Nimfey (yun. Νύμφαιον, lat. Nymphaeum) — Krım yarımadasında, Kerç boğazının sahilində qədim yunan şəhəri.
Nimfey | |
---|---|
yun. Νύμφαιον | |
45°14′11″ şm. e. 36°25′03″ ş. u. | |
Yer | Qeroyevskoye, Ukrayna |
Region | Krım yarımadası |
Ərazi | 75 ha (190 acre) |
Tarix | |
İnşaatçı | Samos müstəmləkəçiləri |
Əsası qoyulub | e.ə. 580–560 |
Tərk edilib | b.e. III əsr |
Era | Antik |
Yer qeydləri | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Əsası e.ə. VI əsrdə skif məskəninin yerində qoyulmuşdur. Əsasən əkinçilik, sənətkarlıq (xüsusilə də dulusçuluq) inkişaf etmişdir. E.ə. IV əsrin birinci yarısında Bospor dövlətinin tərkibində olmuşdur. B.e. III əsrinin ortalarında qotlar tərəfindən dağıdılmışdır.[1]
1939-cu ildən aparılan arxeoloji qazıntılar nəticəsində müdafiə divarı, daş döşənmiş həyətli evlər, küçələr, su çənləri, çaxır hazırlanan yerlər, Afrodita və Demetra məbədləri və s. aşkar edilmişdir.[1]