Neçirvan İdris Bərzani[1] (kürd. نێچیرڤان بارزانی, Nêçîrvan Îdrîs Barzanî; 21 sentyabr 1966, Bərzan[d], İraq) — kürd siyasətçi. O, İraq Kürdüstanının ikinci prezidentidir.[2]
Neçirvan Bərzani | |
---|---|
kürd. نێچیرڤان بارزانی | |
| |
İraq Kürdüstanı Prezidenti[d] | |
20 dekabr 1999 – 14 iyun 2005 | |
İraq Kürdüstanı Prezidenti[d] | |
1 mart 2006 – 31 avqust 2009 | |
Sonrakı | Bərhəm Saleh |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 21 sentyabr 1966 (58 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Dini | islam |
Vikianbarda əlaqəli mediafayllar |
Neçirvan Bərzani 21 sentyabr 1966-cı ildə anadan olmuşdur. O, Tehran Universitetindən məzun olmuşdur. Neçirvan Bərzani 2010-cu ildə Kürdüstan Demokrat Partiyasının vitse-prezidenti təyin edilmişdir. O, bundan əvvəl 2007-ci ilin martından 2009-cu ilin avqustuna və 2012-ci ilin mart ayından 2019-cu ilin may ayına qədər Kürdüstan Regional Hökumətinin baş naziri vəzifəsində çalışmışdır.[3] Neçirvan Bərzani həm də Kürdüstan Universitetinin təsisçisidir.[4][5][6] O, hal-hazırda İraq Kürdüstanının ikinci prezidentidir.[7] Neçirvan Bərzani 2019-cu ilin iyununda Kürdüstan Parlamenti tərəfindən vəzifəyə seçilmişdir.[8] Onun hakimiyyəti Kürd milliyətçiliyi, dünyəvilik, modernizm, kənd təsərrüfatında islahatlar və qadın hüquqları ilə xarakterizə edilir.[3]
Neçirvan Bərzani Kürd milliyətçiliyinı (PKK) İraq Kürdüstanından Türkiyəyə və İrana hücum etmək üçün baza kimi istifadə etdiyinə görə qınamışdır. O, İrana müxalif qruplardan və PKK-dan dəfələrlə bunu etməməsini tələb etmişdir.[9]