Nizaməddin Baba oğlu Həmidov (15 aprel 1952, Qubadlı) — Azərbaycan dövlət xadimi, elmi işçisi, polisi,xüsusi xidmət orqanı müşaviri, general. O, əsas olaraq Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətində tutduğu ciddi rəhbər vəzifələrə görə tanınır.
Nizaməddin Həmidov | |
---|---|
Dövlət Təhlükəsizliyi Xidmətinin baş Müşaviri | |
2016 – 2020 | |
Milli Təhlükəsizlik Nazirliyinin Baş İdarə rəisi | |
2005 – 2015 | |
Daxili İşlər Nazirliyinin Profilaktika Baş İdarəsi | |
1990 – 1995 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 aprel 1952 (72 yaş) |
Doğum yeri | |
Rütbəsi | general |
|
|
Təltifləri |
Şablon:1-ci dərəcəli dövlət və xüsusi xidmət orqanı müşaviri Şablon:"Vətənə xidmətə görə ordeni kavaleri Şablon:"Hərbi xidmətdə fərqlənməyə görə" 1-cü dərəcəli medalı |
Nizaməddin Baba oğlu Həmidov 15 aprel 1952-ci ildə Qubadlı rayonunun Mirlər kəndində anadan olmuşdur. O, 1958-ci ildə Qubadlı rayon Dondarlı kənd orta məktəbinə daxil olmuş, oradakı təhsili başa vurduqdan sonra, 1969-cu ildə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun mühasibat uçotu fakültəsinin qiyabi şöbəsinə qəbul olmuşdur. Həmidov 1974-cü ildə ali məktəbi iqtisadçı-mühasib ixtisası üzrə bitirmişdir. Nizaməddin Həmidov 1987–1993-cü illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində qiyabi təhsil alaraq hüquqşünas ixtisasına yiyələnmişdir.[1]
Təhsil almaqla yanaşı, Həmidov 1970–1974-cü illərdə Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı İnstitutunda laborant vəzifəsində çalışmışdır. O, 1974-cü ilin noyabrından 1975-ci ilin noyabr ayınadək Sovet Ordusunda həqiqi hərbi xidmətdə olmuşdur. Həmidov hərbi xidməti başa vurduqdan sonra Azərbaycan Elmi-tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyat İnstitunda əmək fəaliyyətini davam etdirərək laborant və kiçik elmi işçi vəzifələrində işləmişdir.[1]
1977-ci ildə Azərbaycan SSR daxili işlər orqanlarında xidmətə qəbul olunan Həmidov Qaradağ və Kirov (indiki Binəqədi) rayon daxili işlər şöbələrində baş inspektor və komendantura rəisinin müavini vəzifəsində çalışmışdır. O, 1990–1992-ci illərdə müstəqil Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin (DİN) Profilaktika İdarəsində baş inspektor və bölmə rəisi olmuşdur. Həmidov 1992-ci ildən DİN Cinayət Axtarış İdarəsində əməliyyat müvəkkili, həmin ilin iyun ayından Sabunçu Rayon Polis İdarəsində baş əməliyyat müvəkkili və iqtisdi sahədə cinayətkarlığa qarşı mübarizə bölməsinin rəisi vəzifələrində xidmət etmişdir.[2]
Həmidov 1999–2004-cü illərdə Bakı şəhər Baş Polis İdarəsində inspektor, baş inspektor, xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili və maliyyə-kredit sistemində cinayətkarlıqla mübarizə şöbəsinin rəisi vəzifələrində çalışmışdır. O, 2004-cü ildə Milli Təhlükəsizlik Nazirliyində (MTN) idarə rəisinin müavini vəzifəsinə təyin olunmuş, 2005-ci ildə idarə rəisi vəzifəsinə yüksəlmişdir.[1] Həmidov 2007-ci ildə MTN-nin Baş İdarə rəisi vəzifəsində xidmətini davam etdirməyə başlamışdır.[3][4] Həmidov sonradan 2018-ci ildə Dövlət Təhlükəsizlik Xidmətinin baş Müşaviri təyin olunmuşdur. O, 2020-ci ildə təqaüdə çıxmışdır.
Həmidov xidmət dövründə 1978-ci ildə milis leytenantı, 1981-ci ildə milis baş leytenantı, 1984-cü ildə milis kapitanı, 1990-cı ildə milis mayoru, 1995-ci ildə polis polkovnik-leytenantı, 2004-cü ildə polkovnik, 2012-ci ildə isə general-mayor ali hərbi rütbəsi ilə təltif olunmuşdur.