Neron Babaxanov

Neron Aslan oğlu Babaxanov (1939, Qazax[1]4 yanvar 2023[2]) — coğrafiya elmləri doktoru, professor, Azərbaycan SSR Xalq Təhsili Nazirinin müavini, Bakı Dövlət Universitetində İqtisadi məsələlər üzrə prorektor (1991–1992).[3] 1986-cı ildə Leninqrad Dövlət Universitetində (Sankt-Peterburq şəhərində) İqtisadi coğrafiya sahəsində SSRİ-də ilk dəfə "Təbii fəlakətlərin iqtisadi coğrafi cəhətdən öyrənilməsinin elmi əsasları" (Azərbaycan timsalında) mövzusunda sosial və iqtisadi coğrafiya, ətraf mühiti mühafizə və təbii sərvətlərdən səmərəli istifadə ixtisasları üzrə doktorluq dissertasiyası müdafiə edib. Dissertasiya işi SSRİ Ali Attestasiya Komissiyasının qərarı ilə 1986-cı ilin görkəmli işi kimi qeydiyyata alınmışdır.

Neron Babaxanov
Neron Aslan oğlu Babaxanov
Doğum tarixi
Doğum yeri Yenigün, Qazax rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elm sahəsi coğrafiya
Elmi dərəcəsi elmlər doktoru
Elmi adı professor
Təhsili Azərbaycan Dövlət Universitetinin Coğrafiya fakültəsi
Mükafatları "Şöhrət" ordeni

Neron Babaxanov 1939-cu ildə Azərbaycan Respublikasının Qazax rayonu Yenigün kəndində anadan olub. 1956-cı ildə Yenigün kənd orta məktəbini bitirib. 1957–1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin (hal-hazırda Bakı Dövlət Universiteti) Coğrafiya fakültəsində təhsil almışdır.

1964-cü ildə Azərbaycan Dövlət Universitetinin SSRİ-nin iqtisadi coğrafiyası kafedrasının aspiranturasına (əyani), daha sonra Moskva Dövlət Universitetinin aspiranturasına (əyani, məqsədli) daxil olub . 1970-ci ildə Sovet coğrafiyaçısı N.Y.Kovalskayanın rəhbərliyi ilə "Mil-Muğan düzlərinin mənimsənilməsinin coğrafi problemləri" mövzusu üzrə namizədlik dissertasiyası müdafiə edərək elmlər namizədi elmi dərəcəsi almışdır. 1973-cü ildən dosentdir.

1983–1986-cı illərdə Moskva Dövlət Universitetinin əyani doktoru olub. 1986-cı ildə Leninqrad Dövlət Universitetində (Sankt-Peterburq şəhərində) İqtisadi coğrafiya sahəsində SSRİ-də ilk dəfə "Təbii fəlakətlərin iqtisadi coğrafi cəhətdən öyrənilməsinin elmi əsasları" (Azərbaycan timsalında) mövzusunda sosial və iqtisadi coğrafiya, ətraf mühiti mühafizə və təbii sərvətlərdən səmərəli istifadə ixtisasları üzrə doktorluq dissertasiyası müdafiə edib. Dissertasiya işi SSRİ Ali Attestasiya Komissiyasının qərarı ilə həmin ilin görkəmli işi kimi qeydiyyata alınmışdır. 1987-ci ildən elmlər doktoru, 1990-cı ildən professordur.[3]

2023-cü ilin yanvar ayında vəfat etmişdir.[4]

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
  • Neron Babaxanov Azərbaycan Xalq təsərrüfatı və Leninqrad Maliyyə İqtisad İnstitutunun Bakı filialında müəllim, baş müəllim, dosent, professor vəzifələrində çalışıb (1966–1989).
  • 1989-cu ildə müsabiqə yolu ilə Azərbaycan Dövlət Universitetinin "SSRİ-nin iqtisadi coğrafiyası" kafedrasının müdiri seçilmişdir.
  • 1989–1991-ci illərdə Azərbaycan SSRİ Xalq Təhsili Nazirinin müavini vəzifəsində çalışıb.
  • 1991–1992-ci illərdə Bakı Dövlət Universitetində İqtisadi məsələlər üzrə prorektor.
  • 1992-ci ildən Bakı Dövlət Universitetinin İqtisadi və sosial coğrafiya kafedrasının professorudur.[3]

Tədqiqat sahəsi

[redaktə | mənbəni redaktə et]
  • Təbii fəlakətlərin Azərbaycanda öyrənilməsinin iqtisadi və sosial əsasları[3]

