Təzəkənd — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Təzəkənd kənd inzibati ərazi dairəsində kənd.[1]
Təzəkənd | |
---|---|
39°19′16″ şm. e. 48°28′20″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Cəlilabad rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Təzəkənd kəndi Üçtəpə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Təzəkənd kənd inzibati ərazi dairəsi yaradılmışdır.[2]
Salyan düzündədir. Bəzi rəsmi sənədlərdə Oğrukənd kimi qeydə alınsa da, əslində yaşayış məntəqəsinin adı Oqurkənd (Uğurkənd adının təhrif olunmuş variantı) olmuşdur. Monqolların XIII əsrdə Yaxın Şərq və Cənubi Qafqaza yürüşlərində türkdilli uyğurlar da yaxından iştirak etmişlər. Sonralar onların əksəriyyəti İranda və Azərbaycanda məskunlaşdılar. Oykonim həmin tayfanın adını özündə əks etdirirdi. Keçən əsrdə rayonun ərazisində Təzəkənd adlanan iki yaşayış məntəqəsi olmuşdur.[4]
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2630 nəfər əhali yaşayır.[5]
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
31 iyul 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti Cəlilabad rayonunun Alar–Təzəkənd–Üçtəpə–Əliqasımlı–Cəfərxanlı avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə Sərəncam imzalamışdır. Həmin Sərəncama əsasən, Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 7 milyon manatı Cəlilabad Rayon İcra Hakimiyyətinə ayrılmışdır.[6]