Noa Baumbax (ing. Noah Baumbach; 3 sentyabr 1969[1], Bruklin, Nyu-York ştatı) — amerikalı rejissor və ssenarist. Nyu-York şəhərində lentə aldığı komediya filmləri ilə məşhurlaşıb. O, rejissor Ves Anderson ilə birlikdə çalışmış və "Stiv Zissu ilə su həyatı" və "Misilsiz cənab Foks" filmlərinin ssenarisini yazmışdır. Onun 2019-cu ildə çəkdiyi "Evlilik hekayəsi" filmi "Oskar" mükafatına namizəd göstərilib.[3]
Noa Baumbax | |
---|---|
ing. Noah Baumbach | |
| |
Doğum tarixi | 3 sentyabr 1969[1] (55 yaş) |
Doğum yeri | |
Həyat yoldaşı |
|
Uşağı | 3 |
Partnyoru |
|
Atası | Conatan Baumbax[d] |
Fəaliyyəti | ssenarist, kinorejissor, film prodüseri, film ssenaristi[d] |
Fəaliyyət illəri | 1995-ci ildən |
Təhsili | |
IMDb | ID0000876 |
Vikianbarda əlaqəli mediafayllar |
Baumbax özünün yazıb rejissorluq etdiyi "Kicking and Screaming" və "Mr. Jealousy" filmləri ilə tanınma qazandı. Onun 2005-ci ildə istehsal etdiyi "The Squid and the Whale" filmi "Oskar" mükafatına namizədlik qazandı. O, partneri Qreta Qerviq ilə birlikdə bir çox işə imza atdı. Onlar "Greenberg", "Frensis Ha", "Mistress America", "White Noise" və "Barbi" filmlərində çalışdılar.[4]