Niyaz Niftiyev

Niftiyev Niyaz Məmmədəli oğlu (25 iyul 1975, Təzəkənd, Cəlilabad rayonu) — tarixçi, jurnalist. Binəqədi qəsəbə bələdiyyəsinin sabiq sədri.

Niyaz Niftiyev
17 yanvar 2020[1] – 7 aprel 2020
ƏvvəlkiAytac Əliyeva
SonrakıRəşad İsayev
Şəxsi məlumatlar
Doğum tarixi 25 iyul 1975(1975-07-25) (49 yaş)
Doğum yeri
Partiya
Fəaliyyəti alim
Elmi fəaliyyəti
Elm sahəsi tarix

Təltifləri "Tərəqqi" medalı
  • 1982–1992-ci illərdə orta məktəbi, 1992–1997-ci illərdə Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin Tarix fakültəsini (əyani) bitirib.
  • 1997-ci ildən mediada Azərbaycanda milli-dini-mədəni müxtəlifliklə bağlı bir çox elmi və publisistik məqalələrlə çıxış edib.
  • 1998-ci ildən 2019-cu ilin dekabr ayınadək "Azadinform" İnformasiya Agentliyində çalışıb.
  • 2000–2003-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun Aspirantura şöbəsində təhsil alıb, eyni zamanda Etnososioloji tədqiqatlar şöbəsində "Kiçik elmi işçi" vəzifəsində çalışıb.
  • 2003-cü il 11 dekabr BMT-nin Azərbaycan nümayəndəliyi və Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə birgə təşkil olunan "İnsan hüquqlarının müdafiəsi" mövzusunda Respublika Yazı Müsabiqəsinin iştirakçısı kimi "Milli azlıqların hüquqları" nominasiyası üzrə I mükafatla təltif olunub.
  • 2004-cü ildə 26 fevral dünyada bu sahədə ixtisaslaşmış Böyük Britaniyanın Mediada Müxtəliflik İnstitutu tərəfindən Xüsusi Sertifikatla təltif olunub.
  • 2006-cı ildə "Kamillik" Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyini təsis edib.[2]
  • 2005–2010-cu illərdə Bakı İslam Universitetində təhsil alıb. Dinlə bağlı bir neçə kitab — dərsliyin redaktoru olub.
  • 2010-cu ildə 21 iyul Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan milli mətbuatının inkişafındakı xidmətlərinə görə" "Tərəqqi" medalı ilə təltif olunub.
  • 2015-ci ildə "Azərbaycanda multikulturalizm və birgəyaşayış" adlı geniş oxucu auditoriyası üçün nəzərdə tutulan ilk kitabı (407 səhifə) nəşr olunub.
  • 2015-ci ildə 16 sentybr Mədəniyyət və Turizm Nazirliyinin alim və tədqiqatçılar arasında — "Mədəniyyətlərarası dialoq: siyasi dəyər və sülhün təminatçısı" mövzusunda keçirdiyi müsabiqənin qalibi olub.
  • 2016-cı ildə 27 iyul Azərbaycan mediasında multikulturalizm ənənələrinin təbliğindəki fəaliyyətinə görə "Mirzə Cəlil" Ali Media Mükafatı ilə təltif olunub.
  • Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Məşvərət Şurası və Bakı Slavyan Universiteti Multikulturalizm kafedrası nəzdində Nəzəri-Praktiki Şuranın üzvüdür.
  • 2017-ci ildə (iyul) "Mətbuatda multikulturalizm" kitabı (Bakı, 2017, 248 səh) çap olunub.
  • "Azərbaycan milli mətbuatının inkişafındakı xidmətlərinə görə" "Tərəqqi" medalı ilə təltif olunub.
  • "İnsan hüquqlarının müdafiəsi" mövzusunda Respublika Yazı Müsabiqəsinin iştirakçısı kimi "Milli azlıqların hüquqları" nominasiyası üzrə I mükafatla təltif olunub.
  • Azərbaycan mediasında multikulturalizm ənənələrinin təbliğindəki fəaliyyətinə görə "Mirzə Cəlil" Ali Media Mükafatı ilə təltif olunub.
  1. "Arxivlənmiş surət". 2021-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-24.
  2. "Kamillik" Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin 

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]