Naxçıvan Muxtar Respublikasının Baş naziri — Azərbaycan Respublikasının tərkibindəki Naxçıvan Muxtar Respublikasının hökumət başçısı.
Naxçıvan Muxtar Respublikasının Baş naziri | |
---|---|
Vəzifədədir Ceyhun Cəlilov 25 aprel 2024-cü ildən | |
Başçılıq edir | Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti |
Vəzifənin təsis tarixi | 17 noyabr 1990 |
Vəzifədə birinci | Mirismayıl Əliyev |
Rəsmi saytı | nnk.gov.az |
Naxçıvan Muxtar Respublikasının Baş naziri muxtar respublikanın Nazirlər Kabinetinə rəhbərlik edərək onun iclaslarına sədrlik edir.[1]
Baş naziri Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təyin edir. Muxtar Respublikasının Nazirlər Kabinetinin tərkibini isə Baş nazirin təklifi ilə Naxçıvan MR Ali Məclisi təsdiq edir.[2]
Baş nazir vəzifəsinə yaşı 30-dan aşağı olmayan, ali təhsilli, seçkilərdə iştirak etmək hüququna malik və başqa dövlət qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikası vətəndaşı təyin edilir.[3]