Nazim Hüseyn oğlu İbrahimov (23 dekabr 1963, Nehrəm, Naxçıvan rayonu) — dövlət xadimi, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin (2008–2018) və Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (2002–2008) sabiq sədri.
Nazim İbrahimov | |
---|---|
19 noyabr 2008 – 23 aprel 2018 | |
Əvvəlki | komitənin adı dəyişdirilib |
Sonrakı | Fuad Muradov |
5 iyul 2002 – 19 noyabr 2008 | |
Əvvəlki | komitənin yaradılıb |
Sonrakı | komitənin adı dəyişdirilib |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 23 dekabr 1963 (60 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, diplomat |
Vikianbarda əlaqəli mediafayllar |
1963-cü ilin dekabr ayının 23-də Naxçıvan MSSR-in Babək rayonunda anadan olmuşdur[1]. 1970–1980-ci illərdə orta məktəbdə təhsil almışdır. 1980-ci ildə Azərbaycan Politexnik İnstitutuna daxil olmuş və 1985-ci ildə mühəndis-mexanik ixtisası üzrə həmin institutu bitirmişdir. 1985-ci ildə Nəvahi "AES"-nin tikintisində fəhlə kimi əmək fəaliyyətinə başlamışdır. 1985–86-cı illərdə Naxçıvan Elektronika zavodunda sahə ustası, 1986–1991-ci illərdə Naxçıvan Muxtar Vilayətində rəhbər vəzifələrdə işləmişdir.
1991–1997-ci illərdə biznes fəaliyyəti ilə məşğul olmuşdur. 1997-ci ilin mart ayından Azərbaycan Respublikasının Ukraynadakı Fövqəladə və Səlahiyyətli Səfiri, 1997-ci ilin sentyabrından eyni zamanda, Azərbaycanın Moldova və Polşadakı Fövqəladə və Səlahiyyətli Səfiri, 1999-cu ilin fevralından isə eyni zamanda Azərbaycanın Belorusiyadakı Fövqəladə və Səlahiyyətli Səfiri vəzifələrinə təyin edilmişdir.
2000-ci ildə 14 saylı seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmiş və eyni zamanda 2002-ci ilin sentyabr ayınadək Avropa Şurası Parlament Assambleyasında Azərbaycan Respublikasının nümayəndə heyətinin tərkibində fəaliyyət göstərmişdir.
2002-ci ilin iyul ayında Azərbaycan Respublikası Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edilmişdir.
2008-ci il noyabr ayının 19-da Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilmişdir.
Fövqaladə və Səlahiyyətli Səfir ranqı vardır. Beynəlxalq Kadrlar Akademiyasının müxbir üzvü, YAP üzvüdür.
Ailəlidir, iki övladı var.