Numa Morikazu

Numa Morikazu (2 dekabr 1843, Edo[d]17 may 1890, Tokio[d])Yaponiya siyasətçisi və jurnalisti.

Numa Morikazu
yap. 沼間守一
Doğum tarixi 2 dekabr 1843(1843-12-02)
Doğum yeri
Vəfat tarixi 17 may 1890(1890-05-17) (46 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ağciyər iltihabı
Təhsili
  • Meyci Qakuin liseyi[d]
Fəaliyyəti jurnalist, siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1843-cü ildə Edo şəhərində samuray ailəsində doğulmuşdur. Sendayu Takanaşinin oğlu idi.[1] NaqasakiYokohamada Qərb hərbini[2]ingilis dilini öyrənmişdir.[1] Boşin müharibəsində iştirak etmiş, Ayzuya gedərək Tokuqava şoqunluğunun tərəfində döyüşmüşdür.[1] Lakin bir müddət həbsdə olduqdan sonra yeni yaradılmış Meyci hökumətinə qoşulmuşdur.[2] 1872-ci ildə Maliyyə Nazirliyində, daha sonra Ədalət Nazirliyində işləməyə başlamışdır.[1]

Numa hökumətin söz azadlığı siyasəti ilə razılaşmamış, 1879-cu ildə Qenroindəki (Ağsaqqallar Palatası) postundan istefa edərək özünü azadlıq və insan hüquqları hərəkatına həsr etməyə qərar vermişdir. 1879-cu ildə Tokioda "Yokohama Mainichi Shinbun" qəzetini satın almış və Yaponiya parlamentinin yaradılmasını dəstəkləmişdir.[2]

Numa Avropa səyahətindən sonra Omeyşa adlı siyasi tədqiqat qrupu təşkil etmişdir.[1] Omeyşa 1880-ci ildə Yaponiya konstitusiyasının qaralama versiyasını hazırlamış, Britaniya modeli əsasında ikipalatalı və bir kabinetli parlamentin yaradılmasını təklif etmişdir. Taquçi UkiçiŞimada Saburo kimi şəxslər qrupun üzvü olmuşdurlar. Numa 1881-ci ildə Yaponiya Liberal Partiyasının qurulmasında iştirak etmiş, lakin daha sonra digər "Omeyşa" üzvləri ilə birlikdə Okuma Şiqenobunun Konstitusional İslahat Partiyasına qoşulmuşdur. Tokio Prefektural Assambleyasının sədri olmuşdur.[2]

  • The Japan Biographical Encyclopedia & Who's Who (ingiliscə) (II). Tokio: Rengo Press. 1961. səh. 1096. İstifadə tarixi: 3 iyun 2024.
  • Kodansha Encyclopedia of Japan (ingiliscə). VI cild (Niju–Saka). Tokio: Kodansha. 1983. səh. 44. ISBN 0-87011-626-6. İstifadə tarixi: 3 iyun 2024.