Nikolas Çarlz Sparks (ingiliscə Nicholas Charles Sparks 31 dekabr 1965 Omaha, Nebraska, ABŞ) tanınmış məşhur amerikalı yazıçıdır. Romanlarını sevgi və tale mövzularında yazır. Onun çapdan çıxmış 20 romanı vardır. Sparksın kitabları 50-dən çox dilə tərcümə edilmişdir. Təkcə ABŞ-də 75 milyondan çox, dünya üzrə isə 105 milyondan çox satılmışdır..
Nikolas Sparks | |
---|---|
Nikolas Çarlz Sparks | |
Doğum tarixi | |
Doğum yeri | Omaha, Nebraska, ABŞ |
Uşaqları | Mayls, Rayn, Landon, Leksi və Savanna |
Milliyyəti | Amerikalı |
Təhsili | Notr-Dam Universiteti |
Fəaliyyəti | Yazıçı, ssenarist, prodüser |
Fəaliyyət illəri | 1996-cı ildən |
nicholassparks.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Nikolas Çarlz Sparks Nebraska ştatının Omaha şəhərində professor Patrik Maykl Sparks (1942–1996) və evdar qadın Cil Emma Mariya Sparksın (1942–1989) ailəsində 31 dekabr 1965-ci ildə dünyaya gəlmişdir. Nikolasın ingilis, irland, alman və çex kökləri vardır. 1985-ci ildə məktəb vaxtı Sparks öz birinci "The Passing" adlı əsərini və 1989-cu ildə "The Royal Murders" əsərini yazmışdır (Hansı ki, bu əsərlər heç vaxt çap olunmamışdır.). O, Notr-Dam universitetində idman təqaüdü ilə təhsil almışdır. 1985-ci ildə birinci kursda oxuyarkən onun iştirak etdiyi komanda qaçış üzrə kollec rekordu nəticəsini göstərmişdir. Kolleci bitirdikdən sonra Sparks hüquqşünas olmaq istəyirdi və həmin vaxt ofisiant və telefon satıcısı kimi işləyirdi. 1990-cı ildə 1965-ci ilin qaçış üzrə olimpiya çempionu Billi Millzla birgə psixologiya janrı üzrə ''Wokini: A Lakota Journey to Happiness and Self-Understanding'' kitabını yazmışdır. Birinci il 50.000 nüsxə satılmışdır.[1] 1992-ci ildə Sparks bir dərman firmasında işə başladı və Cənubi Karolinanın Grinvil şəhərinə köçdü. Boş vaxtlarında o, "The Notebook" romanını yazmağa başladı. İki il sonra roman ədəbi agent Teresa Park tərəfindən kəşf edildi və o, romanın nəşri üçün 1 milyonluq müqavilənin imzalanmasına nail oldu. "The Notebook" 1996-cı ilin oktyabr ayında nəşr olundu və ilk satış həftəsində "Nyu-York Tayms"-ın ən çox satılan kitablar siyahısına başçılıq etdi. Nəticədə, Sparks çoxlu sayda oxunan kitablar yazdı. 2000-ci ildə "People Magazine" Sparksı ilin ən cazibədar müəllifi kimi qeyd etdi. Onun bu günə qədər 20 romanı və qardaşı ilə yazdığı 1 avtobioqrafik əsəri işıq üzü görmüşdür.
Romanları
Filmi çəkilən romanları
TV
Həyat yoldaşı Keyti ilə Sparks 1988-ci ilin yay tətilində tanış olmuşdu. 1989-cu ildə isə onlar ailə həyatı qurublar. Nikolas və Keyti 2014-cü ilə qədər Şimali Karolinanın Nyu-Bern şəhərində oğulları Mayls, Rayn, Landon ve əkiz qızları Leksi ve Savanna ilə birlikdə yaşadılar. 6 yanvar 2015-ci ildə Sparks Keyti ile dostluq çərçivəsində ayrıldıqlarını bildirdi.