Türkiyə–Niderland münasibətləri — Niderland və Türkiyə Respublikası arasındakı mövcud ikitərəfli münasibətlər. Ölkələr Avropa Şurası, NATO, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), Ümumdünya Ticarət Təşkilatı (ÜTT) və Aralıq dənizi İttifaqının üzvləridir. Hollandiya Avropa İttifaqının üzvüdür və Türkiyə bu quruma üzv olmaq üçün namizəddir.
Türkiyə–Niderland münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Vikianbarda əlaqəli mediafayllar |
1569-cu ildə Osmanlı İmperatorluğunun təslim edilməsi şərtləri altında Osmanlılarla ticarət aparmış və 1611-ci ildə Kornelius Haqqı İstanbuldakı konsul vəzifəsinə göndərmişlər. Baş ştatlar Levant tacirləri ilə məsləhətləşmədən sonra bir konsul təyin edir. Konsullar üçün ödənişin yetərli olmaması konsul-ticarət əlaqəsinin potensial müvəffəqiyyətinə xələl gətirirdi. Tacirlər Venesiya üsulu əmək haqqının verilməsini xahiş etdirdilər, lakin Baş Ştatlar onların iradəsinə zidd olaraq başqa gəlir mənbələri tapmağa çalışdılar. Hollandiyadakı daxili qeyri-sabitliyə baxmayaraq, bu ölkə Osmanlı ilə yaxşı əlaqələr qururdu. 1804-cü ildə Sultan III Səlim (1789-1807) Amsterdamda ilk daimi nümayəndəsini təyin edir.
2013-cü ilin mart ayında Hollandiyaya dövlət səfəri zamanı Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan türk əsilli Yunus adlı uşağın lezbiyan valideynlərə verilməsini tənqid edir. Hollandiyanın Baş nazirinin müavini Lodeveyk Aşer Türkiyənin müdaxiləsini "tamamilə yersiz" adlandır. Rəcəb Tayyib Ərdoğan Türkiyənin Ailə Məsələləri üzrə Nazirliyi və Hollandiyanın Təhlükəsizlik və Ədalət Nazirliyinin türk əsilli uşaqlara baxılması üçün danışıqlar aparmasını təklif edir, lakin Baş nazir Mark Rutte bu təklifi rədd edir. Mark Rutte bir uşağın himayəçi ailəyə yerləşdirilməsinin hər zaman uşağın mənşəyi ilə qoruyucu ailənin mənşəyi müqayisə olunaraq baş verdiyini bildirir[1]. O, "uşağın ən yaxşı maraqları hər şeydən üstündür, dinə və cinsi oriyentasiyaya görə heç bir üstünlük verilmir" ifadəsini işlədir. Rəcəb Tayyib Ərdoğan Yunusun bioloji valideynlərinə qovuşması üçün Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək niyyətində olduğunu bəyan edir[2]. 2017-ci ilin mart ayında Türkiyədə konstitusiya referendumu keçirilməzdən əvvəl, ölkə konstitusiyasına təklif olunan dəyişikliklərin təşviqi məqsədi ilə türk nazirlərin Hollandiyada iştirakı ilə tədbirlər planlaşdırılır. Hollandiya hökuməti, Mark Ruttenin rəhbərliyi altında Türkiyə nazirlərin mitinqlərdə iştirak etmək üçün Hollandiyaya girməsini qadağan edərək, bunları söyləyir: "Biz Hollandiyanın ictimai sahələrinin digər ölkələrdə siyasi kampaniyalar üçün yer olmadığı qənaətindəyik."[3]. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu qərarı sərt şəkildə qınayır və Hollandiyanın siyasətini "Nazizmin qalığı" adlandırır[4]. 13 mart 2017-ci ildə Türkiyə Baş nazirinin müavini Numan Kurtulmuş, ölkələr arasındakı yüksək səviyyəli diplomatik əlaqələrin dayandırıldığını elan edir və Niderlandın səfirinin Ankaraya dönməsini qadağa qoyur[5].
2019-cu ildə Hollandiya Türkiyənin Suriyanın şimal-şərqində Sülh Bulağı əməliyyatı keçirməsini tənqid edir. 10 oktyabr 2019-cu ildə Hollandiyalı deputatların böyük əksəriyyəti Türkiyəyə qarşı sanksiyaların tətbiq edilməsini dəstəkləyir[6][7].
Niderlanddan Türkiyəyə kral ailəsi üzvlərinin ziyarətləri[8][9]:
Türkiyədən Niderlanda dövlət səfərləri[10][11]:
2008-ci ildə Hollandiya Türkiyəyə təxminən 4 milyard avro dəyərində məhsul ixrac ermişdir. 2000-dən sonra bu rəqəmin iki qat artması deməkdir. Elə həmin il Türkiyə Hollandiyaya 1.6 milyard avro dəyərində mal ixrac edir ki, bunun da 32%- geyimdir. Türkiyə hollandiyalı turistlər üçün məşhur bir istirahət yeridir: 2009-cu ildə Hollandiyadan 1,1 milyondan çox turist bu ölkəni ziyarət edir. Türkiyə Xarici İşlər Naziri Əhməd Davudoğlu 2011-ci ilin fevral ayına qədər 1894 Hollandiya şirkətinin Türkiyə iqtisadiyyatına investisiya yatırdığını söyləyir[12].