1893-cü ildə Sofiya və Çərkəz Mahmudun 7-ci qızıdır[3]. Osmanlı imperiyası dövründə Balıkəsirdə anadan olmuşdur. Nuriyyənin ailəsi Kafkasyada yaşadığı müddət ərzində Rusiya imperiyası tərəfindən sürgün edilmişdir. Sürgündən sonra Trabzona ordanda Balıkəsirə gəlirlər. Burada onlar maddi cəhətdən sıxıntı çəkillər[4]. Buna görə də qızlarını 6 yaşında Ulduz saraya göndərirlər. O burada saray tərbiyəsi alır və özündən yaşca çox böyük II Əbdülhəmidlə 1906-cı ildə ailə qurmuş. Bu zaman onun 13 yaşı var idi. Yaşlı olan Hulisə bəy tez bir zamanda vəfat edir və 20 yaşında dul qalır[5][6].1964-cü ildə Türkiyənin Hatayi vilayətində vəfat etmişdir.
Nuriyyə 4 aprel 1913-cü ildə Hulusi bəydən ona qalan mirasla "Qadınlar dünyası" adlı jurnalı açır. 28 may 1913-cü ildə isə o Osmanlı Müdafaa-i Hukuk-ı Nisvan Cemiyeti (Osmanlı Qadın Haqqlarının qorunması qurumunu) yaradır. O müsəlman qadınlarının çarşab məsələsini aktuallaşmış və bu jurnal Avropa jurnalları arasına daxil olur. Jurnal hər gün dərc olunurdu. 100-cü buraxılışdan sonra həftədə bir dəfə dərc olunmağa başlayır. 108-ci sayından sonra o siyasətçı əri Rüfət Mevlanın şərəfinə "Mevlan" qoyur[7][8].
Bu jurnalda ilk dəfə müsəlman qadının şəkli dərc olunur. Bu jurnalda işçilərin hamısı qadın idi.
Nuriyyə bu jurnalda yazdığı məqalələrdə qadınlar təhsil, işləmək və s. kimi problemləri işıqlandırır. 1914-cü ildə İnas Darülfünü yaradır[9].
1913–14-cü illərdə Fransada bu jurnal fransızca dərc olunmağa başladı[10].
1967-ci ildə həyat yoldaşı Hatayda bir kitabxana açdırır. Bu kitabxana onun adını daşıyır və 2004-cü ildə burada 9000 kitab qeydə alınmışdır. Həmçinin onun adını daşıyan küçə və bulaqda mövcuddur. 1967-ci ildə qəbri üstündə Türk Qadınları Konyesinin xatirə lövhəsi asılır[11].
↑Çakır, Serpil (2006). "Mevlan Civelek, Ulviye (1893–1964)". Biographical Dictionary of Women's Movements and Feminisms in Central, Eastern, and South Eastern Europe: 19th and 20th Centuries. Budapest, Hungary: Central European University Press. ss. 336–339. ISBN 978-963-7326-39-4.
↑Koç, Duygu, Türk kadın hareketini kadınlar dünyası ve Türk kadın yolu dergileri üzerinden okumak, Yayımlanmış Yüksek Lisans Tezi, Hacettepe Üniversitesi, 2016, s. 31