Beynəlxalq seminar, simpozium və konfraslarda iştirakı

[redaktə | mənbəni redaktə et]
  • 2005-ci ildə, "Azərbaycan Respublikası Regionlarının sosial-iqtisadi inkişafının aktual problemləri" mövzusunda elmi-praktik konfransda "Regionların sosial-iqtisadi inkişafında təbii fəlakətlərdən sığortalanmanın rolu".
  • 2005-ci ildə, Coğrafiya fakültəsinin 60 illiyinə həsr olunmuş elmi konfransda "Təbii fəlakətlərə qarşı mübarizə dövlət səviyyəsində həll edilməlidir".
  • 2007-ci ildə, akad. Həsən Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Ekologiya təbiət və cəmiyyət problemləri" və "Üzümçülüyün şöhrəti yenidən bərpa edilməlidir".
  • 2007-ci ildə, professor Müseyib Müseyibovun anadan olmasının 80 illiyinə həsr olunmuş elmi konfransın materialları. "Təbii fəlakətlərə qarşı mübarizə işinin təşkili".
  • 2008-ci ildə, Ümummili liderimiz H.Ə.Əliyevin anadan olmasının 85 illik yubileyinə həsr olunan Beynəlxalq konfransın materialları. "Azərbaycanda təbii fəlakətlərin zərərsizləşdirilməsi üçün sığorta işi yenidən qurulmalıdır".[3]

Seçilmiş əsərləri və kitabları

[redaktə | mənbəni redaktə et]

Seçilmiş əsərləri

[redaktə | mənbəni redaktə et]
  • Daşqınlara qarşı əsaslı tədbirlər görülməlidir. "Fövqalədə hallar" jurnalı, ¹1. Bakı, 2003
  • Azərbaycan regionlarının inkişafının sosial-iqtisadi və ekocoğrafi problemləri. Azərbaycan coğrafiya cəmiyyətinin əsərləri 9 cild. Обобшенный анализ социально-экономической и экологической стиуации в прибрежной зоны Каспийского моря. Bakı 2004
  • Abşeronda yaşayış mətəqələrinin ərazi təşkilində təbii fəlakətlərin nəzərə alınması. Bakı, 2004, Bakı Universitetinin xəbərləri. Təbiət elmləri seriyası,¹3
  • Azərbaycan respublikasının təbii ehtiyat potensialının təsərrüfat baxımdan qiymətləndirilməsi və ətraf mühitin mühafizəsi. Bakı, 2007, Bakı Universitetinin xəbərləri. Təbiət elmləri seriyası.¹3.
  • "Azərbaycan Respublikası ərazisində baş verən təbii fəlakətlərdən əhalinin təxliyə olunma problemləri" BDU-nun Coğrafiya fakultəsinin "Coğrafiya: nəzəriyyə, praktika və innovasiya" mövzusunda Elmi –praktiki konfransın materialları. 2015-ci il 10 dekabr
  • Babaxanov N.A., Əliyeva İ., "Bakı Dövlət Universitetində təbii fəlakətlər kursunun tədrisinə dair" Fövqaladə Hallar Nazirliyinin yaradılmasının 10 illiyinə həsr olunmuş "Fövqaladə hallar və təhlükəsiz həyat" mövzusunda beynalxalq elmi praktiki konfransın materialları. 2015-ci il.[3]
  • Təbii fəlakətlərin iqtisadi və sosial-coğrafi öyrənilməsi. 2004, Bakı, dərs vəsaiti.
  • Təbii fəlakətləri ram etmək olarmı. 2006-cı il, monoqrafiya.
  • Azərbaycanın iqtisadi və sosial coğrafiyası, 2010, Dərslik, həmmüəllif
  • Azərbaycan Respublikasının iqtisadi-sosial və siyasi coğrafiyası, 2010, monoqrafiya, həmmüəllif
  • Стихийные бедствия: их проявления в Азербайджане, наносимые ущербы меры зашиты от них, 2013, monoqrafiya
  • Təbii fəlakətlərin coğrafiyası, nəzəri-metodoloji əsasları, 2016, monoqrafiya[3]

Ailəlidir, üç övladı var.[3]

  1. BDU-nun professoru Neron Babaxanov vəfat edib.
  2. https://oxu.az/society/680706.
  3. 1 2 3 4 5 6 7 8 . [1] Arxivləşdirilib 2022-07-05 at the Wayback Machine Bakı Dövlət Universiteti Coğrafiya fakültəsi  (az.)
  4. "Azərbaycanda professor vəfat edib". 2023-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-04.