıran (qanganaq) ovlanır.
Dəniz məməliləri arasında balinalar (arwaq) başda olmaq üzrə delfin (mangaq), dəniz aslanı (wiinaq) ilə suitilər (aataak, isuwiq) ən qiymətli dəniz ovlarıdır. Bunları dəniz samuru (arhnaq) təqib edər.
Quşlar, ətindən və dərisi ilə digər uyğun qisimlərindən yararlanılan hayvanlardır. Bunlar arasında ördəklər (saqul'aq), qağayı (qatayaq), Puffinus (tuungat) ve Phalacrocorax (agasuuq) sayıla bilər. Quşların tükləri (culuk) bəzəmədə istifadə edilər və yumurtaları (manik) da yığılar.
Dəniz onurğasızları arasında kiton (urriitaq), dəniz darağı (mamaayaq), osminoq (amikuq) və dəniz xiyarları (uutuk) gözdə toplama ovlarıdır.
Balıqçılıq da edilər. Balıqçı qayığı (paRaguutaq) ilə tor (kugyaq), qarmaq (iqsak) və mizraq (panaq) ana balıqçılıq vəsaitləridir. Ən gözdə balıqlar qızılbalıq (iiliksak, amartuq, niklliq, qakiiyaq) növləri ilə digər balıq növləri (anciq, waa'uq, sagiq, iqalluarpak, iqalluak) gəlir. Bunlar təzə olaraq istehlak edildiyi kimi, irəlidə yemək üçün qurudulur (tamuuq) və ya duz (taryuq) və tüstü (puyuq) istifadə edərək duzlanır və ya tüstülənərək (kupcuunaq) saxlanılır.
Bitkilər baxımından kasıb olan coğrafiyada yeyilə biləcək böğürtlensi və ya üzümsü meyvələr (alagnat, cuawak, aqagwik, kenegtaq, puyurniq, muuguat) və tərəvəzlər (aatunaq) az olsa da vitamin qəbulu baxımından qiymətlidir.
Eyni zamanda şamanistik nümayişdə də istifadə edilən musiqi olaraq baraban (cauyaq) və mahnı (atuun) ilə rəqs (agnguaq) bütünlük meydana gətirir. Maskalar (giinaquq və giinaruangcut və ya maaskaat) da bunları tamamlayır, beləcə musiqi və rəqs törensel xüsusiyyət qazanar. Ruslardan aldıqları akkordeon (kaRmuniaq) yeni musiqi alətləridir.
Takı və naxışlar şamanistik xüsusiyyətlidir. Qadınların boncuktan edilən şapkası (nacaq), bilərzik (tayarnerutaq), qulaq sırğası (kulunguaq), dodaq sırğası da deyilən labret (kulut'ruaq) və tatu (kRasiruaq) tipik eskimos bədən aksesuarlarıdır.
Ənənəvi eskimos dini şamanizm, Supiklerde de görülür. də görülər. Əvvəllər dini məqsəd daşıyan şamanistik mərasimlər, günümüzdə folklorik nümayişdən irəliyə getməz. Bunda rusların Pravoslavlığı Supiklərə qəbul ettirmelerinin rolu vardır. Şaman (kalla'alek), ruh (sua) və qarabasma (tanraq, tangruaq) şamanlığın ana anlayışlarıdır.
Dil məlumatları və arxeoloji qalıqlar; Eskimos xalqlarının, günümüzdən təxminən 10.000 il əvvəl, Berinq boğazının buzlarla kaplanıp quru körpüsü olduğu zamanlarda Eskimoslar və Aleutlar olmaq üzrə iki ayrı etnik qrup halında Alyaskadan Kamçatkaya qədər olan bölgədə olduqlarını göstərməkdədir. Eskimos və Aleutların dənizdə ovlanma texnikalarının inkişaf etdirilməsindən əvvəl bölündüklerini göstərən dil məlumatları arasında ox və yay üçün ortaq sözlərin tapılması, dəniz ovçuluğu terminlərinin Eskimos və Aleutlarda fərqli olması göstərilə bilər. Eskimos və Aleutlar, dəniz avcılığını bir-birlərindən müstəqil olaraq inkişaf etdirmişlər.[8]
Kodiak adasında, indiki vaxtda 42 [9] nəfərin yaşadığı Karluk (supikcə Kal'uq) şəhərində aparılan arxeoloji qazıntılar şəhərin 5000 ildir insan məskunlaşmasına açıq olduğunu göstərməkdədir[10] Arxeoloji siteler cəhətdən həqiqətən zəngin olan Kodiakda tarix əvvəlinə (prehistorik) aid 900 qədər site tapılar.