Nurəddin Hümbətov (həkim)

Nurəddin Hümbətov-(tam adı: Hurəddin Bahadır oğlu Hümbətov 2 fevral 1933-cü ildə Gəncə şəhərində anadan olub) tibb elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar Elm xadimi,şair.[1]

Nurəddin Hümbətov
Nurəddin Bahadur oğlu Hümbətov
Doğum tarixi
Doğum yeri Azərbaycan Azərbaycan Respublikası, Gəncə şəhəri
Vəfat tarixi (87 yaşında)
Vəfat yeri Bakı şəhəri
Vəfat səbəbi ürək tutması
Dəfn yeri Gəncə şəhəri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Həyat yoldaşı Zemfira Hümbətova Bala qızı
Uşaqları Aynişan Hümbətova, Fəxri Hümbətov
Atası Bahadur Hümbətov
Anası Dilbər Hümbətova
Elm sahəsi tibb
Elmi dərəcəsi tibb elmləri doktoru
Elmi adı professor
İş yeri Respublika Terapevtlər Kardioloqlar Cəmiyyəti Rəyasət heyətində
Təhsili Azərbaycan Dövlət Tibb Universiteti
Elmi rəhbəri akademik Mirməmməd Cavadzadə
Tanınmış yetirmələri Mustafayev İsaq professor, Mehdiyev Samir,Məmmədova Rəna-dosent
Tanınır həkim-kardioloq
Mükafatları Azərbaycan Respublikasının əməkdar elm xadimi

Nurəddin Bahadır oğlu Hümbətov 2 fevral 1933-cü ildə Gəncə şəhərində anadan olub. Azərbaycan Dövlət Tibb Universitetini bitirdikdən sonra 1957-1960-cı illərdə sahə həkimi,əvvəlcə Ucarda, sonra isə Gəncə şəhərinin poliklinikasında işləyib. 200-dən çox elmi əsərin, 3 monoqrafiya, 27 metodik tövsiyələrin və 24 səmərələşdirici təkliflərin müəllifidir. Əsərləri bir sıra xarici ölkələrin ən nüfuzlu təbabət jurnallarında dərc edilmişdir. 27 namizədlik dissertasiyasının elmi rəhbəri, 4 doktorluq dissertasiyasının elmi məsləhətçisi olmuşdur.

Övladları: Aynişan Nurəddin qızı Hümbətova Azərbaycan Dövlət Tibb Universitetinin II müalicə-profilaktika faküttəsini bitirmiş və tibb elmləri üzrə fəlsəfə doktorudur (həkim-kordioloq). Fəxri Nurəddin oğlu Hümbətov Azərbaycan Dövlət Tibb Universitetinin farmasevt fakültəsini bitirmişdir.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
  • 1960-cı ildə Səhiyyə Nazirliyinin təşəbbüsü ilə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun aspiranturasına daxil olub.
  • 1963-cü ildə terapiya kafedrasında assistenti
  • 1964-cü ildə dossenti
  • 1977-ci ildə professoru
  • 1979-cu ildən isə II terapiya kafedrasının müdiri
  • 1964-cü ildə namizədlik
  • 1975-ci ildə isə Saratovda doktorluq dissertasiyasını müdafiə etmişdir.
  • Ürəyin dostları bütün dünyada Beynəlxalq Kardioloqlar Cəmiyyətinin üzvü
  • Respublika Terapevtlər Kardioloqlar Cəmiyyəti Rəyasət Heyətinin üzvü

Elmi yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Professor Nurəddin Hümbətov Azərbaycanda Kardiologiya İnstitutunun ilk direktoru və əsasını qoyanlardan biri olmuşdur. Onun rəhbərliyi altında əsasən xroniki, qeyri-infeksion xəstəliklərin (işemik-miokard infarktu, stenokardiya, artirial hipertoniya, şəkərli diabet, tənəffüs sistemi və həzm orqanları xəstəlikləri) yayılması, profilaktikası və müalicəsi üzrə geniş tədqiqat işləri aparmışdır. Bunlar Beynəlxalq əməkdaşlıq proqramı üzrə (Almaniy), Yuqoslaviya, Kanada, Yaponiya, İtaliya, MDB ölkələri) aparılan tədqiqatların bir hissəsini təşkil etmişdir. Nurəddin Hümbətovun təşəbbüsü ilə Respublikada 3 Beynəlxalq Simpozium keçirilmişdir. (1991, 1997, 1998).

Elmi əsərləri

[redaktə | mənbəni redaktə et]
  • 1. Hipertoniya xəstəliyində metabolik proseslərin təsiri.
  • 2. Значение Витамина В 12 во время осложнений при сахарном диабете
  • 3. Гипертонические кризы. və s.

Beynəlxalq fəaliyyət

[redaktə | mənbəni redaktə et]

Nurəddin Hümbətov dəfələrlə Almaniya, Yuqoslaviya, Kanada, Yaponiya, İtaliya, MDB ölkələri və başqa xarici ölkələrdə keçirilən qurultay, simpozium, konqres və konfranslarda elmi məruzələrlə çıxış etmiş, əldə etdiyi elmi yenilikləri müvəffəqiyyətlə nümayiş etdirərək səhiyyə praktikasına tətbiq etmişdir.

Sən həmişə mənimləsən (Bakı, Azərbaycan nəşriyyatı, 2000.144 s.)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Eco-civilization. Eko-sivilizasiya "Ömrünü tibb elminin nailiyyətlərinə və tərəqqisinə həsr etmiş elm xadimi" 2015. səh. 38