"Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 5 illiyi (2005–2010)" yubiley medalı

"Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 5 illiyi (2005–2010)" medalıAzərbaycan Respublikasının medalı[2]

"Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 5 illiyi (2005–2010)" yubiley medalı

Ölkə
Tip medal
Status təqdim olunmur
Statistika
Təsis tarixi 22 oktyabr 2010
Ardıcıllıq
Yüksək mükafat "Vergi orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı[1]
Aşağı mükafat "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005–2015)" yubiley medalı[1]

"Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 5 illiyi (2005–2010)" yubiley medalının təsviri

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasının 2010-cu il 22 oktyabr tarixli Qanunu ilə təsdiq edilmişdir.

"Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 5 illiyi (2005–2010)" Azərbaycan Respublikasının yubiley medalı milli ornamentli ensiz lövhə ilə birgə bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, dairəvi formalı, diametri 35 mm olan lövhədən ibarətdir.

Medalın ön tərəfi hamar səthlidir. Mərkəzin yuxarı hissəsində yaşıl minalı relyefli şüaların fonunda, dəfnə yarpaqlarından hörülmüş çələngin üzərində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin emblemindən ibarət kompozisiya təsvir edilmişdir.

Bu kompozisiyadan yuxarıda qövs boyunca "AZƏRBAYCAN RESPUBLİKASI", aşağı hissəsində isə "FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ" sözləri yazılmışdır. "FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ" sözləri ilə emblemin arasında Azərbaycan Respublikasının dövlət bayrağının rənglərini əks etdirən üçrəngli dekorativ lentin üzərində "5 İL" sözü yazılmış və dəfnə budağının təsviri verilmişdir. Lentin sol yuxarı hissəsində üst-üstə "2005" və "2010" rəqəmləri yazılmişdır.

Emblem, yarpaqlar, sözlər, rəqəmlər, şüalar relyefli və qızılı rəngdədir. "5 İL" sözü ağ, dekorativ lent göy, qırmızı və yaşıl mina ilə örtülmüşdür.

Medalın arxa tərəfi hamar səthlidir. Mərkəzdə "AZƏRBAYCAN RESPUBLİKASI FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN 5 İLLİYİ" sözləri və "2005–2010" rəqəmləri milli ornamentlə tamamlanır. Sözlər, rəqəmlər və ornament relyefli və qızılı rəngdədir.

Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, 27 mm x 43 mm ölçüdə düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir. Xara lentdə, kənarlarından mərkəzə doğru ardıcıl olaraq ölçüsü 2 mm enində göy, 10 mm enində qırmızı və mərkəzdə 3 mm enində ağ rəngli şaquli zolaqlar təsvir edilmişdir.

Paltara bərkidilmək üçün medalın elementi olan xara lentdən üz çəkilmiş 27 mm x 9 mm ölçülü qəlib əlavə edilir.