Noğay marşı

Noğay marşı və ya Çingiz xan marşıGöytürk xaqanlığının döyüş marşı olaraq istifadə etdikləri düşünülən və Noğay ləhcəsində oxunmuş Orta Asiya mövzulu marş. Marş 1992-ci ildə Sankt-Peterburqda Qazaxıstan Respublikasının orkestra sənətçisi Aslanbek Sultanbekov tərəfindən bəstələnmiş və səsləndirilmişdir. Marş bir çox türk xalqının milli musiqi aləti olan dombra üzərinə bəstələnmiş və səsləndirilmişdir.

"Noğay marşı"
Ən məşhur ifa Aslanbek Sultanbekov tərəfindən ifa olunmuş mahnı
Dil Noğay dili
Bəstəkar Aslanbek Sultanbekov
Sözlərin müəllifi Xalq mahnısı

Marş dünyadakı türkçülər tərəfindən xüsusilə sevilən marşlar siyahısındadır. Bu marş "Noğay marşı" və ya "Çingiz xan marşı" kimi adlarla yanaşı, bəzən marşın ifa edildiyi qədim türk musiqi aləti olan dombranın adı ilə "Dombra marşı" da adlandırılır.

Marşın hissələrindən bəstəkardan icazə alınması ilə 2014-cü il Türkiyə seçkilərində AK partiya tərəfindən seçkilərdə istifadə edilərək Uğur Işılakın səsləndirdiyi "Rəcəb Tayyib Ərdoğan-Dombra" adı ilə yenidən qeydə alınmış, marşın seçki mahnısı olaraq istifadə olunmasına MHP üzvü millətvəkili Sinan Oğan etiraz etmişdir.[1] MHP üzvlərinin bildirdiklərinə görə, bu türk millətçiliyinə dırnaqarası yanaşan Ədalət və İnkişaf Partiyasının seçkilərdən öncəki dövrdə seçicilərin millətçilik hissini istismar etmə cəhdidir. Lakin etirazlar nəticəsiz qaldı və mahnıdan seçkilərdə istifadə edildi.[2]

Noğay marşı 2015-ci ildə Rəcəb Tayyib Ərdoğanın prezidentliyi dövründə Azərbaycan prezidenti İlham Əliyevin Türkiyə səfəri zamanı prezident qəbulundakı rəsmi mərasimdə ilk dəfə Türkiyə Respublikası Dövlət Orkestrası tərəfindən ifa edilmişdir. Eyni il Mehmed Akif Ərsoy Universiteti tərəfindən Aslanbek Sultanbekova Türk dili və mədəniyyətinə qatdığı qatqılardan dolayı fəxri doktor ünvanı verilmişdir.[3]

Noğay marşını dünyaya yenidən tanıdan və bu qədər məşhurlaşmasında böyük rolu olan Aslanbek Sultanbekov Noyay türkü xalq musiqiçisi, Qaraçay-Çərkəz Respublikasının milli sənətçisi. Qazaxıstan Respublikası Milli Orkestrasının sənətçisidir. O, Şimali Qafqazda yaşayan noğay ailəsində anadan olsa da, 2004-cü ildən Qazaxıstanda yaşayır və orada fəaliyyət göstərir.

Noğay ləhcəsində

Kara kıs awılıma kelgende,
Kültildegen kar yerge tüskende,
Dombıramdı alarman,
Yürek sazın şalarman,
Kaygırgandı eş aytpam.
Dombıra sazın esitken ataylar,
Mänesine es bergen anaylar.
Esitkenine oy berip,
Yüreklerge ses berip,
Köz yastı kızganmaslar.
Nogaydıñ kaygı sansız küninde,
Bätirler yuklamagan küninde
Yüreklerin kötergen,
Sogıslarda küş bergen
Köpti körgen Dombıra

Azərbaycan dilində

Qara qış kəndimə gələndə
Lopa-lopa qar yerə düşəndə
Dombramı alıram
Ürək sazımı çalaram
Qayğılarımı heç söyləməm.
Dombra sazımı eşidən atalar
Mənasına qulaq asan analar
Eşitdiyinə ağıl yoraraq,
Ürəkləri titrəyərək
Göz yaşlarını əsirgəməzlərr.
Noğayların dərdi sayısız, hər günündə
İgidlərin yatmadığı günlərdə
Ürəklərini cəsarətləndirən
Savaşlarda güç verən
Görüb keçirmiş dombra
  1. Zeynep Gürcanlı, Aysel Alp. "'Dombra' AK Parti ve MHP'yi birbirine düşürdü". www.hurriyet.com.tr. 2022-07-25 tarixində arxivləşdirilib.
  2. "Cumhurbaşkanı Erdoğan, İlham Aliyev'i Dombra ve Diriliş Ertuğrul Müzikleriyle Karşıladı". Show TV. 2016-06-04 tarixində arxivləşdirilib.
  3. "Arslanbek Sultanbekov'a fahri doktora". www.trthaber.com. 2020-10-30 tarixində arxivləşdirilib.