İsmət Qayıbov adına stadion - Bakıda Bakıxanov qəsəbəsində Dövlət Neft Şirkətinin balansında olan stadion. Stadionun yaşıl ot örtüyü üç tərəfdən üstüörtülü tribunalarla əhatələnib. Tribunalarda 5 minədək plastik oturacaq quraşdırılıb.
İsmət Qayıbov adına stadion | |
---|---|
Yeri | Bakıxanov |
Tamaşaçı tutumu | 5.000 |
Ev sahibi komanda | Neftçi Peşəkar Futbol Klubu |
Vikianbarda əlaqəli mediafayllar |
İlk dəfə 2001-ci ildə UEFA tərəfindən lisenziya alan bu stadionda 21 yaşlılardan ibarət Azərbaycan milli komandası Almaniya və İngiltərə komandaları ilə Avropa çempionatının seçmə oyunlarını keçirib. Regional kubok turnirinin qrup mərhələsinin oyunları da bu arenada keçirilir. Stadionun meydançasında avtomatik suvarma sistemi, drenaj, olimpiya təyinatlı arenada qaçış zolaqları, habelə, idman zalları var. Burada uşaq və gənclər güləş, sambo, karate, taekvondo, ağır atletika və voleybolla məşğul olurlar.[1]
Neftçi və Qaradağ Lökbatan klubları da bir müddət ev oyunlarını bu stadionda keçiriblər.
İdman haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |