Navarin burnu

Navarin burnu (çuk. Роратын, kerek. Йуйатын) — İnzibati baxımından Rusiya Federasiyasının Çukotka Muxtar Dairəsi ərazisinə daxil olan burun. Sahillərini Berinq dənizi suları yuyur. Çukot dilindən tərcümədə "Kolbasa" mənasını verir.

Navarin burnu
Yerləşməsi
62°16′31″ şm. e. 179°05′56″ ş. u.HGYO
Akvatoriya Şimal Buzlu okean
Ölkə  Rusiya
Navarin burnu xəritədə
Navarin burnu
Navarin burnu

Tarixi məlumat

[redaktə | mənbəni redaktə et]

Burun ilk dəfə 1828-ci ildə «Senyavin» şlyupunda Fyodor Petroviç Litkenin rəhbərliyi altında kəşf edilmişdir. Burun Navarin döyüşündə əldə edilən qələbənin şərəfinə adlandırılmışdır[1].

1934-cü ildə burunda Çukotkada ilk dəfə fəaliyyət göstərən radiometroloji stansiya olmuşdur. Stansiya Şimal Dəniz yolunun üzərində yerləşirdi[2]. 1990-cı illərdə stansiya tərk edilmişdir.

Fiziki-coğrafi xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Burun öz növbəsində Koryak öndağlığının davamı olan Maynopılqin silsiləsininə aiddir. 500-540 metr hündürlüyə malikdir. Burun Berinq dənizinin irərilərinə daxil olur. Navarin burnundan Anadır körfəzinin cənub sərhəddi başlayır.

navarin burnunda Bütün Rusiya ərazisində ən güçlü küləklər, fırtınalar, qasırğalar müşahidə edilir. Havanın orta illik temperatur —4,1°С[3] təşkil edir.

Flora və fauna

[redaktə | mənbəni redaktə et]

Navarin burnunda hündür ağaclar və kollara aid bitki növünə rastlamaq mümkün deyildir. Burada hələ də elmdə təsvir olunmayan yeni bir yovşan növü yetişir Artemisia pseudosenjavinensis sp. nova.Burada qeydə alınmış borulu bitkilərin növ sayı 258-dir.

Navarin burnunun sıldırımlı qayalarında Şimali Sakit okean regionunun ən böyük quş koloniyası müşahidə edilir.Buurada hər il yay mövsümündə çoxlu sayda Ağquyruq qartallar müşahidə edilir. Üstəlik bu canlılar Rusiyanın qırmızı kitabına salınmışdır.Şimal dəniz şirinin ən cənub yataqları burda qeydə alınmışdır.Boz balinaların kütləvi miqrasiya bölgələrindən biridir.[4]. Bu rayonda Koryak öndağlığının endemik canlısı olan Kamçatka marmotu yayılmışdır. Onlar Qırmızı kitaba salınmışlar[5].

Təbiətin qorunması

[redaktə | mənbəni redaktə et]

Navarin burnu onun ətraf ərazilərini gələcəkdə xüsusi qorunun təbiət abidələri siyahısına daxil etmək istəyirlər. Burada divar təsvirləri aşkar edilmişdir. Burada maralların ovlanma təsvirləri vardır. Bu təsvirlərin yaşının 2 min olması ehtimal edlir. Burada qədim Kereklərin düşərgələrinə belə rast gəlinir.

Radiasiya qəzası

[redaktə | mənbəni redaktə et]

1987-ci ildə burunda termoelektrik radionuklid generator quraşdırılmışdırBu burunda fəaliyyət göstərən avtomatik mayakın enerji ilə təminatına lazım idi. 2001-ci ildə generatorda zədə aşkar edilmişdir[6]. Nəticədə genetarorda 15 sm-lik çat əmələ gəlmişdir. Buradan isə radiaktiv yanacaq ətafa yayılmışdır[7]. Stansiyanın yerləşdiyi ərazidə radiasiyanın həcmi normanı dəfələrlə aşırdı.

2003-cü ildə Bütün generatorun üzəri beton sarkofakla örtülür. Onun ümumi çəkisi 8 ton olmuşdur. Beton əraziyə Mi-26 təyyarəsi ilə gətirilir.

6 avqust 2007-ci ildə qəsanın nəticələrinin aradan qaldırılması ilə bağlı işlərə başlayırlar. Generator hidroqrafik gəmiyə yüklənərək uzun müddətli saxlama yerinə aparılmışdır. yanacaqla kirlənmiş qrun ərazidən aparılsıqdan sonra ərazidə radiyasiya səviyyəsi 110 dəfə azalır[8].

  1. Мельников А. В. Географические названия Дальнего Востока России: Топонимический словарь Arxivləşdirilib 2013-12-04 at the Wayback Machine — Благовещенск: Интерра-Плюс (Interra+), 2009. — 55 с.
  2. "Мыс Наварин в Беринговом море". 2014-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-10.
  3. "Çukotka iqlimi". 2008-09-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-10.
  4. Беликович А. В., Галанин А. В., Афонина О. М., Макарова И. И. Растительный мир особо охраняемых территорий Чукотки. Arxivləşdirilib 2013-09-22 at the Wayback Machine Владивосток: БСИ ДВО РАН, 2006. 260 с.
  5. А.В. Беликович, А.В. Галанин. "Экспедиция на мыс Наварин". 2004. 2013-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-05.
  6. Радиоизотопные термоэлектрические генераторы. Arxivləşdirilib 2013-03-03 at the Wayback Machine НКО «Белонна», 2 апреля 2005
  7. "Ликвидирована авария на мысе Наварин Беринговского района Чукотки". chukotken.ru. 2003-09-11. 2013-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-17.
  8. "О проведении работ по ликвидации последствий радиационной аварии". Межрегиональная Экологическая Общественная Организация «Зелёный Крест». 2009-05-28. 2013-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-17.