Navahı qəsəbəsi

NavahıAzərbaycan Respublikasının Hacıqabul rayonunun Navahı qəsəbə inzibati ərazi dairəsində qəsəbə.[1][2]

Navahı
40°01′10″ şm. e. 49°08′32″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Hacıqabul rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 3.456 nəfər (2019)
Xəritəni göstər/gizlə
Navahı xəritədə
Navahı
Navahı

Əvvəl kənd olan Nəvai sonra qəsəbə olmuşdur. 1919-cu ildə Navahi kəndi tərkibi bütünlükdə müsəlmanlardan ibarət olmaqla, eyni adlı dəmir yol stansiyasınından 3 verstlik məsəfədə, çöldə yerləşir. Kənd 2000 ev təsərrüfatından ibarətdir, onu da qeyd etmək lazımdır ki, mülk evləri bir neçə şöbədən ibarət olmaq şərtilə dəmir yol xətinin hər iki tərəfinə bir-birindən dördə bir və ikidə bir verst ara məsafəsiylə səpələnmişdir. Kəndin tikililəri çiy kərpicdən hörülüb, alçaq damları isə torpaqla örtülmüşdür.[3]

Navahı qəsəbəsində xəstəxana, kinoteatr (Mirzə Baxış Nadim adına yay və qış üçün nəzərdə tutulmuş), Əlikram Cəbrayılov adına təbii ot örtüyünə malik stadion (bir zamanlar qəsəbənin GƏNCLİK klubunun sərəncamında olub) var. Hal-hazırda bu stadionda qəsəbə sakinləri üçün idman məqsədli tədbirlər, hazırlıqlar keçirilir.

Qəsəbədə həmçinin uşaq bağçası, Şəhid Mehman Ağayev adına (əvvəllər Nizami Gəncəvi adına) 4 və 2 mərtəbəli 400–500 şagird üçün nəzərde tutulmuş 2 korpuslu məktəb(direktor İbrahim Ağalar oğlu Əliyev) binası, bir neçə idarə vardır.[mənbə göstərin]

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Nəvai qəsəbəsi Hacıqabul rayonu ərazisinin şimal-şərqində Pirsaat çayının sol istiqamətində yeləşir. Hacıqabul rayonundan 20 km, Bakı şəhərindən isə cənub-şərq istiqamətində 90 km məsafədə yerləşir. Qəsəbə Atbulaq, Pirsaat, Rəncbər kəndləri ilə qonşudur. Bakı-Gəncə İpek yolunun Hacıqabul ərazisindən keçən hissəsinin 100 metrlik məsafəsindədir. Həmçinin rayon ərazisindən keçən qatar yolunun Navai stansiyasıda vardır.[mənbə göstərin]

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Nəvai qəsəbəsində əsasən yaz ayları çox mülayim, sərin, az yağışlı keçir. Yay aylarında quru, isti hava kütləsi müşayiət olunur. Bəzən tempratur +45–50 °C dərəcəyə kimi yüksəlir.

Payız ayları az yağışlı, nisbətən küləkli, şaxtalı olur. Qış ayları nisbətən sərt , az yağışlı, şaxtalı olur.

Əhalisi nisbətən orta və yaşlı nəsildən ibarətdir. Əkinçilikheyvandarlıqla məşğuldurlar.

Qəsəbədə 500–600 qədər ev vardır. Əhalisi təqribən 2500–3000 nəfərdir. Əhalinin 45–50%-ni orta təhsilli, 50–55%-ni isə ali təhsililər təşkil edir.[mənbə göstərin]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

AES-in inşası üçün Bakının təxminən 100 kilometr cənub-şərqində, çöllük, seysmik cəhətdən əlverişli zonada olan Nəvai yaşayış məntəqəsinin yaxınındakı ərazi nəzərdən keçirilir. Burada hələ sovet dövründə AES inşası planlaşdırılırdı və aydın olub ki, o vaxt bu məsələ Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə razılaşdırılıb.[4]

Əkin sahələri

[redaktə | mənbəni redaktə et]

Qəsəbənin əkin sahələri Pirsaat su anbarına toplanan suyun hesabına suvarılır.[5]

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. "Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 30 sentyabr 2010-cu il tarixli Qanunu". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-08.
  3. MDAor AzSSR,1061, f.349, op. 1 vah. Xr.№ 57, səh.19–20
  4. "Arxivlənmiş surət". 2019-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-06.
  5. SOS! Pirsaat su anbarı quruyub Arxivləşdirilib 2014-09-15 at the Wayback Machine. lent.az 13.09.2014. (az.)