Nurməhəmməd Murtuzəliyeviç Hacıyev (9 yanvar 1996, Qızılyurd, Dağıstan) — Azərbaycanı təmsil edən sərbəst güləşçi.[1]
Nurməhəmməd Hacıyev | ||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||||||||||||
Şəxsi məlumatlar | ||||||||||||||||||||
Tam adı | Nurməhəmməd Hacıyev | |||||||||||||||||||
Vətəndaşlığı |
Rusiya → Azərbaycan |
|||||||||||||||||||
Doğum tarixi | 9 yanvar 1996 (28 yaş) | |||||||||||||||||||
Doğum yeri | ||||||||||||||||||||
Boyu | 180 sm. (5 ft 6 in) | |||||||||||||||||||
İdman növü | Güləş | |||||||||||||||||||
Karyera illəri | 2009—2020 | |||||||||||||||||||
Medallar
|
||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Azərbaycan Güləş Federasiyası (AGF) 2013-cü ildə Nurməhəmməd Hacıyevi yeniyetmələr arasında Azərbaycan Çempionatında mübarizə aparmağa səvət elədi və Nurməhəmməd Hacıyev həmin turnirin qalibi oldu. Bundan sonra Azərbaycan Güləş Federasiyası (AGF) tərəfindən Nurməhəmməd Hacıyev sərbəst güləş üzrə Azərbaycan yığmasının heyətinə cəlb edildi.[1] Həmin il Nurməhəmməd Hacıyev Monteneqroda yeniyetmələr arasında Avropa Çempionatının qalibi oldu, Serbiyada yeniyetmələr arasında Dünya Çempionatını isə bürünc medalla başa vurdu.[1]
Bir il sonra, 2014-cü ildə Nurməhəmməd Hacıyev Polşada gənclər arasında Avropa Çempionatının qalibi oldu, Serbiyada isə gənclər arasında Dünya Çempionatını beşinci pillədə başa vurdu.[1] Nurməhəmməd Hacıyev həmin il həm də gənclər arasında Azərbaycan Çempionatının qızıl medalına sahib oldu.
2015-ci ildə növbəti dəfə gənclər arasında Azərbaycan Çempionatının qalibi olan Nurməhəmməd Hacıyev martda Polşada U23 Avropa Çempionatının gümüş medalına sahib oldu.[1] İyunda Nurməhəmməd Hacıyev Birinci Avropa Oyunlarını beşinci pillədə başa vurdu.[1] Həmin mövsüm Nurməhəmməd Hacıyev avqustda Braziliyada gənclər arasında Dünya Çempionatının qızıl, noyabrda Azərbaycanda Qızıl Qran-Pri beynəlxalq turnirinin isə gümüş medallarına sahib oldu.[1]
Nurməhəmməd Hacıyev 2016-cı il ərzində Belarusda A. Medved Turnirinin, Bolqarıstanda U23 Avropa Çempionatının, Almaniyada isə Almaniya Qran-Prisinin qızıl medallarına sahib oldu.[1] 2017-ci ilin mayında IV İslam Həmrəyliyi Oyunlarının da qalibi olan Nurməhəmməd Hacıyev 2018-ci ildə Avropa Çempionatlarında debüt elədi.[1] Rusiyada baş tutan Avropa Çempionatını bürünc medalla başa vuran Nurməhəmməd Hacıyev həmin il həm də Kiyev Turnirinin, həmçinin Rusiyada D. Korin və V. Semenov beynəlxalq turnirlərinin də qalibi oldu.[1]
2019-ci il ərzində Nurməhəmməd Hacıyev Rumıniyada Avropa Çempionatının bürünc, Belarusda Avropa Oyunlarının isə gümüş medallarına sahib oldu.[1] 2020-ci ilin fevralında İtaliyada Avropa Çempionatını beşinci pillədə başa vuran Nurməhəmməd Hacıyev 2020-ci ildə idmanla vidalaşdı.[1]
Yeniyetmələrin Avropa Çempionatı | Monteneqro | |||
Yeniyetmələrin Dünya Çempionatı | Serbiya | |||
Gənclərin Avropa Çempionatı | Polşa | |||
Gənclərin Dünya Çempionatı | Serbiya | |||
U23 Avropa Çempionatı | Polşa | |||
Avropa Oyunları | Azərbaycan | |||
Gənclərin Dünya Çempionatı | Braziliya | |||
Qızıl Qran-Pri | Azərbaycan | |||
A. Medved Turniri | Belarus | |||
U23 Avropa Çempionatı | Bolqarıstan | |||
Almaniya Qran-Prisi | Almaniya | |||
İslam Həmrəyliyi Oyunları | Azərbaycan | |||
Kiyev Turniri | Ukrayna | |||
Avropa Çempionatı | Rusiya | |||
D. Korin Turniri | Rusiya | |||
V. Semenov Turniri | Rusiya | |||
Avropa Çempionatı | Rumıniya | |||
Ə. Əliyev Turniri | Rusiya | |||
Avropa Oyunları | Belarus | |||
Avropa Çempionatı | İtaliya |